Emin Zahir oğlu Nəzərov (20 fevral 1992; İkinci Varlı, Salyan, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Emin Nəzərov | |
---|---|
Emin Zahir oğlu Nəzərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İkinci Varlı, Salyan, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Salyan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020, 2021 2021 |
Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub.[2][3] Salyan rayonu, İkinci Varlı kənd orta məktəbində təhsil alıb. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Nəzərov Kəlbəcər döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şərti adı "Üçtəpələr" döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub. 9 dekabr 2020-ci il tarixdə İkinci Varlı kənd qəbiristanlığında dəfn edilmişdir.[5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[10]