Nadir Ağadadaş oğlu Xəlilov (3 noyabr 1984, Artupa, Astara rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nadir Xəlilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 noyabr 1984(1984-11-03) |
Doğum yeri | Artupa, Astara rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 30 sentyabr 2020(2020-09-30) (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Artupa |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Sevda Xəlilova |
Uşaqları | Ağadadaş, Nihad |
Atası | Ağadadaş Xəlilov |
Anası | Pakizə Əliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Nadir Xəlilov 1984-cü il noyabrın 3-də Astara rayonunun Artupa kəndində anadan olub.[1] Ailəli idi. Ağadadaş və Nihad adında 2 oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Xəlilov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Şəhid Nadir Xəlilova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[4]