Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. == Oyunun qaydaları == Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Mejen
Mejen — çayda suyun ən aşağı səviyyəsidir. Mejen isti və ya şaxtalı havada olur.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. == Ümumi məlumat == Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Məzə
Məzə (fars. مزه‎; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات‎; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir.
Meke gölü
Meke gölü — Türkiyənin mərkəz Konya vilayətində yerləşən vulkanik krater gölü. Ölkənin qeydə alınmış təbii abidəsi və Ramsar sahəsidir.
Mete Atatüre
Mete Atatüre (türk. Mete Atatüre; d.19 fevral 1975, Kayseri, Türkiyə) — Türk fizik və akademik. Kembric Universiteti fizika kafedrasının müəllimidir. Kvant fizikası sahəsində çalışır. İşığın dərinliyini daha yaxşı anlamaq üçün araşdırma aparmış Atatüre 2015-ci ildə ölçülməsi qeyri-mümkün hesab edilən "işıq səviyyəsinin ölçülməsi" tətbiqini nəzərdən keçirdi. == Həyatı == 1975-ci ildə Kayseri şəhərində anadan olub. 1992-ci ildə Ankara Qazi Anadolu orta məktəbində orta təhsil, 1996-cı ildə Bilkənt Universitetinin fizika fakültəsində ali təhsilini. Boston Universitetinin kvant vizualizasiya laboratoriyasında isə doktorluq təhsilini bitirmiş, dərəcəsini almışdır. 2002-2007-ci illərdə Sürix Federal Texnologiya İnstitutunun kvant fotonikası qrupunda Ataç İmamoğlu ilə birlikdə işləmişdir. 2007-ci ildə Kembric Universitetinin Kavendiş Laboratoriyasında müəllim kimi fəaliyyətə başlamışdır.
Mete Qazoz
Mete Gazoz (türk. Mete Gazoz; 8 iyun 1999, İstanbul) — Türkiyə oxatma idmançısı, Olimpiya çempionu, iki Olimpiadanın (2016, 2020) və Dünya Kubokunun finalının iştirakçısı. == Tərcümeyi-hal == Mete Qazoz 8 iyun 1999-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Bağçalıevlərdə yerləşən İxlas Kollecində təhsil almışdır. === Karyerası === Qazoz 2010-cu ildə oxatma idmanında özünü sınamağa başladı. Beynəlxalq debütü 2013-cü ildə baş tutdu. Mete Qazoz 2013-cü ildə Çinin Usi şəhərində keçirilən Dünya Çempionatında gənclərdən ibarət komanda turnirində gümüş medal qazandı. 2014-cü ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 2015-ci ildə Bakıda baş tutan Avropa Oyunlarında Türkiyə yığmasının tərkibində yarışmışdır. Kopenhagendə keçirilən 2015 Dünya Oxatma Çempionatında da iştirak etmişdir.
Mete xan
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir. == Həyatı == Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar. Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir. E.ə.
Mete xaqan
Mete xaqan, Mete Şanyü və ya Mete xan (qədim Çin mənbələrində Mao-tun və ya Modun Şanyu olaraq da adlandırılır) (çin. 冒頓單于; E.ə. 234-e.ə. 174) — Böyük Hun İmperiyasının ikinci Tenqri Qutu (şanyüsü). Bəzi tarixçilər onu Oğuz xan hesab edir. == Həyatı == Böyük Çin tarixçisi Sima Syan yazır ki, hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış, gah zəifləyib ayrı-ayrı qəbilələrə parçalanmışlar. Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 kilometr uzunluğunda, 4 metr enində və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri vermişdir. Həmin sədd bu günə kimi durur. Əslində, bu Çin xalqının zəhmətkeşliyi ilə bərabər Hun cəngavərlərinin qəhrəmanlığına qoyulan abidədir. E.ə.
Meye (Suvinyi)
Meye (fr. Meillers) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03170. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 157 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 99 yaşında (15-64 yaş arasında) 70 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70,7%, 1999-cu ildə bu 68.9%). Fəal olan 70 nəfərdən 66 nəfər (34 kişi və 32 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi. 29 hərəkətsiz 8 nəfər arasında şagird və ya şagird, 13 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Meşə marmotu
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Meşə poruğu
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. == Sinonimləri == Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Meşə çuğundurotu
Meşə çuğundurotu (lat. Alyssum montanum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Meşə ördəyi
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Meşə örtüyü
Meşə üzümü
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Meşə ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Meşə qrupları
Meşə qrupları - Meşələrin xalq təsərrüfatı əhəmiyyətinə uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. == Ümumi məlumat == I-qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir. II, III qrup meşələrinə Ural, Sibir meşələri daxildir. Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Meşə süleysini
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Vətən mənə oğul desə
== Məzmun == Filmdə Azərbaycanın milli qəhrəmanı, çavuş Etibar İsmayılovun Azərbaycan torpaqlarının erməni qəsbkarlarından qorunması və döyüş dostlarının həyatını xilas etmək üçün düşmən tankının altına atılaraq, onu məhv etməsindən, igidlik və şücaət göstərməsindən danışılır. Azərbaycan əsgərləri ordumuzun tarixində ilk dəfə belə qəhrəmanlığın şahidi olmuşdur. == Film haqqında == Film Ağcabədi Pambıq Zavodunun sifarişi ilə çəkilmişdir.
Vətən Mənə Oğul Desə (1996)