Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Padar
Yaşayış məntəqələri Padar (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Padar (Dərbənd) — Dağıstanın Dərbənd rayonunda kənd. Padar (Əsgəran) — Azərbaycanın Əsgəran rayonunda qəsəbə. Padar (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Padar (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Padar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Padar (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Padar (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. == Oxşar == Padarqışlaq — Azərbaycanın Ağsu rayonunda kənd. Armudapadar — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Atar
Atar (ərəb. أطار‎) — Mərakeşdə şəhər, Adrar yaylasında ən böyük yaşayış məntəqəsi. == Məlumat == Dəniz səviyyəsindən 270 metr yüksəklikdə, Şum şəhərindən cənubda yerləşir. Adrar vilayətinin və Atar departamentinin mərkəzidir. Şəəhərdən Dakar rallisinin marşrutu keçir. Atarda aeroport, muzey və 1674-cü ildə tikilmiş məscid vardır. Şəhərin iqlimi səhra istisidir. Atarda Mavritaniya hərbi hava qüvvələrinin yay məktəbi yerləşir. == Əhalisi == 2013-cü il məlumatına görə əhalisi 33 008 nəfərdir.
Benjamen Pavar
Benjamen Pavar (fr. Benjamin Pavard 28 mart 1996[…], Moböj) — Sağ cinah müdafiəçisi rolunu oynayan footbolçudur. Bayer Münhen və Fransa milli komandalarının şərəfini qoruyur. O öz karyerasına Fransanın Lille komandasında başlamış və 2016-cı ildə Ştutqard klubuna transver olaraq 2. Bundesliqa titulunu özünün ilk sezonunda qazanmışdır. Milli karyera debütünü Noyabr ayının 2017də başlamış və Rusiyada keçirilən 2018 FİFA World Cup əsas müdafiəçi rolunu oynamışdır. == Klub karyerası == === Lill === Nord şəhərində anadan olan Pavard, gəncliyini Lille klubunda keçirmişdir. O, ilk debütünü 2015-ci il yanvarın 31-də "Nantes" klubuna qarşı keçirmişdir. === Vfb Ştutqart === ==== 2016–17 mövsümü ==== 30 avqust 2016-cı ildə Pavard 4 illik müqavilə imzalayıb VfB Stuttgart'a köçdü. O, SpVgg Greuther Fürth üzərində 4–0 ev qalibiyyəti qazanaraq, 3 oktyabr tarixində 2.
Catar (Urmiya)
Catar (fars. جتر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (58 ailə).
Ersin Tatar
Ersin Tatar (7 sentyabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. == İlk illəri və təhsili == Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Padar (Ağsu)
Padar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Toponimin mənşəyinin qədim Azərbaycan ərazisində yaşayan türkdilli tayfanın adından gəldiyi güman edilir. Qədim adı "Baydar" dərs. Osmanlı dövlətinin özəyini təşkil edən Qayı tayfasına daxil olan qəbilələr sırasına aiddir. Səfəvilər dövründə şimaldan gələn təhlükələri dəf etmək üçün İrandakı Cənubi Azərbaycandan köçürülmüşdür. Tarixi şəxsiyyətləri içərisində Şeyx Dursun xüsusilə seçilir. Ağsu rayonunda Şeyx Dursun türbəsi, Şuşa yaxınlığında Xocavənd rayonu ərazisində Şıx Dursun kəndi mövcüddur.
Padar (Dərbənd)
Padar — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kəndin əski adı Atabəydir. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 633 nəfər əhali yaşayırdı. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,120 nəfər azərbaycanlı yaşamaqda idi. Kəndin dəqiq salınma tarixi məlum olmasa da buradakı qəbristanlıqda yerləşən ən qədim məzar daşı 1400-cü ilə aiddir. == Mənbə == Оруджев Фахретдин. "Падар и падарцы". Республиканская газета "ВАТАН". Выпуск № 42 (1508) (rus). etnosmi.ru.
Padar (Hacıqabul)
Padar — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirvan düzündədir. == Tarixi == 1886-cı ildə köçəri Padar-Hacı-Alim, Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə, Cevat rayonunun Padar kənd icmasına aid idi. 1903-cü ildə, dəmir yolu tikintisi ilə kəndin yaxınlığında eyni adlı kənd quruldu, daha sonra kəndə birləşdirildi. 1913-cü ildə Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə Padar kəndi Şamaxı rayonunun Padar kənd icmasına aid idi. 1926-cı ildə Azərbaycan SSR inzibati-ərazi bölgüsünə görə kənd Salyan rayonunun Əli-Bayramlı kəndinə aid idi. Azərbaycan SSR-nin Karasuinsky rayonuna girdi. Sonradan rayon ləğv edildi, kənd Əli-Bayramlı rayonunun tərkibinə daxil oldu, lakin 1939-cu ildə kənd Kazi-Magomedskiy rayonuna verildi. 4 dekabr 1959-cu ildə Kazi-Magomed rayonu ləğv edildi və kənd Əli-Bayramlı mahalına verildi. 1961-ci il inzibati bölgüsünə görə Padar dəmiryol stansiyasındakı kənd Azərbaycan SSR Əli-Bayramlı rayonunun Qarasu kənd sovetinin tərkibinə daxil olmuş və 1963-cü il yanvarın 4-dən kənd Sabirabad rayonunun tərkibində olmuşdur.
Padar (Oğuz)
Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur. Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir.
Padar (Qubadlı)
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Toponimikası == Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s.
Padar (Xaçmaz)
Padar — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisi 563 nəfər təşkil edir. == İqtisadiyyat == Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Padar bələdiyyəsi
Padar bələdiyyəsi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə. Padar bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Padar bələdiyyəsi (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda bələdiyyə.
Qatar (Kəleybər)
Qatar (fars. قاطار‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 257 nəfər yaşayır (51 ailə).
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. == Tarixi == Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Qatar (Qoşaçay)
Qatar (fars. قطار‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Qatar (dəqiqləşdirmə)
Qatar
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar Airways
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. == Tarixi == Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. == Sponsorluqlar == İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Qatar dilemması
Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu. == Sualın qoyuluşu == Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq. İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var. Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək. Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir. == Məsələyə tənqidi baxışlar == Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır.
Qatar məğamı
Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.