Padar (Qubadlı)

PadarAzərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

PADAR
39°22′45″ şm. e. 46°40′28″ ş. u.
Ölkə  Azərbaycan
Region Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
PADAR xəritədə
PADAR
PADAR
PADAR xəritədə
PADAR
PADAR
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qarabağ 1856 Padar

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.[2]

Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, "Şərq-Qərb", 2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]