Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oryol
Oryol — Rusiyada şəhər. == İstinadlar == == Xarici keçidlər == Official website of Oryol Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine (rus.) Unofficial website of Oryol (rus.) The murder of the Jews of Oryol during World War II, at Yad Vashem website.
Oçyor
Oçyor — Rusiya Federasiyasında yerləşən şəhər.
Obzor
Obzor (bolq. Обзор) — Bolqarıstanda, Qara dənizdə yerləşən kiçik bir şəhər və dənizkənarı kurort. Obzorun Trakya adı Navlohosdur.Romalılar onu Templum Iovis adlandırdılar. Şəhər Nessebar yaxınlığında, Burqas vilayətində yerləşir. Müasir ad 1936-cı ildə təqdim edilmişdir; Obzor şəhər hüquqlarını 9 sentyabr 1984-cü ildə aldı. Antarktidanın Qremlend bölgəsindəki Obzor təpəsinin adı bu kəndin adı ilə dəyişdirilib.
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Byol
Byol (fr. Biol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38044. Kommunanın 1999-cı il üçün əhalisi 1203 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 438 ilə 691 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
OBON
OBON (Orta Asiya) (Əlahiddə Təyinatlı Qadınlar Dəstəsi/Отряд Баб Особого Назначения) — Orta Asiyada kütləvi informasiya vasitələri ilə işıqlandırılan mitinqlərdə və digər açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə qalmaqal, qarışıqlıq, təxribat (provokasiya) və bu kimi digər pozucu hərəkətlər törətmək üçün öz xidmətlərini təklif edən/satan qadınları ifadə etmək üçün istifadə olunan termin. Əsasən onların xidmətləri hədəfə alınmış tədbir təşkilatçılarının oponentləri (rəqibləri) olan sifarişçi tərəfindən ödənilir. Obonun fəaliyyətinə mitinqlər (kontr-mitinqlər, kvazi-mitinqlər) təşkil etmək və hədəf mitinqləri dağıtmaq, hədəf mitinqlərin gedişatını pozmaq, toplantı iştirakçılarına, mitinqi keçirən şəxs(lər)ə və təşkialat(lar)a təzyiqlər göstərmək, onları başqa insanların gözü qarşısında alçaltmaq, təhqir etmək və döymək, inzibati və digər binaları, toplantı məkanlarını tutmaq, yolları kəsmək, siyasətçiləri tutduğu mövqedən məhrum etmək və sair bu kimi xuliqanlıq hərəkətləri aid edilir. Obonun fəaliyyətinə hədəfə alınanların özlərinə və yaxınlarına zor tətbiq etmə və onları oğurlama, onların əmlakını məhv etmə və sair bu kimi digər fiziki və psixoloji zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə müşayiət oluna bilir.. XXI əsrdə daha çox Özbəkistan hakimiyyət tərəfindən müxaliflərinə qarşı və Qırğızıstanda Aksıy hadisələri zamanı istifadə olunub. Tətbiqinin yaradıcısı kimi Usen Sıdıkov hesab olunur. O parlament seçkilərində Əsgər Akayev tərəfindən seçkilərdən uzaqlaşdırılanda . obon(çu)ların xidmətindən istifadə edib. Digər postsovet ölkələrində də oxşar təyinatlı insanlardan istifadə olunub. == Tarix == Yaranma mənşəyi cibgirlərin məşhur praktikasına gedib çıxır.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Opyo
Opyo (fr. Opyo) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 9,47 km², əhalisi 2143 nəfərdir (2006) artım tendensiyası ilə: 2184 nəfər (2012), əhalinin sıxlığı 230,6 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 2142 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 2184 nəfər.
