Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Racput dövrü
Racput dövrü - (sanskrit. राज्पुत) (VII-XII əsr) Hindistanın orta əsrlərə daxil olduğu Racputların hakimiyyət dövrü. Hind mədəniyyətinə qızıl dövr kimi daxil olan Huptlar dövrü gəlmə adamların yerli əhali ilə birləşməsi nəticəsində yeni etnik toplunun - racputların formalaşmasından sonra süqut etdi. racputların hakimiyyəti möhkəm siyasi mərkəzlərin - şimali Hindistan, Benqaliya, Dekan və uzaq cənub (VII-Xıı əsr) sisteminin yaranmasını təmin etdi. "Racput" - sanskritcə "raca putra" sözbirləşməsindən yaranıb "padşahın oğlu" və ya "racanın oğlu" anlamını verir. == Racput dövründə mədəniyyət == Bu dövrlərdə Hindistanda kahin-brahmanlar kastasının hakimiyyəti güclənirdi və onlar özlərini cəmiyyətdə təsdiqləmək üçün incəsənətdən öz dini təlimlərini daha da genişləndirmək üçün istifadəyə can atdılar. Bunun təsiri ilə Hindistanda məbəd memarlığında güclü dəyişiklik hiss olundu. Racputlar dövründə bir neçə baş və əli olan allahların rəmzi obrazlarına daha tez-tez rast gəlmək olur. Ali allahlar olan Brahma, Vişna, Şiva üçlüyü - Trimurti bu qəbildəndir. Hindlilər öz allahlarının fiqurlarına insani sima verirdi.
Razdan (dəqiqləşdirmə)
Hrazdan — Ermənistanda şəhər. Aşağı Axta da adlanır. Hrazdan çayı — Zəngiçayın erməni dilindəki adı. Hrazdan rayonu — Ermənistanda rayon. Əvvəlki adları Axta və Dərəçiçək olmuşdur. Hrazdan İES — Razdan şəhərində yerləşən istilik elektrik stansiyası. Hrazdan stadionu — İrəvan şəhərində stadion.
Razdan rayonu
Hrazdan və ya Razdan rayonu (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub.
Razdan standionu
Razdan çayı
Zəngi çayı və ya Razdan çayı (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — İrəvan quberniyasının Eçmiadzin, Novobayazid və İrəvan qəzalarında çay adı == Haqqında == Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Zəngi çayının balıq sərvəti çox olmuşdur.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. == İdarəetmə == === Güc aqreqatları 1-4 === Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Mazut Konstitusiyası
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. == Fəhlə hərəkatının güclənməsi == XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Nura Bazdul-Hubiyar
Nura Bazdul-Hubiyar ( bosn. Nura Bazdulj-Hubijar , 20 Avqust 1951-ci ildə Foçada anadan olub) Bosniya yazıçısı, şair, dramaturq. == Tərcümeyi-hal == Foka əsilli olan Hubiyar Sarayevo Məktəbində və Tibb Kollecində təhsil almış, sonraTravnikə köçmüşdür. İxtisasca mikrobioloqdur. Bir çox hekayə, povest və roman, habelə şeir və dramatik əsərlər toplusunun müəllifi kimi tanınır. Uşaq jurnallarında dərc edilir. == Biblioqrafiyası == Ja, slavni Ja, uşaqlar üçün şeirlər ("Drugari", Sarayevo, 1988) Ruža, yeniyetmələr üçün povest ("Veselin Masleša", Saraybosna, 1990) Ljubav je sihirbaz babo ("Svjetlosti", Sarayevo, 1994) Naše međutim je rat ("Bosanska knjiga", Saraybosna, 1995) Rosa canina ("Međunarodni centar za mir", Saraybosna, 1996) Okrutnost raja (Društvo pisaca BH, 1997) Braća, dram ("Mizanscen", 1998) Amanet ( "Šahinpašić" Sarayevo, 1999) Baš mi je žao, 2.
Maykl Radu
Maykl Radu(ingiliscə:Michael S. Radu )(29 aprel 1947, 25 mart 2009) ABŞ-dakı Xarici Siyasət Araşdırma İnstitutu terror mütəxəssisi. == Həyatı == Maykl Radu Rumıniyada anadan olub və Rumıniyada böyüyüb. O, Birləşmiş Ştatlara gəldikdən sonra 1981-ci ildə Kolumbiya Universitetindən beynəlxalq münasibətlərdə onun doktoranturasını aldı (qəbul etdi). O müəllif, həmmüəllif və ya 15 kitabın redaktoru, idi. O bütün dünyada terrorist qrupların ensiklopedik biliyinə sahib idi və yerli, milli və beynəlxalq mediada müntəzəm meydana çıxdı == Seçilən nəşrlər == Radu, Michael. Eastern Europe and the Third World: East vs. South. New York: Praeger. 1981. ISBN 0-275-90708-2.
Radu Neqru
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.