Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. == Faydaları == Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Danna Paola
Danna Paola (23 iyun 1995, Mexiko) — meksikalı aktrisa, müğənni və model. == İlk illəri == Danna Paola 23 iyun 1995-ci ildə Mexiko şəhərində Patrika Munquia və keçmiş müğənni Yuan Cos Rivera Arellanonun ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaq yaşında valideynləri ayrılıb. Vania adlı böyük bacısı var. == Filmoqrafiya == == Teatr == == Diskoqrafiya == === Studio albomları === 2001: Mi globo azul 2004: Océano 2005: Chiquita pero picosa 2012: Danna Paola 2019: SIE7E + 2021: K.O === EP albomları === 2007: Danna Paola 2019: SIE7E == Qazandığı mükafatlar == 2010, 2012, 2013, 2014, 2015, 2016: Uşaqların seçimi mükafatı Meksika 2015: Shorty mükafatı 2020: MTV Musiqi mükafatı Avropa 2012, 2013, 2014: MTV Musiqi mükafatı İtaliya 2014, 2015: MTV Millennial mükafatı 2012, 2013, 2014: YouTube Musiqi mükafatı 2014: Universal mükafatı 2009, 2010: Premios Oye! 2014: Lunas del Auditorio 2006, 2008, 2009, 2010: Premios TVyNovelas 2014: E! Dəb mükafatı 2011: Yahoo!
Paula Abdul
Paula Abdul (19 iyun 1962, San Fernando, Kaliforniya) — ABŞ müğənnisi və aktrisası.
Paula Hitler
Paula Hitler (d. 21 yanvar 1896 - ö. 1 iyun 1960) — alman siyasətçi və NSAFP-nin lideri Adolf Hitlerin doğma bacısıdır. == Həyatı == Paula 6 yaşındaykən təqaüdçü gömrük işçisi olan atası Alois Hitleri, 11 yaşında isə anası Klara Hitleri itirdi. Bu səbəblə Avstriya hökuməti tərəfindən balaca Paula və 18 yaşlı qardaşı Adolfa sosial yardım təsis etdi. Ancaq verilən məbləğ çox az idi və buna görə də qardaşı Adolf öz müavinətinin də bacısına verilməsini qəbul etdi. Daha sonra Vyanaya köçən Paula 1920-ci illərin əvvəllərində yəhudi tələbələrin yaşadığı yataqxananın xidmətçisi kimi çalışdı. Bir müddət katibə olaraq çalışan Paula qardaşının Münhendə keçirdiyi çətin illərində onunla əlaqə saxlaya bilmədi. Yalnız 1930-cu illərin əvvəllərində onunla Vyanada görüşə bildi.
Paula Leyton
Paula Leyton (d. 27 aprel 2000) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Paula Leyton, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Paula Pareto
Paula Pareto (16 yanvar 1986, San Fernando, Buenos-Ayres vilayəti, Argentina) — Super yüngül çəki dərəcəsində (-48 kq.) çıxış edən Argentinalı cüdoçu. Olimpiya çempionu. == Karyerası == 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən Yay Olimpiya Oyunlarında -48 kq. çəki dərəcəsində çıxış edərək bürünc medal qazandı. O bürünc medal yarışında KXDR təmsil edən Pak Ok Sonu məğlub edərək ilk olimpiya mükafatına yiyələndi. 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda özünün sayca ikinci olan olimpiya oyunlarında iştirak etdi, amma bürünc medal oyununda Belçikanı təmsil edən cüdoçu Şarlin Van Snikə məğlub olaraq 5-ci yerlə kifayətlənməli oldu. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları Paula Pareto üçün əlamətdar oldu. Beləliklə, finalda Cənubi Koreyalı cüdoçu Çon Bo Kyonu məğlub edərək qızıl medalı qazandı.
Paula Selinq
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni. Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub. Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı. 1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi.
Paula Todoran
Paula Todoran (9 iyun 1985, Zalau, Rumıniya) — Rumıniyalı marafonçu. Paula Todoran Rumıniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Paula Todoran birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 54 saniyəyə qət edərək 157 marafonçu sırasında 101-ci yeri tutdu.
Pavla Vinçurova
Pavla Vinçurova (12 noyabr 1992, Brno) — çex qadın voleybolçu. 1992-ci ildə Brnoda anadan olmuşdu. Ampluası toppaylayıcıdır. Müqavilə ilə Modranska klubuna məxsus olan voleybolçu sağ əllidir. Həmçinin Çexiya millisinin də üzvüdür.
