Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Federal Rezerv Sistemi
Rezeda
Rəzdərə
Rəzdərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Rəzdərə kəndi Bəsit çayın sahilində, dağətəyi ərazidədir. Rizədərə variantında da qeydə alınmişdir. Kənd adını eyniadli dərənin adından almışdır. Oykonimin razdar adlı ağacin adı ilə bağlı olduğu güman edilir. Dərənin adını İran dillərindəki raz (cir üzüm tanayi) sözü ilə da əlaqələndirirlər. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 387 nəfərdir. == Toponimiyası == Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Vəzəri
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Xəzər-problemə nəzər (film, 1977)
Nəzər
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xəzər
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Ərzev
Ərzev (ərəb. أرزيو‎, fr. Arzew) — Əlcəzairin şimalında, Vəhran vilayətində kommuna və liman şəhəri. == Coğrafi mövqe == Kommuna vilayətin şimal-şərq hissəsində, dəniz səviyyəsindən 131 metr (430 ft) yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 400 kilometr (250 mil) qərbdə və Vəhran vilayətinin inzibati mərkəzindən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir.
Ayaz Nəzərov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Ağaxan Nəzərov
Bala Nəzərov
Bala Sərxuş oğlu Nəzərov (10 avqust 1921, Balaxanı, Bakı qəzası – 26 noyabr 2005) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964). == Həyatı == Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Atası və əmisi xalq düşməni kimi 20 il azadlıqdan məhrum edilmiş, iki dayısı isə güllələnmişdir. Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır. İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir. Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.
Dimitri Nəzərov
Dmitri Nazarov (4 aprel 1990, Tayınşa[d]) — Azərbaycanlı futbolçu. Almaniyanın 3-cü Liqa təmsilçisi "Ertsqebirqe Aue" komandasında çıxış edir. Dimitri Nazarov həmçinin 2014-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 40 oyunda meydana daxil olan Dimitri Nəzərov 8 qol vurub. == Həyatı == Dimitri Nəzərov 4 aprel 1990-cı ildə Qazaxıstanın Tayınşa şəhərində anadan olub. Babası əslən azərbaycanlı olan Dimitri Nəzərov, 1 yaşı olanda ailəsi ilə birgə Almaniyaya köçüb. == Komanda karyerası == === Karlsrue FK === == Nəticələri == == Azərbaycan yığması karyerası == 2014-cü ilin may ayında Dimitri Nəzərov, Berti Foqts tərəfindən Amerika Birləşmiş Ştatları ilə oyun üçün Azərbaycan yığmasının heyətinə çağırıldı. 27 may 2014-cü ildə ABŞ-yə qarşı baş tutan yoldaşlıq oyununda, 60-cı dəqiqədə Vaqif Cavadovun əvəzinə meydana daxil olaraq Azərbaycan yığmasında debüt etdi. Dimitri Nəzərov 9 sentyabr 2014-cü ildə Bolqarıstana qarşı keçirilən UEFA Avro 2016-nın seçmə mərhələ oyununda 35 metrədən möhtəşəm qol vuraraq Azərbaycan yığmasında birinci qolunu vurdu. 2015-ci ildə Dimitri Nəzərov UEFA Avro 2016-nın seçmə mərhələsində Malta ilə baş tutan və Serbiyaya qarşı keçirilən yoldaşlıq oyunda qol vurdu.
Eldəniz Nəzərov
Nəzərov Eldəniz Dəmir oğlu (6 yanvar 1970, Yeni Daşkənd, Bərdə rayonu – 25 avqust 1993, Bərdə) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəzərov Eldəniz Dəmir oğlu 6 yanvar 1970-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1977–1987-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 10 noyabr 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuşdur. Müxtəlif silahlardan istifadə etməyi məharətlə bacarmış, Marağa, Marquşavan döyüşlərində 9 erməni silahlısını əsir götürərək hərbi hissəyə təhvil vermişdir. Ayrı-ayrı vaxtlarda xeyli sayda düşmənin canlı qüvvəsini də məhv etmişdir. Sıravi əsgər Eldəniz Nəzərov 25 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşlərdə ağır yaralanmış, Bərdə rayon xəstəxanasına çatdırılsa da, şəhid olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
Elməddin Nəzərov
Elməddin İsmayıl oğlu Nəzərov (22 noyabr 1996; Masallı rayonu, Azərbaycan — 30 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Nəzərov 1996-cı il noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Nəzərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəzərov oktyabrın 30-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Emin Nəzərov
Emin Zahir oğlu Nəzərov (20 fevral 1992; İkinci Varlı, Salyan, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub. Salyan rayonu, İkinci Varlı kənd orta məktəbində təhsil alıb. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Nəzərov Kəlbəcər döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şərti adı "Üçtəpələr" döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub. 9 dekabr 2020-ci il tarixdə İkinci Varlı kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mikayıl Nəzərov
Mikayıl Əziz oğlu Nəzərov (d. 1933, Bakı – ö. 2009, Bakı) — Azərbaycan sovet və partiya xadimi. == Həyatı == M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu və Sov.İKP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Azərbaycan KP Lenin RK-də təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1966-cı ildə Azərbaycan KP Lenin RK-nin Katibi seçilmişdiir. 1968-ci ildən partiya işinin təşkili şöbəsində inspektor, MK–nin ikinci Katibinin köməkçisi, 1971-ci ildən isə ticarət, plan və maliyyə təşkilatlarının şöbə müdiri olmuşdur. 1982-ci ildən Azərbaycan KP MK-nin ticarət və məişət xidməti şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur. Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Referi (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Rezeda Aleyeva
Rezeda Aleyeva (d. 13 noyabr 1967) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Rezeda Aleyeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Rüfət Nəzərov
Rüfət Nəzərov — aktyorz == Həyatı == R.Nəzərov Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsində oxuyub. 2000-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox uşaq tamaşalarında çıxış edib. Onların arasında: Zmey Qorınıç (Y.Kim "Na zmeinom bolote"), Soldat (Q.Kalau "Kot v sapoqax"), Leşiy (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi rolları qeyd etmək olar. Böyüklər üçün tamaşalardan: Boris (A.Qalin "Konkurs"), Rikardo (L.de Veqa "Uçitel tansev"), Qersoq Burqundski (U.Şekspir "Kral Lir") kimi rolların öhdəsindən gəlib. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Rəzəvi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.