Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paj
Paj (fr. page) — orta əsrlərdə qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli kənc oğlan. Odövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7-10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülürək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlä cəngavər ədəb-ərkanı öyrənməklə yanaşı ağasının qulluğunda dururdu. Ağasını müşayət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan paj rütbəsi qaldırılırdı.
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. == Texniki xüsusiyyətlər == Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
Pab
Pab (ing. Pub) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Pablar ingilis sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir. Pab sözü İngilis dilində Public House (azərb. İctimai Ev‎) sözlərinin qısaldılmasından əmələ gəlmişdir. Bu tipli içkixanalar əsasən Böyük Britaniyanın hakim olduğu ərazilərdə (Avstraliya, Kanada, Yeni Zelandiya) yayılmışdır. Mütəxəssislər tərəfindən Pablar Tavernaların müasir forması kimi izah edilir.
Pad
Pad (rus. падь, ing. pad) — dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Paje
Paje (fr. Pajay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38291. Kommunanın 1999-cu il üçün əhalisi 796 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 410 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Pak
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Pas
Pas – suyun və ya hava nəminin katalitik iştirakı ilə dəmir və oksigenin reaksiyası nəticəsində əmələ gələn qırmızı-qəhvəyi dəmir oksidi.
Alluitsup-Paa
Alluitsup Paa (dan.Sydprøven, keçmiş Agdluitsup pâ) — Qrenlandiyanın cənubundakı Nanortalik bələdiyyəsində kənd. Alluitsup Paa 1830-cu ildə kəşf edilmişdir.
Alluitsup Paa
Alluitsup Paa (dan.Sydprøven, keçmiş Agdluitsup pâ) — Qrenlandiyanın cənubundakı Nanortalik bələdiyyəsində kənd. Alluitsup Paa 1830-cu ildə kəşf edilmişdir.
Apple Pay
Apple Pay — Apple şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və Safari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır. Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi Afrika və Avropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur. Apple Pay həm American Express, Visa (Electron və V Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir. Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən (məsələn, Londonda TfL və Nyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.
Bulbophyllum pan
Bulbophyllum pan (lat. Bulbophyllum pan) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Eduard Pak
Eduard Pak — Şimali Koreya əsilli özbək-qazax dram artisti və kino aktyoru. 1986-cı ildən teatrda fəaliyyət göstərir. == Həyatı == Eduard Pak 22 dekabr 1962-ci ildə Özbəkistan SSRdə, Daşkənd vilayətinin Çinaz rayonunda doğulmuşdur. Almatı dövlət teatr incəsənəti institutunu "teatr və kino aktyoru" ixtisası üzrə bitirmişdir. 1992-ci ildə Seul Dövlət Milli Teatrında təcrübə keçmişdir. 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin fəxri fərmanı, 2008-ci ildə isə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin "Mədəniyyət xadimi" fəxri nişanı ilə təltif edilmişdir.
Google Pay
Google Pay (20 fevral 2018-ci ilə qədər — Android Pay) — Android əməliyyat sistemi ilə işləyən mobil cihazlardan (smartfonlar, planşetlər və smart saatlar) istifadə etməklə ödəniş etməyə imkan verən sistem. == Xidmətin təsviri == Google Pay kart məlumatlarını satıcıya göndərmək üçün Near Field Communication (NFC) texnologiyasından istifadə edir. O, kredit və debet kartlarında PİN çipi və ya maqnit zolağı əvəz edir və istifadəçiyə həmin məlumatları cihaza endirməyə imkan verir. İstifadəçi kartın fotosunu çəkərək və ya kart haqqında məlumatı əl ilə daxil etməklə xidmətə ödəniş kartını əlavə edə bilər. Ödəniş etmək üçün ödəniş cihazını ödəniş terminalına gətirmək və əməliyyat başa çatana qədər saxlamaq lazımdır. Belə bir ödəniş hər yerdə olan təmassız ödənişə bənzəyir, lakin sonuncudan fərqli olaraq, təhlükəsizlik səviyyəsini artırmaq üçün iki faktorlu autentifikasiya tələb olunur. Xidmət Android cihazına antenna, host kartı emulyasiya texnologiyası və Android təhlükəsizlik sistemi kimi NFC-dən istifadə edən avtomatla simsiz əlaqə yaratmağa imkan verir.
La Pas
La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu) — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi. Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir. Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir. == Coğrafiya == La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C). == Tarixi == Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız").
Mikela Paç
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır. Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur. Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Moritc Paş
Moritc Paş (ing. Moritz Pasch; 1843 – 1930) — Alman riyaziyyatçısıdır; ilk dəfə həndəsənin aksiomatik əsaslarını tədqiq etmişdir; tərtib aksiomlar qrupunu işləyib hazırlamışdır; sonralar onun adını daşıyan aksiomu (1822-ci il) vermişdir.
Nor Par
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Oktavio Pas
Oktavio Pas (isp. Octavio Paz; 31 mart 1914[…], Mexiko – 19 aprel 1998, Mexiko) — Meksika şairi, esseist-kulturoloq, tərcüməçi, diplomat, siyasi publisist, Qərb və Şərq sivilizasiyalarının tədqiqatçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1990). == Həyatı == Oktavio Pas Meksika ədəbiyyatına, ictimai-siyasi fikir tarixinə şair, publisist, tərçüməçi, esselər müəllifi, Şərq və Qərb mədəniyyətlərinin tədqiqatçısı kimi daxil olmuşdur. Atası sosialist təmayüllü siyasətçi və publisist idi. Bu müəyyən mənada Oktavio Pasın da siyasi dünyagörüşünün müəyyənləşməsinə təsirini göstərmişdi. O, bir müddət Mexiko universitetinin hüquq fakültəsində oxusa da, təhsilini yarımçıq buraxmışdı. Əvəzində həyatı və insanları daha yaxından öyrənmək məqsədi ilə kənd məktəbində müəllimlik etmişdi. "Vəhşi ay" adlı ilk şeirlər kitabı hələ 20 yaşı tamam olmamış çapdan çıxmışdı. İspaniyadakı vətəndaş müharibəsinə münasibətini Oktavio Pas 1936-cı ildə çap etdirdiyi və antifaşist ruhlu şeirlərinin toplandığı "No pasaran!" (İspaniyada vətəndaş müharibəsi dövründə respublikaçı qüvvələrin əsas şüarı idi. "Keçə bilməyəcəklər", "Bizi üstələyə bilməyəcəklər" mənasını verirdi) kitabı ilə bildirmişdi.
PSJ FK
Paris Sen-Jermen — Fransanın Paris şəhərini təmsil edən futbol klubu. == Tarix == "Paris Sen-Jermen" futbol klubu 1970-ci ildə "Paris" və "Stade Sen-Jermen" klublarının birləşməsi nəticəsində yaranmışdır. 1974-cü ildən Fransa çempionatında çıxış edir. 2011-ci ilin mayında klubun aksiyalarının 70 faizi "Qatar Sports Investments" tərəfindən alınıb. == Klub formala == == Tərkibi == Bu heyət 11 avqust 2021-ci il tarixinə istinadən qurulmuşdur.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Pan-İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. == Tarixçə == Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Pan (titul)
Pan — orta əsrlər Polşasında və Çexiyada iri feodala verilən ad. Xırda feodallar — rıtsarlar panların vassalı idilər.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.