Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Camaat namazı
Camaat namazı — camaatla birlikdə qılınan namazdır. Camaatla qılınan namazın furada qılınan namazdan üstün olması haqqında çoxlu hədislər gəlmişdir. Cümə namazı camaatla qılınır. Şiə məzhəbində vacibi namazlar və meyyit namazı (ərəb dilində "saləh" sözünun çoxmənalı olmasına rəğmən, əslində duadır) camaatla qılına bilər. == Camaat namazının hökmləri == İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər "hazırkı imama iqtida edirəm" deyə niyyət edərsə, namazı səhihdir. Mə`mum gərək Həmd və surədən başqa namazın bütün sözlərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun. Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın.
Hamarat
Hamarat — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 650 nəfərdir. == Toponimiyası == Hamarat kəndi salındığı ərazinin adı ilə adlandırılmışdır. Hamarat toponimik termin kimi düzən, səthi hamar və ya hamarlanmış yer mənasındadır.
Namazgah
Namazgah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Lahıc” turizm zonasında, “İsmayıllı-Lahıc” şossesinin kənarında, Girdiman çayının sol sahilində yerləşir. == Əhalisi == Kəndin əhalisi 136 nəfər yaşayır ki, onun da 65 nəfəri kişi, 71 nəfəri isə qadındırdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə kafe fəaliyyət göstərir. Kənddən Müdrü çayı boyunca Nanıc, Müdri, Bağəli, Müdrəsə, Pirəqanım kəndlərinə piyada və at yolu vardır. Kənddə “Namazgah” mineral süfrə suyu istehsal olunur.
Ramazan
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29-30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. == Ramazan ayının fəzilətləri və bərəkətləri == İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Camaat
Camaat Dövlətə xərac verən ayrıca kənd icması və ya kənd icmaları ittifaqı; Kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar; İbadət etmək üçün bir araya gələn müsəlman birlikləri.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. == İstinadlar == == Xarici keçidlər == İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Azər Namazov
Azər Zərqara oğlu Namazov — hüquq üzrə fəlsəfə doktoru. == Həyatı == Azər Zərqara oğlu Namazov 1957-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. 1974–1979-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (Azərbaycan Dövlət Neft Akademiyası) ali təhsil alıb, 1979–1981-ci illərdə Azərbaycan SSR EA-nın (AMEA) Y. Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda təyinatla mühəndis vəzifəsində çalışıb. 1981–1985-ci illərdə komsomol orqanlarında işləmiş, o cümlədən 1983–1985-ci illərdə Azərbaycan SSR EA-nın komsomol komitəsinin katibi olmuşdur. 1985–1989-cu illərdə Azərbaycan KP 26 Bakı komissarları adına rayon komitəsinin aparatında təlimatçı, şöbə müdir müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1989-cu ildə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasına (RF Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası) daxil olub. 1992-ci ildə təhsilini bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmişdir. Hüquq elmləri namizədidir. == Fəaliyyəti == 1992–1994-cü illərdə müxtəlif kommersiya strukturlarında çalışmışdır.
Babək Namazov
Babək Səhman oğlu Namazov (15 may 1994, Əliyaqublu, Şəmkir rayonu – 5 oktyabr 2020, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Namazov 1994-cü il mayın 15-də Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Babək Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Namazov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 20-də dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Namazov
Elcan Hisayyət oğlu Namazov (1 iyun 1997, Dəmirçilər, Qazax rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2003-2014-cü illərdə E. Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elcan Namazov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Namazov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Eldar Namazov
Eldar Namazov (23 dekabr 1956, Ağstafa) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti. == Həyatı == Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974-1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir. 1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var. == İctimai-siyasi fəaliyyəti == Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur. Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.
Elməddin Namazov
Elməddin Nəsib oğlu Namazov (7 may 1996, Qovlarsarı, Samux rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. 2001-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbə getmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. Ailədə iki bacı, bir qardaş olublar. == Hərbi xidməti == 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçib. 2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elvin Namazov
Elvin Məmməd oğlu Namazov (7 sentyabr 1990; Qazax, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. == Həyatı == Elvin Namazov 1990-cı ilin 7 sentyabr günündə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin Namazov 2016-cı ildə baş leytenant rütbəsi aldı. == Hərbi xidməti == Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Elvin Namazov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Namazov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fikrət Namazov
Fikrət Rauf oğlu Namazov (1 noyabr, 1957, Qazax şəhəri - 15 iyun, 2020, Bakı şəhəri) — Tibb elmləri namizədi, dosent. == Həyatı == Fikrət Rauf oğlu Namazov 1 noyabr 1957-ci ildə Qazax şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə 1 sayli orta məktəbi qızıl medalla bitirib. 1975-1981-ci illərdə Azərbaycan Tibb İnstitutunda Müalicə-işi ixtisası üzrə təhsil alıb. 1981-1982-ci illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında Həkim-interna kursu keçib. 1988-ci ildə Ukrayna Respublikasında Həkimlərin Təkmilləşdirmə İnstitutunda Onkologiya üzrə birincili təkmilləşmə kursu, 1988-ci ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 2-ci dərcəli həkim kursu,1989-cu ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 1-ci dərcəli həkim kursu,1995-ci ildə Milli Onkologiya Mərkəzində Ali dərəcəli həkim kursu keçmişdir. 1997-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dissertantı olub. Çoxlu sayda elmi-tədqiqat əsərinin müəllifidir. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == 1982-1984-cü illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında həkim işləyib.