Paxla plov
Paxla plov - Talış mətbəxinə aid plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür. == Hazırlanma qaydası == Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir. Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur. Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.
İskəndər Pala
İskəndər Pala (8 iyun 1958, Uşak) — türk professor, divan ədəbiyyatı tədqiqatçısı və yazıçı.
Juliano de Paula
Culiano de Paula ( 31 may 1990, Koritiba, Braziliya) - Brazilyalı hücumameylli yarımmüdafiəçi. Hal-hazırda Braziliya millisində və Fənərbaxça komandasına çıxış edir.
Nahla El Fatiha Naili
Nahla El Fatiha Naili (ərəb. نهلة الفاتحة نايلي‎, bər. ⴻⵍ ⴼⴰⵜⵉⵃⴰ ⵏⴰⵉⵍⵉ; 14 noyabr 1986) — Əlcəzair heykəltaraşı və sənətkarı. == Həyatı == === Ailə === Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası vilayətindən olan, Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizaynerdir, hansının ailəsi Cəzair Casbah şəhərində yaşayırdı. Anası, nənəsinin ilk nikahından olan beş qardaşın ən kiçikidi. Ana babası Mustapha Bouhired, Parisdə "Racing Club de France football Colombes 92" İdman Klubunun futbolçusu və "Alger républicain" idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılmışdır. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürüldü. Ana nənəsi, Fatiha Bouhired (doğma Hattali Oukhiti), həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə etdi.
Paula Antonio Pereire Pinto
Paula Antonio Pereire Pinto (28 yanvar 1948, Resifi) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2009-2011)
Fransisku di Paula Rodrigis Alvis
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Miracle (Paula Selinq və Ovi mahnısı)
Miracle (azərb. Möcüzə‎) — Rumıniyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Fransisko de Paula de Burbon (Kadis hersoqu)
İnfant Fransisk Paul (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (10 mart 1794[…] – 13 avqust 1865[…], Madrid) – İspaniya kralı IV Karlın ən kiçik oğlu, İspaniya infantı. O eyni zamanda VII Ferdinandın qardaşı, II İzabellanın isə əmisi və qaynatası idi. Onun İspaniya sarayındakı mükəmməl təhsili Napoleon Bonapartın bölgəni ələ keçirməklə yarım qaldı. 14 yaşında ikən valideynləri və digər ailə üzvləriylə Fransaya aparıldı və 10 il boyunca Marseldə, daha sonra isə Romada sürgündə yaşadı. 1818-ci ildə qardaşı VII Ferdinandın istəyilə sürgündən geri çağırıldı və infant olaraq nüfuz qazandı. İncəsənət və rəssamlıqla məşğul olan Fransisk Paul ertəsi il bacısı Mariya İzabellanın böyük qızı Siciyalı Şarlotta ilə evləndi. Qardaşının vəfatından sonra 3 yaşlı qızı İzabella kraliça, dul qalan kraliça Mariya Kristina isə kraliçanın naibəsi elan edildi. Ancaq baldızı olan naibə, Fransisk Paul və xanımını dövlət idarəsindən uzaqlaşdırdı. Ölkədəki liberal qruplara qoşulan Fransisk Paul və xanımı aktiv müxalifətlə məşğul olmağa başladılar.
Bahia
Eriophyllum (lat. Eriophyllum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır. Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.
Layla
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } == Sözün mənası == "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. == Kodlarda == Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Tərkibi == su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. == Həyatı == Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Pamela
Pamela — ad. Pamela Anderson — Kanada əsilli ABŞ aktrisası və fotomodeli. Pamela Kosh – İngilis xarakter aktyoru. Pamela Spence — Türkiyəli rok müğənni.
Pampa
Paqta
Paqta (və yaPaqtıqan) - türk və altay xalq mədəniyyətində bir növ bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhu olan Baxtı Xan adına təşkil edilir. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirirlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı bilinir. == Etimologiya == (Bax/Bağ/Baq/Paq) kökündən törəmişdir. Güdən, gözləyən deməkdir. Baxmaq feli ilə eyni mənşəyə malikdir. Baxşi (şaman) sözü ilə də əlaqəli görünməkdədir. == Azərbaycan mədəniyyətində yeri == Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər.