Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Mayko Nasu
Mayko Nasu (d. 31 iyul 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Naib Nametov
Naib Firqət oğlu Namətov (11 fevral 1998; Kotanarx, Ağdaş rayonu — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Naib Namətov Firqət oğlu 1998-ci il 11 fevral tarixində Ağdaşın Kotanarx kəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər Nərimanov Rayon 47 nömrəli tam orta məktəbin Rus dili bölməsində təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Naib Namətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə olub. Naib Namətov oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Naib Namətov
Naib Firqət oğlu Namətov (11 fevral 1998; Kotanarx, Ağdaş rayonu — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Naib Namətov Firqət oğlu 1998-ci il 11 fevral tarixində Ağdaşın Kotanarx kəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər Nərimanov Rayon 47 nömrəli tam orta məktəbin Rus dili bölməsində təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Naib Namətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə olub. Naib Namətov oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Naib Namətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Naib Qasımov
Nayib Qasımov (tam adı: Nayib Akif oğlu Qasımov; 12 iyun 1997; Masallı, Azərbaycan — 6 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb. == Hərbi xidməti == Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb.
Naib Yusifov
Naiq Yusifov (5 yanvar 1970, Ağdam, Tovuz rayonu – 24 mart 1992, Koxanəbi, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır. == Döyüşlərdə iştirakı == 24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır.
Naib Şirinov
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı. == Həyatı == Naib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur.
Naib Əminov
Əminov Naib Xalıq oğlu (20 fevral 1938, Salyan, Salyan rayonu) — biologiya elmləri doktoru, professor, Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine müdiri (2000)., == Həyatı və Elmi-təşkilati fəaliyyəti == 1955ci il – Bakı şəhəri 7 saylı orta məktəb 1956cı il – ADU-nun Biologiya fakultəsinə qəbul 1961ci il – ADU-da Botanika ixtissını bitirmiş 1962ci il – Az. EA Genetika və Seleksiya institutunda kiçik elmi işçi 1962ci il – Ümum Rusiya Bitkiçilik İnstiutu ilə Genetika və Seleksiya institutunun taxillarin toplanılması məqsədilə birgə ekspedisiyası 1962 – 1963cü illər SSRİ EA Sitologiya institutunda “elekron mikroskopda tədqiqat işləri” metodikasını mənimsəmək üçün ezamiyyət (Leninqrad ş.) 1964 cü il – Ümum Rusiya Bitkiçilik İnstitutunun Sitologiya ixtisası üzrə aspirantura (Leninqrad ş.) 1967 ci il – Biologiya elmlər namizədliyi adı almaq üçün dissertasiya müdafiəsi (Leninqrad ş.) 1967 ci il – Genetika və Seleksiya İnstitutunun kiçik elmi işçisi 1969 cu il – Egilopslarin toplanması üzrə ekspedisiya 1969 cu il – Böyük elmi işçi 1969 – 1970 ci illər – SSRİ EA Molekulyar Biologiya İnstitutunda xromosomologiya sahəsində tədqiqatlar aparması 1972 ci il – N.İ. Vavilov adına URGS cəmiyyətinin simpoziumunun iştirakçısı (Moskva) 1972 ci il – SSR EA Sitologiya və embriologiya üzrə Problem Şurasının iclasında məruzə ilə çıxış “Vicia faba –nın endospermində politen xromosomlar” 1975 ci il – Beynəlxlq Botaniklər konqresinin iştirakçısı (Leninqrad ş.) 1978 ci il – XIV Beynəlxalq Genetiklər konqresinin iştirakçısı (Moskva) 1986 – 87 ci illər N.