Qəmbər Namazov

Qəmbər Kazım oğlu Namazov (25 avqust 1932, Güllübulaq, Amasiya rayonu6 dekabr 2013) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor.

Qəmbər Namazov
Doğum tarixi 25 avqust 1932(1932-08-25)
Doğum yeri
Vəfat tarixi 6 dekabr 2013(2013-12-06) (81 yaşında)
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı professor
Elmi rəhbəri O.A.Oleynik[d]
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Şöhrət" ordeni

Professor Qəmbər Kazım oğlu Namazov 25 avqust 1932-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda Güllübulaq kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Güllübulaq kənd orta məktəbinigümüş medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika –riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. O, 1957-ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Q. K. Namazov birinci elmi işini hələ tələbə olarkən yazmış və 1957-ci ildə Tbilisi şəhərində keçirilən tələbə və aspirantların Umumittifaq konfransında məruzə ilə çıxış etmişdir. Həmin iş SSSR Ali Orta ixtisas Təhsili Nazirliyinin "Tərifnamə"-si ilə mükafatlandırılmış və 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının "Məruzələrində" çap edilmişdir. Universitetdə təhsilini başa vurduqdan sonra, 1957-ci ildə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda işə göndərilmiş və elə həmin il orada aspiranturaya qəbul olduqdan sonra, institut rəhbərliyi onu çox perspektivli bir gənc kimi aspiranturada təhsilini davam etdirmək üçün S. V. Lomonosov adına Moskva Dövlət Universitetinə ezam etmiş, orada "Diferensial tənliklər" kafedrasında akademik O. A. Oleynikin rəhbərliyi altında namizədlik dissertasiyasını yazmışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Q. K. Namazov 1960-cı ildən 1962-ci ilədək Az. SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi, 1962-ci ildən 1966-cı ilə qədər isə həmin institutda böyük elmi işçi vəzifəsində çalışmışdır. Q. K. Namazov 1966-cı ildə müsabiqədən keçərək ADU-nun "Diferensial və tənliklər" kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 1969-cu ildən 1972-ci ilədək mexanika-riyaziyyat fakültəsində dekan müavini, 1972-ci ildən 1975-ci ilədək həmin fakültənin dekanı vəzifəsində çalışmışdır. 1975-ci ildən 2012-ci ilədək prof. Q. K. Namazov fasiləsiz olaraq universitetin ən nüfuzlu kafedralarından biri olan "Diferensial və inteqral tənliklər" kafedrasına rəhbərlik etmişdir. Q. K. Namazov SSRİ Ali Attestasiya Komitəsi tərəfindən 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 1966-cı ildə böyük elmi işçi attestatı, 1971-ci ildə dosent attestatı, 1984-cü ildə isə professor attestatı almışdır. Q. K. Namazov elmi fəaliyyətlə məşğul olduğu bütün buillərdə keçirilmiş beynəlxalq, ümumittifaq və respublika miqyaslı elmi seminarlarda, konfranslarda və məclislərdə fəal iştirak etmiş və diferensial tənliklər nəzəriyyəsinin müxtəlif problemlərinə həsr edilmiş bir çox məruzələrlə çıxış etmişdir. Məsələn, 1961-ci ildə Leninqradda keçirilən SSRİ riyaziyyatçılar qurultayında, 1963-cü ildə Düşənbədə keçirilmiş diferensial tənliklər və onların tətbiqlərinə həsr edilmiş ümumittifaq simpoziumlarında , 1966-cı ildə Moskvada keşirilmiş beynəlxalq riyaziyyatçılar konqresində, 1967-ci ildə Moskvada P. Lumumba adına universitetdə keçirilən gecikən arqumentli diferensial tənliklər üzrə Ümumittifaq konfransında, 1977-ci ildə Moskvada, akademik İ. Q. Petrovskinin 75 illiyinə həsr olunmuş diferensial tənliklər və riyazi fizika tənlikləri üzrə beynəlxalq konfransda və Azərbaycanda riyaziyyatla bağlı keçirilmiş bütün elmi məclislərdə