Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melkor
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar. Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu.
Melkoe gölü (Qrehem-Bell)
Melkoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Qrehem-Bell adasına daxil olan Xolmistıy yarımadasının şimal-qərbində yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın ən böyük gölüdür. Sahəsi 2,9 km² təşkil edir. Adada yerləşən sahəsinə görə ikinci göl isə Şimal gölüdür. Gölə üç çay tökülür və biri isə başlayır. Dibi qumluqdur.
Melizm
Melizm – ümumiyyətlə melodiyanı gözəlləşdirən əlavə melodik artırmalara deyilir. Melizm işarələri ən çox Azərbaycan musiqisində işlədilir. Qərb və rus klassik musiqisində də çox təsadüf edilir. Bu əlavə melodik artırmaların müəyyən şəkli vardlr. Musiqidə melizm hələ qədim zamanlardan başlayaraq inkişaf etmişdir. Onların yazılışı müxtəlif olduğu kimi ifa üsulları da müxtəlifdir. Melizm xüsusi işarələrlə gostərilərək xanənin ümumi olcüsünə daxil olmayan bir neçə kiçik notlardan təşkil olunur.
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. == Etimologiya == Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. == Mifologiya == Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır. Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır.
Aqil Məlikov
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri == Həyatı == Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Asif Məlikov
Asif Məlikov (13 aprel 1971, İsmayıllı) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Asif Məlikov 1971-ci il aprelin 13-də İsmayıllı şəhərində anadan olub. 1986-cı ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Nusrət Abdullayev idi. == Karyerası == Asif Məlikov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Onun növbəti cəhdi də uğursuz alındı. Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov bu səfər də onun öhdəsindən gələ bilmədi. Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu. Asif Məlikov 1997-ci ildə Tailandda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
Azercell Telekom
Azercell — GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkəti. "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu. 1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub. 2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub. Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. === Elmi fəaliyyəti === Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Bulbophyllum melloi
Bulbophyllum melloi (lat. Bulbophyllum melloi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Con Malkolm
Con Malkolm (2 may 1769, Damfrisşir[d] – 30 may 1833, London) — == Həyatı == Ser Con Malkolm 1769-cu ildə Şotlandiyanın Dumfries şəhərində anadan olub. On iki yaşında Hindistanda İngilis ordusunda təlim keçmək üçün çağırıldı və 1783-cü ildə Hindistana göndərildi. Malkolmun yazdığı əsərlər daha çox Hindistandakı siyasi və hərbi vəziyyətdən bəhs edir. 1833-cü ildə Hindistanda vəfat etmişdir. == Əsərləri == "Hindistanın 1784-cü ildən bəri siyasi tarixinin eskizi"-1811 və 1826-cı illərdə nəşr edilmişdir. "Siqhi sektası"-1812-ci ildə nəşr edilib. "809-cu ildə Mədrəs ordusunda iğtişaşlar haqqında müşahidələr"-1812-ci ildə nəşr olunmuşdur. "Mərkəzi Hindistanın xatirələri" 2 cild, 1823-cü ildə nəşr edilib. == Fəaliyyəti == Təsəvvüf anlayışı-Təsəvvüf üzərində çalışan şərqşünasların ortaq müzakirə etdiyi mövzular arasında təsəvvüfün mənbəyi birinci yerdədir. Lakin başlanğıcda bu məsələyə qoyulan kəskin münasibət, təsəvvüfün İslamla heç bir əlaqəsi olmadığı və onun başqa mədəniyyətlərdən qaynaqlandığı fərziyyəsidir.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. == Yaranması == XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Emil Məlikov
Emil Məlikov — "Hərbi xidmətlərə görə" medalı laureatı (ölümündən sonra). == Həyatı == Məlikov Emil Amən oğlu 1971-ci il fevral ayin 18-də Bakı şəhərində anadan olmuşdu. İlk təhsilini Bakı şəhəri 6 №-li məktəbdə alıb. 1988-ci ildə məktəbi bitirdikdən sonra Minsk Ali Ümümqoşunlu Siyasi məktəbə daxil olur. 20 yanvar 1990-ci il hadisəsi baş verən zaman Emil vicdan əzabı çəkərək təhsilini yarımçiliq qoyub, Vətənə qayidır. Həmin il N.Tusi adına APU-nun tarixi-hüquq fakultəsinə daxil olur. Lakin Vətənin dar günündə, bir Azərbaycanın vətəndaşı kimi, özünə borc bilir könüllü olaraq Daxili Goşunlara ərizə yazır. Ali baş komandan onun ərizəsini qəbul edib, Emili Lənkəranda yerləşən hərbi hissəyə göndərir. Orada Vətən qarşısında yaxşı xıdmətə görə komandanın əmri ilə zabit, leytenant rütbəsinə layiq görülür. == Döyüşlərdə İştirakı == Fevral ayin 5-də Emil və onun sərəncamında olan əskərlər Ağdarə rayonu uğrunda gedən döyüşlərə qatılırlar.
Fikrət Məlikov
Fikrət Məlikov (30 sentyabr 1966, Bakı) — Azərbaycannın aktyoru və rejissoru, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, == Həyatı == Fikrət Məlikov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 111 saylı orta məktəbi bitirmişdir. Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Mədəniyyət Sarayında fəaliyyət göstərmişdir. 1984–1985-ci illərdə III Zaqafqaziya Festivalının laureatı olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Orada Böyükağa Kazımov, Ağakişi Kazımov, Şəfiqə Məmmədova, Eldar Quliyev kimi sənətkarlardan dərs almışdır. Artıq təhsil aldığı dövrdə Azərbaycan Dövlət Yuğ Teatrında çalışmağa başlayan Fikrət Məlikov orada rejissor kimi tamaşalar hazırlamışdır. Fikrət Məlikov 1991-ci ildə ali məktəbi bitirən gənc mütəxəssis kimi ADMİU-da dərs deməyə dəvət olunub. Fikrət Məlikov "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsinin münsiflər heyətinin üzvüdür. Hazırda uğurlu pedaqoji fəaliyyətlə məşğuldur.
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). == Həyatı == Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Georgi Məlikov
Georgi Əjdər oğlu Məlikov (22 iyun 1918, Bakı) — Hava atıcısı-radist. İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Georgi Əjdər oğlu Məlikov 1918-ci il İyunun 22-də Bakıda anadan olmuşdur. Atası siyasətçi, "Hümmət" partiyasının yaradıcısı Əjdər Məlikov əslən Bakının Pirşağı kəndindən idi. Georgi Məlikov İkinci Dünya müharibəsinin iştirakçısıdir, hava atıcısı-radist idi. Qızıl Orduda 1940-cı ildən hərbi xidmətdə idi. Aprel ayında Belaya Tserkov(Ağ kilsə) şəhərindəki ShMAS (Gənc Aviasiya Mütəxəssisləri Məktəbi) kursantı kimi qəbul edildi və 1940-cı ilin sonlarında hava atıcısı-radio operatoru ixtisasilə müvəffəqiyyətlə bitirir. 138-ci yüksək sürətli bombardmançı alayda xidmət edib. Müharibə ilə, Belaya Tserkov şəhərin yaxınlığında yerləşən, yay düşərgələrində garşılandı. Müharibənin əvvəlində ağır itki verən alayın orada olmaqı, yeni döyüş maşınlarını — Petlyakov Pe-2 mənşəli yüngül bombardmançı təyyarə almaq və yeniləmə məqsədi daşıyırdı.
Mahmud Məlikov
Mahmud Təhmasib oğlu Məlikov (3 aprel 1994, Xol Qaraqaşlı, Neftçala rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məlikov Mahmud Təhmasib oğlu 1994-cü il aprelin 3-ü Neftçala rayon Xol Qaraqaşlı kəndində anadan olmuşdur. Mahmud ailənin yeganə oğul övladı olmuşdur. Ailənin yeganə oğul övladı olan Mahmud subay idi və valideynləri ilə yaşayırdı. == Hərbi Həyatı == Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbini bitirib. Baş leytenant, bölük komandiri olmuşdur. Mahmud hər zaman deyərdi ki, "məndə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmaq istəyirəm". Bu arzusuna çatan qəhrəman döyüşçümüz ucaldığı şəhidlik zirvəsiylə adını Azərbaycan tarixinə əbədi yazdırıb. == Döyüş Yolu == İkinci Qarabağ müharibəsi başlayandan döyüşlərə qatılıb. Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 11-i əlaqə saxlayıb, hər şeyin yaxşı olacağını deyib.
Malkolm Makdauell
Malkolm Makdauell (ing. Malcolm McDowell; 13 iyun 1943, Horsfort[d], Qərbi Yorkşir[d]) - Böyük Britaniya aktyorudur.
Malkolm Maklin
Malkolm Maklin (14 noyabr 1913, Şimali Karolina – 25 may 2001, Manhetten, Nyu-York ştatı) — amerikalı biznesmen. Maklin 1913-cü ildə Şimali Karolina ştatının Makston şəhərində anadan olub. Maklin konteyneri müasir formada inkişaf etdirdi, konteyner gəmisi və konteyner yük maşını platforması dizayn etdi, yəni əslində konteyner daşınması üçün bir sxem yaratdı. Konteynerləşdirmə ideyasını həyata keçirmək ona təxminən iyirmi il çəkdi. O, XX əsrin ikinci yarısında nəqliyyatda və beynəlxalq ticarətdə inqilab edən müasir intermodal daşıma konteynerini icad edən nəqliyyat sahibkarı idi. == Həyatı == Maklin 1913-cü ildə Şimali Karolina ştatının Makston şəhərində anadan olub. Onun adı əvvəlcə Malkom olaraq yazılırdı, baxmayaraq ki, o, sonradan Malkolmdan istifadə edirdi. 1935-ci ildə Uinston-Salemdə orta məktəbi bitirdikdə ailəsinin onu kollecə göndərmək üçün kifayət qədər pulu yox idi, lakin Malkolm işlənmiş yük maşını almaq üçün kifayət qədər pula malik idi. Elə həmin il Maklin, onun bacısı Klara Maklin və qardaşı Cim Maklin McLean Trucking Co şirkətini qurdular. Malkom Maklin 2001-ci ildə vəfat edib.
Malkolm Riçardson
Malkolm X
Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz ; 19 may 1925[…], Omaha, Nebraska – 21 fevral 1965[…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər. Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir.