Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) - və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (1980 və 1987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur.
Conni Loqan | |
---|---|
ing. Johnny Logan | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Şon Patrik Maykl Şerrard ing. Seán Patrick Michael Sherrard |
Ləqəbləri |
Conni Loqan Mr Eurovision |
Doğum tarixi | |
Doğum yeri | Avstraliya, Viktoriya, Frankston |
Vətəndaşlığı | İrlandiya |
Milliyyəti | İrland |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1978 - indiyə kimi |
Janr | folk musiqi |
Musiqi aləti | gitara |
Səs tembri | tenor |
johnnylogan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır. Conni Loqan eyni zamanda 1992-ci ildə İrlandiyanı yenidən müsabiqədə təmsil edən Linda Martinə "Why Me?" mahnısını bəstələmiş və Linda həmin mahnı ilə müsabiqədə qələbə qazanmışdır.
Şon Patrik Maykl Şerrard 13 may 1954-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Frankston şəhərində anadan olmuşdur. Onun atası Çarlz Alfonsus Şerrard Şimali İrlandiyanın Derri şəhərində dünyaya göz açmış tenor olub. Şonun üç yaşı olanda ailəsi İrlandiyaya geri dönüb. O 13 yaşından gitarada ifa etməyi öyrənmiş və mahnılar bəstələməyə başlamışdır.
1978-ci ildə müğənni özünə səhnə adı olaraq Conni Loqanı seçmişdir. Bu adı seçərkən Şon cizgi film qəhrəmanlarından biri olan Conni Qitardan ilhamlandığını bildirmişdir. Loqan ilk sinqlını 1978-ci ildə dinləyicilərə təqdim etmişdir. O 1979-cu ildə İrlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turuna "Angie" adlı mahnı ilə qatılmış və üçüncü yerdə qərarlaşmışdır[1][2].
Loqan hal-hazırda həyat yoldaşı və üç uşağı ilə birlikdə İrlandiyanın Mit qraflığında yerləşən Aşborn şəhərində yaşayır[3].