İ. Vavilov adına ümumi Genetika İnstitutunda yeni metodların mənimsənilməsi üzrə ezamiyyət (Moskva) 2000 ci il – Genetika və Seleksiya İnstitutunda elmi işlər üzrə direktor müavini 2000 ci il – Təkamülün sitogenetikası laboratoriyasının müdiri 2003 cü il – Genetik Ehtiyatlar İnstitutunun elmi işləri üzrə direktor müavini 2007 ci il – Doktorluq dissertasiyasının müdafiəsi və elmlər doktoru adı alması 2010 cu il – Professor rütbəsi alması == Əsas elmi nailiyyətləri == Buğdanın təkamülü və filogenezinə dair 80-dən çox əsərin müəllifidir. 1982-ci ildə buğdanın ikinci genomunun donorunun Aegilops speltoides olması haqda irəli sürdüyü fikir indi molekulyar səviyyədə öz təsdiqini tapmışdır. Bir kitabın və iki monoqrafiyanın, o cümlədən “Buğda genomlarının təkamülü” monoqrafiyasının müəllifidir. Dənli-taxıl bitkilərinin mədəni və yabanı növlərinin toplanması üzrə 1962, 1968 və 1970-ci illərdə Ümum-Rusiya Bitkiçilik İnstitutu ilə Genetika və Seleksiya institutunun birgə təşkil olunmuş ekspedisiyalarının, 2008-ci ildə isə Beynəlxalq ekspedisiyanın fəal iştirakçısı olmuşdur. Genetik tədqiqatlarda formaəmələgəlmə mənbəyi kimi istifadə olunan yeni genom strukturuna malik sintetik buğda amfidiploidləri (AABDRR, AADDSS, AABBSS) yaradılmışdır. Yeni sintetik şaxəlisünbüllü tetraploid buğda növünün (T. abscheronicum Aliyeva et Aminov) və biri bərk, digəri yumşaq olmaqla, iki buğda sortunun müəllifidir. İran mənşəli Ae. speltoides Tausch –in tetra- və heksaploid buğdaların B genomunun donoru və habelə Ph-geninin zəif supressoru olduğu eksperimental olaraq sübuta yetirilmişdir. Genom strukturlarının eyniliyinə baxmayaraq, meyozu tənzimləyən genlər sisteminin hər bir növ üçün avtonomluğu müəyyən edilmişdir.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. == Tarixi == Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. == Yaranması və yayılması == Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Nasr (raket)
Nasr — Pakistan istehsalı olan "Xatf-9" və ya "Nasr" adlandırılan raket yer-yer tipli raketdir. Bu raket sistemi 60-km dək hədəfləri məhv etməyə qadirdir. Bundan əlavə, raket sistemi əsasən düşmənin raket əleyhinə olan müdafiə sistemlərini və əhəmiyyətli inzibati obyektlərini məhv etmək üçün nəzərdə tutulmuşdur. Bu raketlərin varlığı ilə bağlı 2011-ci ildə mətbuatda ilk məlumatlar yayılmışdı. 2013-cü ildə isə Pakistan bu sistemi öz inventarına daxil etdi. Raket ilk dəfə 19 aprel 2011-ci ildə sınaqdan keçirilib. "Nasr" yer-yer tipli raket düşmənin 60 km dək uzaqlıqda olan hədəflərini məhv etməyə qadirdir. Həmçninin adi döyüş başlığından əlavə, nüvə döyüş başlığıda daşıya bilir. "Nasr" yer-yer tipli raketin dəqiqliyi çox yüksək olduğu bildirilir. Əlavə olaraq sistemə hədəfi dəqiq məhv etmək üçün elektro-optik cihazda təchiz olunub.
Nasr Esports
Nasr Esports – 2016-cı ildə yaradılmış, əsasən Türkiyədə fəaliyyət göstərən BƏƏ kiberidman klubu. "League of Legends", "Valorant", "Counter-Strike: Global Offensive" kimi komandaları mövcuddur. == League of Legends == Klub 2021-ci ilin yavarında Türkiyənin "Royal Youth" klubunu satın alaraq öz "League of Legends" komandasını qurmuşdur. 2021-ci ilin yanvarında yaradılmış və 2021 mövsümündə Türkiyə Çempionluq Liqasında çıxış etməyə başlamışdır. Onlar qış splitinin normal liqasında üçüncü yeri tutmuş və 1/4 finalda məğlub olmuşdurlar. Yay splitində isə normal liqanı ikinci yeri tutmuş, finala qədər irəliləyərək "Galatasaray" klubuna 0-3 hesabı ilə məğlub olmuşdurlar. 2022 mövsümünün qış splitində komanda növbəti dəfə 1/4 finalda məğlub olmuşdur. Yay splitində normal liqanı cəmi 1 məğlubiyyətlə birinci yerdə tamamlasalar da, mübarizəni yarımfinalda dayandırmışdırlar. 2023 mövsümündə komanda ən uğursuz mövsümünü keçirərək qış splitinin normal liqasını beşinci yerdə başa vurmuşdur.
