Ayaz Nəzərov

Ayaz Azər oğlu Nəzərov (16 iyul 1998, Bozalqanlı, Tovuz rayonu — 11 yanvar 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.[1]

Ayaz Nəzərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bozalqanlı, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bozalqanlı kənd qəbiristanlığı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Azər Nəzərov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019 - 2022
Rütbə Çavuş
Vəzifəsi Sanitar təlimatçı
Təltifləri "Vətən uğrunda" medalı — 2023

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayaz Azər oğlu Nəzərov 16 iyul 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. Ayaz Nəzərov ailənin 2-ci oğludur. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ayaz Nəzərov 2 il 6 ay idi ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq çalışırdı.

Ermənistan silahı qüvvələrinin yanvarın 11-də Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olmuşdur. Onun nəşi yanvarın 12-də doğulub boya-başa çatdığı Tovuz rayonun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.[2]

Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Ayaz Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "XİN: Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  2. "Şəhid Ayaz Nəzərov dəfn edilib". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  3. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2023. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2023.