Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Soğangülü | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Soğangülü |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir. Boruşəkilli gülləri sarı və ya narıncı rəngdə, dilcik şəkilli çiçəkləri isə müxtəlif rəngdədir. Qələmlə çoxaltmaq üçün qışın axırında kök yumrularını rütubətli sahələrdə əkirlər. Zoğlar 5-8 sm böyüdükdən sonra onları kəsmək və aşağı hissəsində olan yarpaqları qırmaq lazımdır.Kök verməsi üçün ilk dəfə dibçəyə, 3-4 həftədən sonra isə açıq sahələrə əkmək lazımdır.
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |