Mahmud Təhmasib oğlu Məlikov (3 aprel 1994, Xol Qaraqaşlı, Neftçala rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Mahmud Məlikov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1994(1994-04-03) |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 2020(2020-10-29) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycan |
Atası | Təhmasib Məlikov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Məlikov Mahmud Təhmasib oğlu 1994-cü il aprelin 3-ü Neftçala rayon Xol Qaraqaşlı kəndində anadan olmuşdur.[1] Mahmud ailənin yeganə oğul övladı olmuşdur. Ailənin yeganə oğul övladı olan Mahmud subay idi və valideynləri ilə yaşayırdı.
Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbini bitirib. Baş leytenant, bölük komandiri olmuşdur. Mahmud hər zaman deyərdi ki, "məndə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmaq istəyirəm". Bu arzusuna çatan qəhrəman döyüşçümüz ucaldığı şəhidlik zirvəsiylə adını Azərbaycan tarixinə əbədi yazdırıb.
İkinci Qarabağ müharibəsi başlayandan döyüşlərə qatılıb. Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 11-i əlaqə saxlayıb, hər şeyin yaxşı olacağını deyib.
Döyüş zamanı bir çox qəhrəmanlıq göstərmiş və 29 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulub boya-başa çatdığı Neftçala rayonunda son mənzilə yola salınıb.