Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadir Məmmədli (nazir)
Nadir Cəlil oğlu Məmmədli (mart 1897, Yelizavetpol – 1937, Kirovabad) — Naxçıvan MSSR Xalq Səhiyyə Komissarı, Azərbaycan Tibb Universitetin rektoru. == Həyatı == 1916-cı ildə Gəncədə səkkiz illik klassik gimnaziyanı bitirib. N.Məmmədli 1916-1917-ci illərdə Gəncə şəhərində müəllim, 1918-1919-cu illərdə isə Gəncə şəhər bələdiyyə idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı şəhərinə köçmüş və həmin ildən ömrünün axırına kimi əmək fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. Məmmədli 1920-1925-ci illərdə Azərbaycan Xalq səhiyyə komissarlığında əvvəl inzibati şöbənin böyük kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. N.Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və oranı bitirmişdir. 1930-cu ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək haqqında qərar qəbul edir. Institutun ilk direktoru N.C.Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar üçün həkimlərin hazırlanması, tədris bazalarının genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin həllində böyük təşkilatçılıq işi görür. Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı və N.Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nadir Abbasov
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nadir Sarıbacaq
Nadir Sarıbacaq (d. 14 sentyabr 1977, Ankara), teatr və kinoteatr aktyorudur. == Həyatı == 2000-ci ildə Çanaqqala On Səkkiz Mart Universitetinin "Türk dili Müəllimliyi" fakultəsindən məzun olan Nadir Sarıbacaq,2000-2002-ci illərdə Ovçular Bələdiyyə Teatrında aktyorluq etmişdir. 2004-cü ildə Akademiya İstanbulun "Teatr" fakultəsini qurtardı. Daha sonra 2004-2006-cı illər ərzində Baxcaşəhər Universitetinin "İrəli Aktyorluq Magistr Proqramı"ndan məzun oldu. 2004-cü ildə qoşulduğu Samovar Kampaniyanın çoxlu teatr oyununda rol aldı.İndi isə Səyyar Səhnədə, Yeraltından Qeydlər adlı oyunu göstərilir. Üstəlik teatr aktyorluğu ilə yanaşı reklam, kinoteatr və televiziya işləri ilə də məşğuldur. 2012-2013-cü illərdə, EfLAtunfilm studiyasının hazırladığı və TRT 1 kanalında yayımlanan 32 seriyalı "Şubat" [1] yəni Fevral adlı serialda "Duble" yəni Davud yadlı şəxsi oynamışdır.
Nadir Seyidov
Nadir Miribrahim oğlu Seyidov (d. 28 aprel 1932, Naxçıvan şəhəri — ö. 5 oktyabr 2015, Bakı, Azərbaycan) — Azərbaycan alimi, kimya elmləri doktoru (1968), professor (1969), AMEA-nın müxbir üzvü (1989), AMEA-nın həqiqi üzvü (akademik) (2001). == Həyatı == Nadir Seyidov 28 aprel 1932-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR Naxçıvan şəhərində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasını bitirib. Baş elmi işçi (1960), elastomerler laboratoriyasının (1962-1978), şöbə rəhbəri (1979-1993), EA Olefinlər İnstitutu direktorunun elmi işlər üzrə müavini (1993-1997) vəzifələrində işləyib. 1997-ci ildən — baş elmi işçi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyir. 300 çapdan çıxmış elmi əsərləri vardır. 250 xaricdə çıxmış elmi əsəri, 102 patenti (xaricdə buraxılmış 16 patent daxil olmaqla) vardır.
Nadir Soltanov
Nadir Nəzir oğlu Soltanov (11 yanvar 1984; Şamaxı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Soltanov 1984-cü il yanvarın 11-də Şamaxı Şəhərində anadan olub. 1990-2001-ci illərdə Şamaxı şəhərində M. Hadi adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Nadir Soltanov 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2005-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Soltanov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nadir Səlifov
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Nadir Vəlixanov
Nadir Vəlixanov - ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru == Həyatı == Nadir İbrahim oğlu Vəlixanov 21 noyabr 1926-cı il Şuşa şəhərində anadan olmuşdur. Süleyman Sani Axundovun nəslindəndir. Orta təhsilini 91 saylı Bakı şəhər məktəbində almışdır. 1943-cü ildə Birillik müəllimlər kursunu bitirmişdir. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etmişdir. 1950-ci ildə əmək fəaliyyətinə Sumqayıtdakı 25 saylı uşaq evində tərbiyəçi, tədris hissə müdiri kimi başlamışdır. 1951-1953-cü illərdə Bakıda 74 saylı fəhlə-gənclər məktəbində Azərbaycan dili müəllimi olmuşdur. 1953-1960-cı illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi vəzifəsində işləmişdir. Nadir Vəlixanov 1961-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Burada kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışaraq, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçi olmuşdur.
Nadir Xasiyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nadir Xasıyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nadir Xaçiliev
Nadir Xaçiliyev (alternativ olaraq Nadir Xaçiliyev və ya Xaçilayev; 10 iyun 1959 – 12 avqust 2003, Mahaçqala, Dağıstan, Rusiya) — Federal Məclisin rusiyalı deputatı idi. == Həyatı == == Şəxsi həyatı == Nadir Xaçiliyev keçmiş boksçudur, həmçinin Rusiya Müsəlmanları Birliyinin qurucusudur.
Nadir Xəlilov
Nadir Ağadadaş oğlu Xəlilov (3 noyabr 1984, Artupa, Astara rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Xəlilov 1984-cü il noyabrın 3-də Astara rayonunun Artupa kəndində anadan olub. Ailəli idi. Ağadadaş və Nihad adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Xəlilov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhid Nadir Xəlilova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Nadir Zeynalov
Nadir Zeynalov (27 avqust 1928, Bakı – 16 mart 1987, Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1976). == Həyatı == Nadir Əlimuxtar oğlu Zeynalov 27 avqust 1928-ci ildə Bakıda anadan olub. 1943–1949-cu illərdə Azərbaycan rəssamlıq məktəbində təhsil alıb. 1949–1955-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 16 mart 1987-ci ildə vəfat edib. == Fəaliyyəti == 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi fəaliyyətə başlamışdır. "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi 40-a yaxın filmin yaradılmasında iştirak edib. İlk rəngli Azərbaycan bədii filminin quruluşçu rəssamı olub. == Mükafatları == "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 23 dekabr 1976 == Filmoqrafiya == Rəssam kimi Geyim rəssamı kimi Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film) Haqqında çəkilən film Rənglərin dili ilə. Nadir Zeynalov (film, 2015) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Nadir yazısı
Nadir yazısı — İranın Kəlat şəhərindəki Arğun şah qapısının girişində yerləşən, üzərində Nadir şah Əfşara həsr edilmiş mədhiyyə həkk olunan daş kitabədir. Mədhiyyə Nadir şahın saray şairi Gülbün Əfşar tərəfindən türk dilində yazılıb.
Nadir İbrahimov
Nadir Baba oğlu İbrahimov (28 dekabr 1932, Quba, Azərbaycan SSR, SSRİ – 1 yanvar 1977, Azərbaycan SSR) — Azərbaycan astronomu və astrofiziki. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir. O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir. 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır. == Həyatı == === Erkən illəri === Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Qubada anadan olub. Peşəcə misgər olan atası Baba kişi Lahıc qəsəbəsindən köçmüşdü. === Elmi tədqiqatları === Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. Nadir İbrahimov 1966-cı ildə Ukrayna EA-nın akademiki N. P. Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiyanı müdafiə edir.
Nadir İsayev
Nadir İsayev - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Nadir Mikayıl oğlu İsayev 20 oktyabr 1964-cü ildə Laçın rayonunun Vağazin kəndində anadan olmuşdur. 1981-ci ildə Vağazin kənd orta məktəbini bitirdikdən sonra Bakı Neft Texnikumuna daxil olmuşdur. 1983-cü ildə hərbi xidmətə gedib, sonra isə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Laçın rayonuna ermənilərin hücumu zamanı Vağazin kəndinin müdafiəsində iştirak edib və 1992-ci il may ayının 24-də ermənilərlə döyüşdə əmisi Baxşəli İsayevlə birlikdə şəhid olmuşdur. Ermənilər kənddən çıxarıldıqdan sonra Vağazin kəndində dəfn olunmuşdur, subay idi.
Nadir İsrafilov
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == Nadir xanın Səfəvi şahı olan II Təhmasibin dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nadir Əbdurrəhmanov
Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası – 26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor == Həyatı == Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib. == Fəaliyyəti == Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Nadir Əhmədov
== Həyatı == 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir. Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür. 1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Qarabağ müharibəsinin veteranıdır. Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.
Nadir Əliyev
Nadir Əliyev — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor. == Həyatı == Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) Axınla aşağı (film, 2014) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — film direktorunun müavini Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Bəyin oğurlanması (film, 1985) Bir ailəlik bağ evi (film, 1978) Bircəciyim (film, 1986) De ki, məni sevirsən! (film, 1977) Dəvətnamə (film, 1989) Dolu (film, 2012) Dronqo (serial, 2002) Günaydın, mələyim! (film, 2008) Günlərin bir günü...
Nadir Əlişov
Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;‎17 iyul 1948, Şuşa, Dağlıq Qarabağ – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. === Təhsili === Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur. == Elmi fəaliyyəti == O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır. Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Nadir Əsgərov
Nadir Əsgərov (aktyor)
Nadir Əzimov
Əzimov Nadir Nəriman oğlu — Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == Nadir Əzimov 1963-cü il oktyabrın 31-də anadan olub. Sabiq futbolçu Nəriman Əzimovun atasıdır. == Əsərləri == Simfonik lövhə (1990) Tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə" (1991) Piano üçün variasiyalar (1993) "Qaynana əməliyyatı" /müəllif – Ə.Orucoğlu/ televiziya tamaşasına musiqi (2000) "Özəlim – gözəlim" /müəllif – N.Qədimli/ televiziya tamaşasına musiqi (2001). Nüsrət Kəsəmənli, Z.Əlişqızı, Ə.Şahin, B.Qaraca, H.Orucov, R.Sabirqızı və b. şairlərin sözlərinə mahnılar (1990 – 2001).
Nadir Əzməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.