müxtəlif problemlərə həsr edilmiş məruzələrlə çıxış etmişdir. Q. K. Namazov 1975–1987-ci illərdə hər il Moskvadan akademik adına seminar və Moskva riyaziyyatçılar cəmiyyətinin birgə keçirilən konfranslarına dəvətlər almış və orada məruzələrlə çıxış etmişdir. Q. K. Namazov 1998-ci ildə Türkiyə respublikasının Sakarya Universiteti tərəfindən, orada elmi seminarlar və elmi-tədqiqat işləri aparmaq üçün dəvətnamə almış və orada xeyli müddət bu işlərlə məşğul olmuşdur. Professor Q. K. Namazovun elmi-tədqiqat işləri xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin ən aktual problemlərinə həsr edilmişdir: dəyişən sərhədli oblastda məxsusiyyəti olan parabolik tənliklər üçün başlanğıc-sərhəd məsələsi, parabolik, hiperbolik və bəzi başqa tənliklər üçün tərs məsələlər, elastiklik nəzəriyyəsinin Sen–Venan tipli özlü-stasionar sistemlərin həlli üçün inteqral bərabərsizliklərin isbatı verilmiş, bu yeni nəticələr isə yüksək sürətlə artan funksiyalar sinfində sərhəd məsələlərin həllərinin yeganəliyini isbat etməyə imkan yaratmışdır. Q. K. Namazov həmçinin qarışıq tipə malik olan, yəni baxılan oblastın bir hissəsində parabolik o, biri hissəsində isə hiperbolik tipə məxsus olan tənliklər üçün sərhəd məsələlərinin tədqiqi ilə də məşğul olmuşdur. Bu halda ikinci tərtib çoxölçülü tənliklər üçün tiplərin ayrıldığı səth üzərində verilmiş xətti qoşmalıq şərtləri daxilində həllin varlığı və yeganəliyi isbat edilmişdir. Bu silsilə tədqiqat işləri parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələnin həllərinin kiçik parametrə nəzərən asimptotikasının tapılmasına həsr edilmişdir. Eyni zamanda mənfi olmayan xarakteristikalı hiperbolik tip tənliklər üçün qarışıq məsələnin periodik həllinin kiçik parametrə nəzərən asimptotikası qurulmuşdur. Həmçinin əmsalları sürətlə azalan ikinci tərtib kvazixətti parabolik tənliklər üçün qarışıq məsələnin həllinin kiçik parametrə nəzərən asimptotikası öyrənilmişdir. Q. K. Namazov tərs məsələlər adlandırılan silsilə işlərində xətti və qeyri-xətti parabolik və hiperbolik tipli xüsusi törəməli tənliklər üçün qoyulmuş məsələlərdə bəzi əlavə şərtlər daxilində tənliyin məchul əmsalı, yaxud məchul sağ tərəf, yaxud da sərhəd şərtlərinə daxil olan məchul parametrin (funksiyanın) tapılması problemləri tətqiq olunmuş və bu sahədə tətbiqi əhəmiyyəti olan çox vacib və yeni nəticələr alınmışdır. Professor Q. K. Namazov 115-dən çox məqalə və üç kitabın müəllifidir. (Riyazi fizika tənlikləri nəzəriyyəsinin tərs məsələləri 1984; Cəbrin və analizin başlanğıcının bəzi məsələləri 1987; Riyazi fizika tənlikləri 1992) . Professor Q. K. Namazovun elmi nəticələri mötəbər elmi jurnallarda — əsasən SSRİ EA-nın və Azərbaycan EA-nın məruzələrində və xəbərlərində, Azərbaycan Dövlət Universitetinin xəbərlərində nəşr edilmişdir. 1966-cı ildən başlayaraq professor Q. K. Namazovun " Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin xüsusi məsələləri" adlı seminara və 1975-ci ildən isə "diferensial və inteqral tənliklər" kafedrasını elmi seminarına rəhbərlik etmişdir. Professor Q. K. Namazov elmi məqalələrə və dissertasiya işlərinə rəy verilməsi işlərinə, namizədlik dissertasiyasının müdafiəsi üzrə xüsusi şuraların iclaslarında hər il dəfələrlə opponent kimi çıxış edib, otuzdan çox sayda dissertasiya işinə rəsmiopponent olmuşdur. Professor Q. K. Namazov otuz ildən çox müddətdə akademik M. L. Rəsulovun sədr olduğu " Xüsusi tematik Seminar " üzrə müavin vəzifəsində çalışmış, namizədlik dissertasiyalarının müzakirə edilib, onlara rəy verilməsi işlərinə rəhbərlik etmişdir. Professor Q. K. Namazov 