Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pryanik
== Tərkibi == 100 qr xama 2 x.q. günəbaxan yağı 1,5 x.q. xəmir qabardıcı 125 qr kəsmik 125 qr kefir və ya qatıq 250 qr şəkər 1 x.q. vanil şəkəri 500 qr un 2 yumruta 250 qr pudra şəkəri == Hazırlanması == Günəbaxan yağı, xəmirqabardıcı, xama, kefir, şəkər, kəsmik, vanil şəkəri və 2 yumurta sarısı dərin bir qabda qaşıqla qarışdırılır.10 dəqiqə dincəlməyə qoyulur. Sonra un əlavə edilib xəmir yoğrulur və 20 dəqiqə dincə qoyulur. Hazır xəmir təxminən 1,5 sm qalınlığında yayılır və ondan balaca dairələr kəsilir. Duxovka listi hazırlanır, kəsilmiş xəmir yumruları bir-birinə yaxın olmayacaq şəkildə düzülür. 180 dərəcə istilikdə 15 dəqiqə bişirilir. 2 yumurta ağı köpüklənənə qədər çırpılır, ona tədricən 250 qr pudra şəkəri əlavə olunur. Bu qarışıqdan isti pryaniklərə fırça ilə çəkilir.
Parazit göbələkləri
Parazit göbələklər — bitki xəstəliklərini törədən göbələklərdir. == Parazit göbələyinin törətdiyi xəstəliklər == Parazit göbələyinin törətdiyi xəstəliklər aşağıdakılardı: Sürmə — Çiçəkli orqanlarda müşahidə olunur; sünbülləşmə zamanı qaralmış yaxud formasını itirmiş sünbül xaricə çıxır. Çovdar mamırı — Çovdar çiçəkləyən zaman göbələyin sporları yumurtalığı zədələyir. Nəticədə dən yerinə tünd qəhvəyi rəngdə buynuzcuq əmələ gəlir. Məhsuldarlığı kəskin azaldır. Pas göbələkləri — Zədələnmiş bitkilər narıncı və ya pas rəngdə ləkələrlə örtülür. Kartof çürüməsi — Bitkilərin yarpaqlarını zədələyir, onların üzərində tünd ləkələr əmələ gəlir. Rütubətli havada qaralır və çürüyür, güclü zədə onları məhv edir. Kartof yumurtalarını və pomidorun meyvələrini zədələyir. Mildium — Üzüm meyvəsinin (tənək) təhlükəli parazitidir, ilk növbədə budaq, meyvə və xüsusilə yarpaqları zədələyir.
Parazit qamçılılar
Parazit qamçılılar— sarkomostiqoforlar tipinin (sarcomastigophora) qamçılılar (mastigophora) sinifinə daxildir. == Trypanasoma gambiense == Trypanasoma gambiense insanda parazitlik etməklə Mərkəzi Afrikada yayılmış yuxu xəstəliyi adlanan təhlükəli xəstəliyi törədirlər. Parazit ilk mərhələdə qanın plazmasında yaşayır və sonra onurğa beyninə daxil olur. Qidalanması osmotik yolladır. Qidalanmanın tullantı məhsulları qana ifraz olunur. İfrazat məsulları qana ifraz olunur. İfrazat məhsulları (toksin) zəhərlidir və bu da ertrositlərin parçalanmasına səbəb olunur. === Quruluşu === İyşəkilli formada olub, hər iki tərəfdən sivridir və xlorofilləri olmadığına görə rəngsizdir. Bədənləri 15–30 mikron ölçüdə olmaqla kiçik orqanizimlərdir. Qamçısı bədənin dal tərəfinə yaxın hissədə bazal dənəciyilə əlaqəli sahədən başlanır.
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit sürütlənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. == Həmçinin bax == Mərkəzi vulkan Yan püskürmə Şlak konusu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Vinko Paradzik
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.
Parazit (film, 2019)
Parazit (kor. 寄生蟲, Parasite) 2019-cu il 30 may böyük ekranda göstərilən Koreya qara komediya və saspens filmidir. Rejissor BongJoon-honun yeddinci uzunmetrajlı filmidir. Filmin ssenarisini Han Cin-vin ilə birlikdə yazmışdır. Filmdə (Song Kang-ho) Son Kanqho, Lee Sun-gyun, (Jo Yeo-jung) Li Yucun, (Hyejin Jang) Hyecin Canq, (Lee Jung-eun) Li Cun-un, (Choi Woo-sik)Çoi Vuşik, Pak So-dam və Pak Myon-hun və s. aktyor və aktrisalar yer alır . Koreya Respublikasında 20 milyondan çox tamaşaçıya nümayiş olunmuş və 72-ci Cannes kinofestivalına rəsmi müsabiqə kateqoriyasına dəvət almışdır. 21 Mayda Cannes şəhərində yerləşən Lumier Teatrında rəsmi nümayiş olunmuş və Qızıl Palma Budağına layiq görülən 2013-cü il istehsalı olan "Adelin həyatı" filmindən sonra yekdilliklə mükafat alan qazandığı ilk Koreya filmi olmuşdur. 30 may 2019-cu ildə CJ Entertainment distribütorluğu ilə Koreyada nümayiş etdirilmişdir. Film tənqidçilər tərəfindən bpyük rəğbət qazanmış və 2019-cu ilin ən yaxşı filmlərindən biri olaraq seçilmişdir.
Praktik ağlın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Praktik zəkanın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Pazik (Puldəşt)
Pazik (fars. پزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (95 ailə).
Razik Salmanov
Razik Telman oğlu Salmanov (24 yanvar 2000; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Razik Salmanov 24 yanvar 2000-ci ildə Qusar rayonunun Gündüzqala kəndində Telman Salmanovun ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Razik Salmanov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Razik Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Razik Salmanov 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Praktik Ali Elmlər Məktəbi
Praktik Ali Elmlər Məktəbi (fr. École pratique des hautes études, qıs. EPHE) — Parisdə qabaqcıl tədqiqatlar institutudur, lakin klassik mənada universitet deyil. EPHE 31 iyul 1868-ci ildə Fransanın Təhsil Naziri Victor Duruy fərmanı ilə yaradılmışdır və böyük ekollardan biridir. Əsas ideya tələbələri tədqiqat təcrübəsində iştirak etməklə tədqiqata hazırlamaq idi. Heç bir diplom tələb olunmayıb və verilməyib. Onun dinşünaslıq və tarix üzrə diplomları dünyanın ən yaxşılarındandır. EPHE davamlı olaraq Asiya və İslamşünaslıq üzrə dünya səviyyəli mütəxəssisləri, o cümlədən investisiya bankirlərini, diplomatları və bu sahələrdə ixtisaslaşmış hərbi zabitləri hazırlayıb. == Məşhur məzunlar == İren Məlikova, Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor.
Praktik cəhətdən dəyərli maddələr
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir. Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir. == Praktik cəhətdən dəyərli maddələrin axtarışı == Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir.
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəliklər
== A00-A09 Bağırsaq infeksiyaları ==
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəlikləri
== A00-A09 Bağırsaq infeksiyaları ==