Mahmud Namazov
Mahmud Ələsgər oğlu Namazov (1 mart 1992; Ağstafa rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Namazov 1992-ci il martın 1-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. Onun bibisi oğlu — 2018-ci ilin Günnüt əməliyyatı zamanı şəhid olan əsgər Adil Tatarovdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahmud Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahmud Namazov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Malik Namazov
Qurban Namazov
Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi. == Həyatı == Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir. 1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir. 1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir. 1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır. 1976-cı ildə valideynlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır. 1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir. 1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Qəmbər Namazov
Qəmbər Kazım oğlu Namazov (25 avqust 1932, Güllübulaq, Amasiya rayonu – 6 dekabr 2013) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. == Həyatı == Professor Qəmbər Kazım oğlu Namazov 25 avqust 1932-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda Güllübulaq kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Güllübulaq kənd orta məktəbinigümüş medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika –riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. O, 1957-ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Q. K. Namazov birinci elmi işini hələ tələbə olarkən yazmış və 1957-ci ildə Tbilisi şəhərində keçirilən tələbə və aspirantların Umumittifaq konfransında məruzə ilə çıxış etmişdir. Həmin iş SSSR Ali Orta ixtisas Təhsili Nazirliyinin "Tərifnamə"-si ilə mükafatlandırılmış və 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının "Məruzələrində" çap edilmişdir. Universitetdə təhsilini başa vurduqdan sonra, 1957-ci ildə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda işə göndərilmiş və elə həmin il orada aspiranturaya qəbul olduqdan sonra, institut rəhbərliyi onu çox perspektivli bir gənc kimi aspiranturada təhsilini davam etdirmək üçün S. V. Lomonosov adına Moskva Dövlət Universitetinə ezam etmiş, orada "Diferensial tənliklər" kafedrasında akademik O. A. Oleynikin rəhbərliyi altında namizədlik dissertasiyasını yazmışdır. == Əmək fəaliyyəti == Q. K. Namazov 1960-cı ildən 1962-ci ilədək Az. SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi, 1962-ci ildən 1966-cı ilə qədər isə həmin institutda böyük elmi işçi vəzifəsində çalışmışdır. Q. K. Namazov 1966-cı ildə müsabiqədən keçərək ADU-nun "Diferensial və tənliklər" kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
Ramazan Abbasov
Ramazan Fazil oğlu Abbasov (rus. Рамаза́н Фази́ль оглы́ Абба́сов; 22 sentyabr 1983, Salah, İcevan, Qaraqoyunlu mahalı, SSRİ) — Azərbaycan futbolçusu.
Ramazan Abdulatipov
Ramazan Abdulatipov (rus. Рамазан Гаджимурадович Абдулатипов ; 4 avqust 1946, Qebquda[d], Dağıstan MSSR) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. Milliyətcə Avardır. == Həyatı == Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub. Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir. Abdulatipov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb. Fəlsəfə elmləri doktoru, professordur.
Ramazan Bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Ramazan Burcayev
Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri. == Həyatı == 15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor. O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb. 10 dekabr 2012-ci ildə vəfat edib. Ailəli idi.
Ramazan Göydağlı
Ramazan Əbülfət oğlu Göydağlı (4 fevral 1997; Kırna, Culfa rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açmışdır. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilmişdir. İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-cı ildə hərbi xidməti bitirmiş və bir sıra fərqli sahələrdə işləməyə başlamışdı. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanmışdır. == Hərbi xidməti == Neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olmuş, bununla da hərbi fəaliyyətinə yenidən başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Ramazan Göydağlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində 15 oktyabrdan iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramazan Göydağlı 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramazan Hudulov
Ramazan İzzət oğlu Hudulov (24 noyabr 1994, Qaysa, Balakən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Hudulov Ramazan İzzət oğlu 1994 cü il 24 Noyabr tarixində,Balakən rayonu, Qaysa kəndində avar ailəsində doğulub. == Filmoqrafiya == Dəmir Yumruq (film, 2021) (Real Təhlil və İnformasiya Mərkəzinin sənədli filmi) == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hudulova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.