Giyom Apolliner
Giyom Apolliner (fr. Guillaume Apollinaire; əsl adı — pol. Wilhelm Albert Vladimir Apollinaris de Wąż-Kostrowicki — rus. Вильгельм Альберт Владимир Александр Аполлинарий Вонж-Костровицкий; 26 avqust 1880, Roma — 9 noyabr 1918, Paris) — fransız şair. == Həyatı == Vilhem Apoliner Albert dö Kostrovitski 1880-ci ildə Romada anadan olub. Onun anası baltika mənşəli fransız qızı, atası isə heç vaxt üzünü görmədiyi italyan zabiti olub. Apoliner qarma- qarışıq bir uşaqlıq dövrü yaşayıb. 1889-cu ildə anası ilə Parisə köçdükdən sonra o müxtəlif sənətlər öyrənmək istəyib və 1902-ci ildən ilk yazıları çap olunmağa başlayıb. Elə həmin ildən o Almaniyada dərs deməyə çağırılır və burada gənc ev xadiməsi Anni Pleydenə dəlicəsinə vurulur. Parisə qayıtdıqdan sonra Apoliner avanqard artistlər sırasına qoşulur.
Giyom Boni
Giyom Boni (ing. Guillaume Boni; 1530, Sen-Flur[d] – 1598) — intibah dövründə yaşamış Fransa bəstəkarı. Bonni 1565-ci ildən ölümünə qədər Sent-Etyen kafedralında xormeyster olmuşdur. Antuan de Bertran kimi o da Overn şəhərində anadan olmuş və Tuluzada fəaliyyət göstərmişdir. == Əsərlər == Psalmi Davidici novis concentibus sex vocibus modulati cum oratione Regia 12.
Giyom Lopital
Qiyom Fransua Antuan de Lopital (d. 1661, Paris – ö. 2 fevral, 1704, Paris) — Fransız riyaziyyatçısı, diferensial hesabı üzrə ilk çap olunmuş dərsliyin müəllifi.
Obzor təpəsi
Obzor təpəsi (bolq. хълм Обзор, ‘Halm Obzor’ \'h&lm ob-'zor\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 490 m hündürlüklü qaya zirvəsidir. Zirvə şərqi Bolqarıstanda yerləşən Obzor şəhərinin adını daşıyır. == Yerləşməsi == Obzor təpəsi 63°16′00″ c. e. 57°05′43″ q. u. koordinatlarında yerləşmişdir. Dubouzye burnundan 2.46 km cənub-qərbdə, Bransfild dağından 1.18 km şimalda, Vişeqrad təpəsindən 1.87 km şimal-qərbdə, Mott qar təpəsindən qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar. 1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir. == Güllələnmə haqqında qərarın qəbul edilməsi == SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər. 5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.
Sen-Qiyom
Sen-Qiyom (fr. Saint-Guillaume) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38391. Kommunanın 1999-cu il üçün əhalisi 270 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 550 ilə 1733 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
Tirli Giyom
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. == Həyatı == Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Qiyom (kommuna)
Qiyom (fr. Guillaumes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 87,02 km², əhalisi — 697 nəfərdir (2006) artım tendensiyası ilə: 689 nəfər (2012), əhalinin sıxlığı 7,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 690 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 689 nəfər.
Alen-Giyom Bunyoni
Alen-Giyom Bunyoni (ing. Alain-Guillaume Bunyoni; fr. Alain-Guillaume Bunyoni; kir. Alain-Guillaume Bunyoni; 23 aprel 1972, Kanyoşa kommunası (Bujumbura-Meri)[d], Bujumbura-Meri vilayəti[d]) — 23 iyun 2020-ci ildən etibarən Burundinin Baş naziri vəzifəsini icra edən Burundi siyasətçisi. == Həyatı == Bunyoni 23 aprel 1972-ci ildə Bujumbura-Meri əyalətində Kanyoşa kommunasında anadan olub. Burundi Universitetində təhsil alıb. 1994-cü ildə həmin universitetdən məzun oldu, lakin məzunluq gecəsinə qatılmadı. Prezident Melxior Ndadayenin öldürülməsindən sonra başlayan döyüşlərə qatıldı. Demokratiyanı Müdafiə Qüvvələrinin döyüş qüvvəsinin üzvü idi. == Siyasi fəaliyyəti == 2003-cü ildə Demokratiyanı Müdafiə Milli Şurası — Demokratiyanı Müdafiə Qüvvələri siyasi koalisiyası Burundi vətəndaş müharibəsində digər döyüşçülərlə atəşkəsə nail oldu.
