Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prometey
Prometey (yun. Προμηθεύς eyni zamanda Promefey mənası qabağı görən ya sonranı düşünən) — qədim yunan mifologiyasında insanların dostu və onları tanrıların özbaşnalığından qoruyan titan İapet və Klimenanın (Apollodora görə), ya Femida və Heyin (Esxilə görə), ya da Hera və titan Yevrimedontun oğlu. Hesiona onun həyat yoldaşı olmuşdur. == İapet nəsli == == İnsan nəsli == Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Rəvayətə görə Prometey insanları torpaqdan yaratmış, Afina isə onlara nəfəs vermişdir.. Tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar. == Odun oğurlanması == Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir.
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. == Həyatı == 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat. == Tarixi == Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri. Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.
Zəncirlənmiş Prometey
"Zəncirlənmiş Prometey" (q.yun. Προμηθεύς Δεσμώτης) — qədim yunan dramaturqu Esxilin e.ə. 444-443-cü illərdə yazdığı faciə.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. == Həyatı == Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat. == Tarixi == Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.
Fəxri Proletar Döş Nişanı
"Fəxri proletar" döş nişanı
Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə). Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır. Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı. == Təltif olunanlar == Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.
Azad Proletar Ədəbiyyatı Akademiyası
Azad Proletar Ədəbiyyatı Akademiyası (ukr. Вільна Академія Пролетарської Літератури) və ya qısaca VAPLİTE (ВАПЛІТЕ) — Ukrayna SSR-də ədəbi ittifaq. == Tarixi == İttifaq 1926-cı ilin fevralında Xarkovda təsis edilmişdir. Faktiki lideri Mikola Xvılevoy, prezidenti Mixail Yalovoy və sonradan Nikolay Kuliş, katibi isə Arkadi Lyubçenko olmuşdur. Təşkilat Qərbi Avropa mədəniyyətinin ən yaxşı nailiyyətlərini mənimsəməklə yeni Ukrayna ədəbiyyatının yaradılmasının təməlində dayanmışdı. Kommunist Partiyasının rəsmi tələblərini qəbul edərək, ədəbi siyasət məsələlərində VAPLİTE müstəqil mövqe tutmuş və yeni Ukrayna ədəbiyyatının ixtisaslı müəlliflər tərəfindən yaradılması ideologiyası üzərində dayanmışdır. Xvılovinin fikirləri Ukrayna SSR-in partiya və hökumət nümayəndələri tərəfindən VAPLİTE-nin tənqidinə səbəb olmuşdur. Xvılovinin "Odunçular" əsəri xüsusilə kəskin hücuma məruz qalmışdı. 28 fevral 1928-ci il tarixində davamlı təqiblərə görə VAPLİTE öz-özünü ləğv etmək məcburiyyətində qalmışdır. Təşkilatın üzvləri fəaliyyətlərini "Literaturniy yarmarok" antologiyasında (1928–1929) və "Prolitfront" təşkilatında davam etdirmişlər.
Proletar Bakısının Sovetlərini Möhkəmləndirək (1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.
Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.