Obol

Gümüş obol. E.ə. 449-cu ildən sonra. Afina.

Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar";[1] lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta.

Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu. Əlavə olaraq, obol IX–X əsrlərdə Bizans imperiyasında 1/2 follisə bərabər mis pul vahidi. IX əsrdə Fransada isə 1/2 denyeyə bərabər mis pul vahidi idi.[2]

Mərasimdə istifadə

[redaktə | mənbəni redaktə et]

Qədim yunanlar oboldan dəfn zamanı, adətən, ölünün ağzına qoyulan pul kimi də istifadə edirdi. Etiqada görə mərhum pulu, onu yeraltı Axeron çayından keçirəcək meyit aparana (Xarona) verməli idi.[2]

  1. ὀβολός Arxivləşdirilib 2022-06-08 at the Wayback Machine. Liddell, Henry George; Scott, Robert; A Greek–English Lexicon at the Perseus Project.
  2. 1 2 Обол // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 316.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]