Aləm gözəl (ablom)
Anri Qiyom Qaleotti
Anri Qiyom Qaleotti (fr. Henri-Guillaume Galeotti; 10 sentyabr 1814, Paris – 14 mart 1858, Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Anri Qiyom Qaleotti toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Mémoire sur la constitution géognostique de la province de Brabant, 1837 - On the geognostic constitution of the province of Brabant. Mémoire sur les fougères du Mexique, et considerations sur la géographie botanique de cette contrée; with Martin Martens (1842) - On ferns native to Mexico, with considerations to their phytogeography. "Enumeratio synoptica plantarum phanerogamicarum ab Henrico Galeotti in regionibus Mexicanis collectarum : [Bruxelles 1842-1845]. Oct. (Enum. pl. Galeotti)"; with Martin Martens.
Children of Bodom
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. == Yaranışı və Haqqında == 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. == Konsertlər == Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
Henri Giyom Qaleotti
Anri Qiyom Qaleotti (fr. Henri-Guillaume Galeotti; 10 sentyabr 1814, Paris – 14 mart 1858, Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Anri Qiyom Qaleotti toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Mémoire sur la constitution géognostique de la province de Brabant, 1837 - On the geognostic constitution of the province of Brabant. Mémoire sur les fougères du Mexique, et considerations sur la géographie botanique de cette contrée; with Martin Martens (1842) - On ferns native to Mexico, with considerations to their phytogeography. "Enumeratio synoptica plantarum phanerogamicarum ab Henrico Galeotti in regionibus Mexicanis collectarum : [Bruxelles 1842-1845]. Oct. (Enum. pl. Galeotti)"; with Martin Martens.
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir. Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. == Təsviri == Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.
Qiyom Büde Assosiasiyası
Qiyom Büde Assosiasiyası (fr. Association Guillaume-Budé) — Humanist Qiyom Büdenin adını daşıyan və humanitar elmlərin təbliğinə həsr olunmuş fransız mədəni və elmi cəmiyyəti. Cəmiyyətin hazırkı prezidenti ellinist Jak Joannadır. Assosiasiya Beynəlxalq Klassik Araşdırmalar Federasiyasının təsisçi üzvüdür (ing. International Federation of Associations of Classical Studies, 1948). == Tarixi == Qiyom Büde Assosiasiyası 1917-ci ildə dörd məşhur fransız filoloqu Moris Kruaze, Pol Mazon, Lui Bodin və Alfred Ernu tərəfindən yaradılmışdır. Assosiasiyanın əsas məqsədi 19-cu əsrin əvvəllərindən ingilis və xüsusilə alman alimlərinin (Vilamovits-Mellendorf, Nitsşe, Dils və başqaları) üstünlük təşkil etdiyi bir sahədə yunan və latın klassik müəlliflərinin tənqidi nəşri idi. 1930-cu ildə Pol Mazonu Les Belles Lettres İnzibati Şurasının sədri vəzifəsində əvəz edən naşir Jan Malinin təşəbbüsü ilə aparıcı mütəxəssislərin rəhbərliyi altında hər kəsə antik dövr abidələrini görməyə imkan verən ilk arxeoloji kruiz təşkil edildi. 1932-ci ildə Nimesdə Assosiasiyanın ilk qurultayı keçirildi. O, bütün Fransada və hətta onun hüdudlarından kənarda cəmiyyətin yerli təbəqələrinin yaradılmasına təkan verdi.