Apple Pay — Apple şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və Safari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər.[1] Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır.
Apple Pay | |
---|---|
Tərtibatçı | Apple |
Yayımlanma tarixi | 20 oktyabr 2014 |
Platforma | iPadOS[d], İOS, macOS |
Sayt |
apple.com/apple-pay/ apple.com/fr/apple-pay/ apple.com/ca/fr/apple-pa… apple.com/sg/apple-pay/ apple.com/ae/apple-pay/ |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi Afrika və Avropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur.[1] Apple Pay həm American Express, Visa (Electron və V Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir.
Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən[2] (məsələn, Londonda TfL və Nyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.
Xidmət iPhone 6 və daha yeni modellərə, iPad Air 2 və daha yeni modellərə, Touch ID-li Mac-lara və bütün Apple Watch-lara uyğun gəlir. O, 8–16 kartı saxlaya bilər (loyallıq kartları və biletlər kimi keçidlər bu limitə daxil deyil.)[3]
Apple Pay, EMV Ödəniş Tokenləşdirmə Spesifikasiyasından istifadə edir.[4][5]
Xidmət, müştərinin kredit və ya debet kartının Maliyyələşdirmə Əsas Hesab Nömrəsini (FPAN) tokenləşdirilmiş Cihaz Əsas Hesab Nömrəsi (DPAN) ilə əvəz etməklə müştəri ödəniş məlumatını pərakəndə satıcıdan gizli saxlayır və "hər bir əməliyyat üçün yaradılan dinamik təhlükəsizlik kodu" tərtib edir.[6] "Dinamik təhlükəsizlik kodu" EMV rejimində əməliyyatda kriptoqramdır və maqnit zolağı məlumat emulyasiyası rejimində əməliyyatda Dinamik Kart Yoxlama Dəyəridir (dCVV). Apple müştərilər, satıcılar və banklar arasında reallaşan istifadə əlaqəsini izləməyəcəklərini bildirmişdir. İstifadəçilər həmçinin iPhone-umu tap xidməti vasitəsilə itirilmiş telefonda xidməti uzaqdan dayandıra bilər.[6]
Satıcıların təxminən üçdə ikisi Apple Pay-i qəbul edir, lakin əksər terminallar bunu qəbul etmir.[7] Ölkələr (və hətta emitentlər) arasında təminat fərqlərinə görə istifadəçilər başqa ölkəyə səyahət edərkən qəbul problemləri ilə qarşılaşa bilərlər. Bəzi məlum nümunələrə aşağıdakılar daxildir:
Apple Cash (əvvəllər Apple Pay Cash), iMessage vasitəsilə bir istifadəçidən digərinə pul köçürməsinə imkan verən bir xüsusiyyətdir. İstifadəçi ödəniş aldıqda, pul alıcının Apple Cash kartına köçürülür və Discover-i qəbul edən tacirlərlə anında istifadə oluna bilər. Alternativ olaraq, istifadəçi balansı ACH köçürməsi ilə təyin edilmiş bank hesabına köçürməyi də seçə bilər. Apple Cash yalnız ABŞ-də mövcuddur.[8][9]
Bu proqramlar Apple Pay-in VAS protokolu vasitəsilə NFC vasitəsilə ötürülür.
[[]]