1972-ci ildən 1975-ci ilədək fizika-riyaziyyat elmləri namizədi və doktoru alimlik dərəcələrinin müdafiəsi üzrə Elmi Şuranın sədri olmuş, 1969-cu ildən 2012-ci ilədək Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü olmuşdur. Professor Q. K. Namazov doğma respublikamız üçün kadrların hazırlanması işini həmişə diqqət mərkəzində saxlamış, onun rəhbərliyi altında 17 nəfər aspirant müdafiə etmiş və 15 magistrantın elmi rəhbəri olmuşdur. Hazırda onlardan 5 nəfəri BDU-nun mexanika — riyaziyyat fakültəsində işləyir, qalanları isə Rusiya Federasiyasının Türkiyə respublikasının, Misir Ərəb respublikasının müxtəlif universitetlərində və elmi mərkəzlərində çalışırlar. Professor Q. K. Namazov 1999-cu ilin mart ayından 2007-ci ilin mart ayınadək BDU-nun mexanika — riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. O, BDU-nun Böyük Elmi Şurasının və BDU-da nəşr edilən "Xəbərlər" elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Professor Q. K. Namazov elmi tədqiqat işləri ilə paralel olaraq elmi pedaqoji və tədris metodiki işlərlə də çox ciddi məşğul olmuş, tələbələr üçün işçi proqramların hazırlanmasında, bir sıra metodiki və tədris metodiki vəsaitlərin işlənməsində bilavasitə iştirak etmişdir. Onun rəhbərliyi altında " Riyazi fizika tənlikləri" adlı dərslik hazırlanıb çapa təqdim olunmuşdur. Professor Q. K. Namazov dəfələrlə universitet və republika qazetlərinin səhifələrində riyaziyyatın tədrisinin keyfiyyəti və onun təkmilləşdirilməsi metodları barədə məqalələrlə çıxış etmişdir. Hələ Azərbaycan EA Riyaziyyat və Mexanika institutunun əməkdaşı olarkən Q. K. Namazov S. M. Kirov adına ADU-nun və V. İ. Lenin adına APİ-nin tələbələrinə adi diferensial tənliklər və xüsusi törəməli diferensial tənliklər kursundan mühazirələr oxumuş və Azərbaycan SSR EA RMİ-nun nəzdində olan fizika – riyaziyyat məktəbinin şagirdlərinə riyaziyyat kursunun müasir problemlərindən mühazirələr oxumuşdur. Professor Q. K. Namazov BDU-nun mexanika-riyaziyyat fakültəsinin tələbələrinə 40 il müddətində adi differensial tənliklər və riyazi fizika tənlikləri kurslarının ən müasir problemlərinə həsr olunmuş xüsusi kurslar oxumuşdur. O, 1965-ci ildə V. İ. Lenin adına APİ-də və 1967-ci ildə Azərbaycan Ali Soveti yanında hərbi məktəbdə riyaziyyat üzrə Dövlət imtahan komissiyasının sədri olmuşdur. 1966-cı ildən başlayaraq professor Q. K. Namazov BDU-nun mexanika –riyaziyyat fakültəsində həm azərbaycan, həm də rus bölməsində təhsil alan tələbələrə adi deferensial tənliklər və riyazi fizika tənlikləri kursları üzrə mühazirələr oxumuşdur. Professor Q. K. Namazov mexanika –riyaziyyat fakültəsində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə ardıcıl olaraq nəzarət və kömək edir, respublika tələbə elmi konfranslarının təşkil edilməsində aktiv iştirak etmişdir. Onun rəhbərliyi altında işləmiş və həmin konfranslarda məruzə etmiş tələbələr dəfələrlə Azərbaycan SSR Ali və OİT Nazirliyinin diplomları ilə təltif olunmuşlar. Professor Q. K. Namazov mexanika- riyaziyyat fakültəsinin tələbələri üçün riyazi fizika tənlikləri kursu üzrə azərbaycan və rus dillərində proqramlar işləyib hazırlamışdır. 1984–1987-ci illərdə Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü ilə hər il Azərbaycandan 400 nəfər kursant SSRİ-nin 143 ali Hərbi Məktəblərinə göndərilirdi. O zaman həmin kursantların qəbulu üzrə imtahan komissiyasının sədrliyi prof. Q. K. Namazova tapşırılmışdı. O, bu işi ləyaqətlə yerinə yetirirdi. Onu da qeyd edek ki, hazırda Azərbaycan ordusunun zabit korpusunun əsasını həmin vaxt hazırlanmış müdavimlər təşkil edir.

