İnfant Fransisk Paul (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (10 mart 1794[1][2][…] – 13 avqust 1865[1][2][…], Madrid) – İspaniya kralı IV Karlın ən kiçik oğlu, İspaniya infantı. O eyni zamanda VII Ferdinandın qardaşı, II İzabellanın isə əmisi və qaynatası idi.
Fransisk Paul | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Francisco de Paula Antonio de Borbón y Borbón-Parma |
Doğum tarixi | 10 mart 1794[1][2][…] |
Vəfat tarixi | 13 avqust 1865[1][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Fəaliyyəti | əsilzadə, siyasətçi |
Atası | IV Karl |
Anası | Parmalı Mariya Luiza |
Həyat yoldaşları |
Siciliyalı Luiza Şarlotta Tereza de Arredondo |
Uşaqları |
Fransisko Asis Burbon İnfanta Mariya Kristina İnfanta Amaliya Burbon |
Vikianbarda əlaqəli mediafayllar |
Onun İspaniya sarayındakı mükəmməl təhsili Napoleon Bonapartın bölgəni ələ keçirməklə yarım qaldı. 14 yaşında ikən valideynləri və digər ailə üzvləriylə Fransaya aparıldı və 10 il boyunca Marseldə, daha sonra isə Romada sürgündə yaşadı. 1818-ci ildə qardaşı VII Ferdinandın istəyilə sürgündən geri çağırıldı və infant olaraq nüfuz qazandı. İncəsənət və rəssamlıqla məşğul olan Fransisk Paul ertəsi il bacısı Mariya İzabellanın böyük qızı Siciyalı Şarlotta ilə evləndi.
Qardaşının vəfatından sonra 3 yaşlı qızı İzabella kraliça, dul qalan kraliça Mariya Kristina isə kraliçanın naibəsi elan edildi. Ancaq baldızı olan naibə, Fransisk Paul və xanımını dövlət idarəsindən uzaqlaşdırdı. Ölkədəki liberal qruplara qoşulan Fransisk Paul və xanımı aktiv müxalifətlə məşğul olmağa başladılar. Nəticədə 1838-ci ildə Fransaya qaçmağa məcbur oldular. Mariya Kristinadan sonra vəzifəyə gətirilən General Baldomerin naibliyi dönəmində cütlük ölkəyə geri dönsə də, çox keçmədən ona qarşı da müxalif oldular və yenidən sürgünə göndərildilər.
1843-cü ildə II İzabella naibliyi ləğv edərək müstəqil hakimiyyəti ələ aldı və cütlüyü sürgündən geri çağırdı. Sürgündən döndükdən sonra xanımı Şarlotta böyük oğlu Fransisko Asisi kraliçayla evləndirməyi planlamağa başladı. Ancaq döndükdən bir il sonra Şarlotta vəfat etdi. Buna baxmayaraq plan baş tutdu və Fransisko Asis 1846-cı ilin oktyabrında II İzabella ilə evləndi. Qardaşı qızı olan kraliçanın artıq qaynatası da olan Fransisk Paul sarayda güclü nüfuz sahibi oldu. Dövlət idarəsinə müdaxilə etməsi səbəbilə 1849-cu ildə qısa müddətliyinə yenidən sürgün edildi. 1852-ci ildə kraliçanın icazəsiylə yenidən evləndi və 12 il sonra Madriddə vəfat etdi.