Mərə-mərə

Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaqgənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur. Keşikçi hakim rolunu oynayır, oyunu idarə edir. Oyunçu topu öz mərəsinə salanadək keşikçi yerində durur.