100-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir

17 elmlər namizədi yetişdirmişdir

Professor Qəmbər Namazovun — xüsusi törəməli tənliklər nəzəriyyəsinin xətti və qeyri-xətti tənlikləri üçün qoyulmuş Koşi və sərhəd məsələləri tədqiqat sahələridir

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Решение смешанной задачи для одного нелинейного параболического уравнения.- ДАН Азерб. ССР, т. XIV, № 7,1958 г.,стр.505–510.
  2. Краевые задачи для параболического уравнения второго порядка с разрывными коэффициентами.- Изв. АН Азерб. ССР, сер.физ.-мат. и тех. наук, № 3,1961 г.,стр.39–46.
  3. Краевая задача с нелинейным условием сопряжения на линиях разрыва коэффициентов.- ДАН Азерб. ССР, т. XVIII, № 6,1992 г.
  4. О смешанной задаче для гиперболических и параболических уравнений с разрывными коэффициентами.- Доклад на Всесоюз. Симпозиуме "Некоторые вопросы теории интегральных уравнений". г., Душанбе,1964 г.
  5. Об одной задаче для вырождающихся уравнений с разрывными коэффициентами.- Изв. АН Азерб. ССР, сер.физ.-мат. и тех. наук, № 6,1966 г.,стр.36–43.
  6. О гиперболических уравнениях с разрывными коэффициентами вырождающихся на начальной плоскости.- Изв. АН Азерб. ССР, сер.физ.-мат. наук, № 3,1961 г.,стр.11–16.
  7. Асимптотика по малому параметру периодических решений вырождающихся гиперболических уравнений.-"Ученые записки" МВ и ССО Азерб. ССР, сер.физ.-матнаук, № 5,1975 г.,стр.68–72.
  8. Класс единственности решений краевой задачи для интегро-дифференциальных уравнений.- Международная конф. по диф. уравнениям и мат. физике посвященной 75-летию акад. И. Г. Петровски, Москва,1977.
  9. Энергетические оценки решения краевой задачи в для вязкостационарный теории упругости.- "Краевые задачи для дифференциальных уравнений с частными производными" Изд-во АГУ им. Кирова, г. Баку,1981 г.стр.71–81.
  10. О единственности решения первой краевой задачи в неограниченной области для одного интегро-дифференциального уравнения.- ДАН Азерб. ССР, т. XXXVIII, № 10,1982 г.
  11. Свойства функционалов, зависящих от решения краевых задач для псевдо-параболических уравнений.- Изв. АН Азерб. ССР, сер.физ.-мат. и тех. наук, № 6,1984 г.,стр.30–35.
  12. Поведение решений гиперболических и псевдо-параболических уравнений с разрывными коэффициентами при больших значениях времени.- Сб.диф. уравн. с частными производ. и их приложения,1989 г.
  13. Обратная задача для псевдопараболического уравнения четвертого порядка с несамосопряженными краевыми условиями. Вестник Бак. Гос. Ун-та. Серия физ.-мат.наук, № 2, 2008,стр.16–18.
  14. Одна обратная задача для псевдогиперболического уравнения четвертого порядка с несамосопряженными краевыми задачами. Международный Российско-Азербайджанский симпозиум "Уравнения смеш.типа и родств.проблемы анализа и информат." Мат. Эльбрус 12–17 мая,2008г,ст.119–120
