Elməddin Namazov

Elməddin Nəsib oğlu Namazov (7 may 1996, Qovlarsarı, Samux rayonu26 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Elməddin Namazov
Şəxsi məlumatlar
Doğum tarixi 7 may 1996(1996-05-07)
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 2020(2020-10-26) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbə əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı "Döyüşdə fərqlənməyə görə" medalı "Füzulinin azad olunmasına görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elməddin Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. 2001-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbə getmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir.[2]

Ailədə iki bacı, bir qardaş olublar.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçib.[3]

2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 27 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qəhrəman şəhidimiz Elməddin Namazov İkinci Qarabağ müharibəsində böyük şücaət göstərib". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  2. [1]
  3. "Vətən sevdalısı şəhid Elməddin Namazov". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.