Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri.
Ramazan Burcayev | |
---|---|
Burcayev Ramazan Hacı oğlu | |
2007 – 2010 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mazıx, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor.
O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.
R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb.
10 dekabr 2012-ci ildə vəfat edib[1].
Ailəli idi.