Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
REAL
Real və ya REAL bu mənaları ifadə edə bilər: Respublikaçı Alternativ Partiyası — Azərbaycanda siyasi partiya. Real (albom) — L'Arc-en-Ciel qrupunun musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — Azərbaycan televiziya kanalı.
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Ektor Rial
Xose Ektor Rial Lagiya (isp. José Héctor Rial Laguía; 14 oktyabr 1928 – 24 fevral 1991, Madrid) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır. Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Goal.com
Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Oral Çalışlar
Oral Çalışlar (14 dekabr 1946, Tarsus) — türk jurnalist və yazıçı. 14 dekabr 1946-cı ildə Tarsusda doğulmuşdur. İstanbul Universitetini bitirmişdir.
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
Real (albom)
Real — L'Arc~en~Ciel qrupunun albomudur.
Real Aykido
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir. Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil. İstənilən yaşda olan hər bir şəxs real aykido ilə məşğul ola bilər.
Real Madrid
Real Madrid FK (isp. Real Madrid Club de Fútbol) — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib. "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 13 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 15 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb.
Real Saraqosa
Real Sociedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real Sosyedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real TV
Real TV — 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib. 18 iyul 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev 2018-ci ilin əvvəllərində yeni kanalının adını "Real TV" olaraq açıqlayıb. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb. 5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru seçilib. Həmin gün test yayımına başladı.
Real Valyadolid
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Road&Traffic
Roald Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.