Nasr Esports

Nasr Esports – 2016-cı ildə yaradılmış, əsasən Türkiyədə fəaliyyət göstərən BƏƏ kiberidman klubu. "League of Legends", "Valorant", "Counter-Strike: Global Offensive" kimi komandaları mövcuddur.

Nasr Esports
Klubun loqosu.
Yaranma tarixi2016 sentyabr
RegionBirləşmiş Ərəb Əmirlikləri BƏƏ
Rənglər         qırmızı-qara
BölmələrLeague of Legends, Valorant, Counter-Strike: Global Offensive
SaytRəsmi saytı

League of Legends

[redaktə | mənbəni redaktə et]

Klub 2021-ci ilin yavarında Türkiyənin "Royal Youth" klubunu satın alaraq öz "League of Legends" komandasını qurmuşdur.[1] 2021-ci ilin yanvarında yaradılmış və 2021 mövsümündə Türkiyə Çempionluq Liqasında çıxış etməyə başlamışdır. Onlar qış splitinin normal liqasında üçüncü yeri tutmuş və 1/4 finalda məğlub olmuşdurlar. Yay splitində isə normal liqanı ikinci yeri tutmuş, finala qədər irəliləyərək "Galatasaray" klubuna 0-3 hesabı ilə məğlub olmuşdurlar.[2] 2022 mövsümünün qış splitində komanda növbəti dəfə 1/4 finalda məğlub olmuşdur. Yay splitində normal liqanı cəmi 1 məğlubiyyətlə birinci yerdə tamamlasalar da, mübarizəni yarımfinalda dayandırmışdırlar.

2023 mövsümündə komanda ən uğursuz mövsümünü keçirərək qış splitinin normal liqasını beşinci yerdə başa vurmuşdur.

Nasr Esports "League of Legends" heyəti
Oyunçular Məşqçilər
Rol Ləqəb Ad Ölkə
Üst  fabFabulous  Asim Cihat Karakaya    Türkiyə 
Meşə  Typhoon  Tayfun Gümüş    Türkiyə 
Orta  Ophelia  Cinson Pak    Cənubi Koreya 
Alt  Scortch  Sergen Eke    Türkiyə 
Dəstək  Patch  Han Son-min    Cənubi Koreya 
Baş məşqçi

Sança "Sickness" Kim


Legenda:
  • (Q) Qeyri-aktiv
  • (Ç) Çıxarılıb
  • Ehtiyat oyunçu Ehtiyat
  • Zədəli Zədə / Xəstəlik
  

Ən son heyət tarix: 30 may 2023.

  1. "NASR Esports, Royal Youth'u satın aldı". Hürriyet (türkcə). 13 yanvar 2023. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2023.
  2. "Şampiyon Galatasaray!". Fotomaç (türkcə). 6 sentyabr 2021. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]