Nas surəsi
114-cü surə ən-Nas (İnsanlar) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını hər ayənin sonunda işlənən və insan (insanlar) mənasını verən nas sözündən götürmüşdür. Fələq surəsi ilə bu surə birlikdə qorunma surələri hesab olunur. Surədə Allahın Rəbb, Məlik, İlah ad və sifətləri vurğulanır.
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. == Tarixi == 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
NASA X-43
X-43A, NASA-nın hipersonik vasitə layihəsinin adıdır. Layihənin nümayiş və sınaq vasitəsi də eyni adla adlandırılmışdır. == Birbaşa kosmik səyahət == Scramjet, kosmosa birbaşa uçmaq üçün istifadə edilə bilən nəqliyyat vasitələrinə yol açan reaktiv mühərrik tipinin adıdır. Bu ad Supersonic Combustion Ramjet sözlərinin qısaldılmasından yaranmışdır. Yanacaq və hava qarışığının səsdən daha yüksək sürətlə hazırlana bildiyi bir ramjet tipidir. Adi ramjet mühərriklərində hava alma sürətinin səsdən aşağı sürətə endirilməsi tələb olunurdu. Havanın tez girmə və çıxma qabiliyyəti bu mühərriklərə çox yüksək sürət əldə etməyə imkan verir. Belə bir mühərriklə əldə edilə bilən təxmin edilən yuxarı sürət həddi təxminən 12-24 machdır (yəni səs sürətinin 12-24 qatı). Hələ də ABŞ Hərbi Hava Qüvvələrində olan SR-71 təyyarələri 3,2 Macha kimi sürətlənə bilir. 2004-cü ilin noyabr ayında NASA-nın yeni X-43A vasitəsi sürət rekordunu üç dəfə artıraraq 9.6 Mach (saatda 7 min mil/saat) (11.000 km/saat) sürətinə çatdırdı.
Naşa Dni (qəzet)
Naşa Dni — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il dekabrın 18-dən (31-dən) 1905-ci il fevralın 5-dək (18-dək) Peterburqda nəşr edilmişdir; 1905-ci il dekabrın 7-də (20-də) qəzetin nəşri davam etdirilmiş, lakin ikicə nömrəsi çıxmışdır. == Həmçinin bax == Naşa Jizn (qəzet) == Mənbə == V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Naşa Jizn (qəzet)
Naşa Jizn — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il noyabrın 6-dan (19-dan) 1906-cı il iyulun 11-dək (24-dək) fasilələrlə Peterburqda çıxmışdır. == Həmçinin bax == Naşa Dni (qəzet) == Mənbə == V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Asb Mirzə (Sərdəşt)
Asb Mirzə (fars. اسب ميرزا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (24 ailə).
Naib Sofu Mehmed Paşa
Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından Rumeli və Sivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
FKSB
"FKSB" (rum. Fotbal Club FCSB; 1961-2017-ci illərdə "Styaua" (rum. Steaua) adlanırdı) — Rumıniyanın futbol klubu. == Tarixi == 30 mart 2017-ci ildə klubun adı dəyişdirilərək FC FCSB adlandırılmışdır. Buna səbəb "Styaua" adı ilə bağlı Rumıniya ordusunun iddia qaldırması olmuşdur. Həmin iddiada bu adın patent hüququnun orduya məxsus olduğu bildirilmiş və 2004-cü ildən bəri klubun bu addan qanunsuz istifadə etdiyi qeyd olunmuşdu. Məhkəmə ordunun iddiasını təmin edərək klubun adının dəyişdirilməsinə qərar vermiş, Rumıniya Futbol Federasiyası ad dəyişikliyini təsdiqləmişdir. == Avropa kuboklarında iştirak == 36 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == 1 dəfə UEFA Çempionlar Kubokunun qalibi-1986. 1986-cı ildə Styaua UEFA Çempionlar Kubokunun finalında İspaniyanın Barselona klubunu oyunsonrası penalti seriyasında 2-0 hesabı ilə məğlub edərək tarixində ilk və sonuncu dəfə bu titulu qazanmışdır.