Razdan rayonu

Hrazdan və ya Razdan rayonu[2] (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi.

Rayon
Hrazdan rayonu
İnzibati mərkəz Hrazdan
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 28 903[1] (1989) nəfər
Hrazdan rayonu xəritədə

1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir.

Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub. İrəvan xanlarından Pənah xanın buradakı sarayı XX əsrin 60-cı illərinə kimi saxlanılmışdı.

Dərəçiçək mahalının Şimalından Böyük Qarakilsəyə qədər uzanan Teş dağları Gürcüstan ağzına gedib çıxır. Tədqiqatçılar "teş" sözünün dış sözünün fonetik forması olduğunu və bu kəlimənin Dış Oğuzların sərhəddini göstərdiyini bildirirlər. Maraqlıdır ki, ermənilər də bu sözü dırs kimi "bayır", "çöl" anlamında işlədirlər.

Kitabi Dədə Qorqud boylarında adı çəkilən Altuntaxtın da Dərəçiçəkdə olduğu haqqında da araşdırmalar aparılıb. Doğrudan da Dərəçiçəkdə Misxana kəndindən Şimal Şərqdəki yaylağın adı Altuntaxt yaylağıdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Axta rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Dərəçiçək Tsaxkadzor
Ərzəkənd Arzakan
Paşakənd Marmarik 03.01.1935
Dədəqışlaq Axundov 04.05.1939
Tayçarıx Meğradzor 31.05.1946
Babakişi Haxavanadzor 15.07.1948
Misxana Ankavan 01.12.1949
Aşağı Axta Hrazdan 30.06.1959
Axta rayonu Hrazdan rayonu 30.06.1956
Yuxarı Axta Lernanist 25.01.1978
Təkəli (Dərəçiçək) Artavaz 19. IV.1991
  • ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 75
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. Раздан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 75.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]