  15. Одна нелокальная обратная задача для псевдогиперболического уравнения четвертого порядка. Gəncə Dövlət Un-ti Riyazi nəzəriyyələr, onların tətbiqi və tədris sahəsində olan probl. Beynəlxalq konf. Konfransın mater., Gəncə,2008, səh.37–41.
  16. Обратная задача для уравнения колебаний стержня с несамосопряженными краевыми условиями. Материалы международной научной конференции, посвященной 90-летию Бакинского Государственного Университета, Естественные науки стр.63, Баку, 2009.
  17. Одна нелокальная обратная задача для псевдогиперболического уравнения четвертого порядка с несамосопряженными краевыми задачами. Тезисы Международной конференции по математике и механике, посвященной 50-летию Института Математики и Механики НАН Азербайджана, стр.244, Баку, 2009.
  18. Исследование классического решения одной обратной краевой задачи для псевдопараболичечского уравнения третьего порядка с несамосопряженными краевыми условиями. Тезисы Международной конференции по математике и механике, посвященной 50-летию Института Математики и Механики НАН Азербайджана, стр.243, Баку, 2009.
  19. Непрерывная зависимость от некоторых данных задачи классического решения обратной краевой задачи для гиперболического уравнения второго порядка с несамосопряженными краевыми условиями. Tələbələr, magistrantlar, aspirantlar və gənc tədqiqatçıların "Riyaziyyat və Mexanikanın Aktual problemləri" adlı ənənəvi Elmi konfrans, Bakı, 2010, səh.80.
  20. Обратная задача для гиперболического уравнения второго порядка с несамосопряженными краевыми условиями. Akademik F. Q. Maqsudovun 80-illik yubileyinə həsr olunmuş "Spektral nəzəriyyə və onun tətbiqləri" adlı Beynəlxalq konfransın tezisləri, Bakı, 2010, səh.284.
  21. Обратная задача для псевдопараболического уравнения третьего порядка с нелокальными краевыми условиями. Tələbələr, magistrantlar, aspirantlar və gənc tədqiqatçıların "Riyaziyyat və Mexanikanın Aktual problemləri" adlı ənənəvi Elmi konfrans, Bakı, 2010, səh.84.

Təltif edildiyi medal və ordenlər

[redaktə | mənbəni redaktə et]

Professor Q. K. Namazovun şaxəli gərgin əməyi dövlət tərəfindən orden və medallarla qitmətləndirilmişdir. O, 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi dövründəki əməyinə görə "Fədakar Əmək" ("Doblestnıy trud") medalı ilə Böyük Vətən müharibəsindəki qələbənin 30, 40,50, 60 illikləri ilə əlaqədar medallarla təltif olunmuşdur. Bunlardan Böyük Vətən müharibəsindəki qələbənin 50 illik medalı Prezident Heydər Əliyev, 60 illik medalı isə Prezident İlham Əliyev tərəfindən təltif edilmişdir. 1999-cu ildə professor Q. K. Namazovun riyaziyyat elminin inkşafındakı böyük xidmətləri və universitet təhsilinin təşkilindəki xidmətləri yüksək qiymətləndirilərək Respublika prezidenti Heydər Əliyevin fərmanı ilə yüksək dövlət mükafatına layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif edilmişdir. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə elmin və təhsilin inkişafındakı böyük xidmətlərinə görə Q. K. Namazov prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.