Alen-Giyom Bunyoni

Alen-Giyom Bunyoni (ing. Alain-Guillaume Bunyoni; fr. Alain-Guillaume Bunyoni; kir. Alain-Guillaume Bunyoni; 23 aprel 1972, Kanyoşa kommunası[d], Bujumbura-Meri vilayəti[d][1]) — 23 iyun 2020-ci ildən etibarən Burundinin Baş naziri vəzifəsini icra edən Burundi siyasətçisi.[2]

Alen-Giyom Bunyoni
  • ing. Alain-Guillaume Bunyoni
  • fr. Alain-Guillaume Bunyoni
  • kir. Alain-Guillaume Bunyoni
Burundi Respublikasının Baş naziri
23 iyun 2020 – h.h
ƏvvəlkiPaskal-Firmin Ndimira
Şəxsi məlumatlar
Doğum tarixi (52 yaş)
Doğum yeri Kanyoşa, Bujumbura-Meri vilayəti, Burundi
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bunyoni 23 aprel 1972-ci ildə Bujumbura-Meri əyalətində Kanyoşa kommunasında anadan olub. Burundi Universitetində təhsil alıb. 1994-cü ildə həmin universitetdən məzun oldu, lakin məzunluq gecəsinə qatılmadı. Prezident Melxior Ndadayenin öldürülməsindən sonra başlayan döyüşlərə qatıldı. Demokratiyanı Müdafiə Qüvvələrinin döyüş qüvvəsinin üzvü idi.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Demokratiyanı Müdafiə Milli Şurası — Demokratiyanı Müdafiə Qüvvələri siyasi koalisiyası Burundi vətəndaş müharibəsində digər döyüşçülərlə atəşkəsə nail oldu. 2004-cü ildən 2005-ci ilə qədər Bunyoni yeni polis qüvvəsinin baş müfəttişi isi. 2005-ci ildən 2007-ci ilədək Burundidə polis şefi vəzifəsində çalışıb.[2]

2007–2011-ci illər arasında Bunyoni 2015-ci ildən 2020-ci ilə qədər ikinci dönəm tutduğu Daxili Təhlükəsizlik Naziri vəzifəsini icra etdi. 2011–2014-cü illərdə Alen-Giyom Bunyoni Daxili İşlər Naziri Ofisində Mülki İşlər Naziri Aparatının rəhbəri təyin edildi.[2]

23 iyun 2020-ci ildə Burundi Parlamenti yeni seçilmiş Prezident Evarist Ndayişimiye tərəfindən Alen-Giyom Bunyoninin Burundinin 8-ci Baş naziri olaraq qəbul edilməsinə səs verdi. Elə həmin gün Burundi prezidenti tərəfindən təsdiqləndi və and içdi.[3]

2023-cü ilin aprelində Burundi polisi Bunyoni axtarır, lakin onun gözlənilən həbsi barədə xəbərdarlıq edərək qaçır. İddia olunan faktlar məlum deyil. Nəhayət, aprelin 23-də, ad günündə həbs olundu.[1].

Digər mülahizələr

[redaktə | mənbəni redaktə et]

Yuxarıda göstərilən vəzifələrə əlavə olaraq, Bunyoni müxtəlif beynəlxalq təhlükəsizlik vəzifələrindən məsul şəxs qismində çalışıb, o, 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının sülh və təhlükəsizliyi təşviq edən elçilərindən biri idi. İnterpolda Şərqi Afrika Polis Komitələri Komitəsinə də rəhbərlik etmişdir.[2]

  1. http://www.burundi.gov.bi/spip.php?article549.
  2. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2020-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  3. "Arxivlənmiş surət". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]