Ağaxan Nəzərov

Ağaxan Nəzərov (Nəzərov Ağaxan Mirzə oğlu; d. 14 avqust 1948, Laçın rayonu, Məzməzək) — Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi (19.02.2009).

Ağaxan Nəzərov
Nəzərov Ağaxan Mirzə oğlu
Doğum tarixi
Doğum yeri Məzməzək Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Aqil Nəzərli
Milliyyəti azərbaycanlı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı — 2009

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağaxan Nəzərov 14 avqust 1948-ci ildə Laçın rayonunun Məzməzək kəndində anadan olub. 1955-ci ildə Güləbird kənd orta məktəbinin 1-ci sinifə getmiş, 1965-ci ildə həmin məktəbi bitirmişdir.

1965-1987-ci illərdə Laçın rayonunun Güləbird kəndinidəki "Sarı Aşıq" adına kolxozda müxtəlif işlərdə işləyib. 1987-ci ildə Güləbird kənd yanacaq doldurma məntəqəsinə müdir təyin edilib.

1997-2021-ci illərdə təsis etdiyi "Müqabil" firmasının rəhbəri vəzifəsində çalışmışdır.

Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Qarabağ Müharibəsi veteranıdır. Laçın rayon Ağsaqqallar Şurasının üzvü, eyni zamanda Laçın Polis şöbəsi yanında hüquq qaydasının təmini üzrə ictimai şuranın üzvü olmuşdur.

Laçın şəhərinin 85 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 fevral 2009-cu il sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı İşçisi fəxri adına layiq görülmüşdür.[1]

7 avqust 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, beş övladı var.

Laçın rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin atasıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". president.az (azərb.). 19 fevral 2009 17:42. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2016.
  2. "Əməkdar kənd təsərrüfatı işçisi vəfat edib". 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-13.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycanda kim kimdir" kitabı. 2010, səh. 367.