Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Kimyəvi rabitə
Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir. == Kimyəvi rabitənin növləri == Rabitələrin aşağıdakı növləri var: Hidrogen Kovalent İon Metal == Molekul == Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2). Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır. == Elementlərin elektromənfiliyi == Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir.
Qazaxıstanda rabitə
Məlumat dünyanın CIA Kataloqundan götürülmüşdür (20 mart 2011-ci il) : Telefonlar — əsas xətlər: 4.928 milyon (2011) Telefonlar — cib telefonları: 14.995 milyon (2009) Telefonun ölkə kodu: +7 Telefon sistemi: Ölkədaxili: Quru xətləri, radiorele rabitəsi və peyk rabitəsi vasitəsi ilə şəhərlər arasında. Sabit əlaqələrin sayı tədricən artır və hər 100 nəfərə təxminən 40 nəfərdir. Mobil (mobil) əlaqələr sürətlə böyüyür və onların sayı 100 nəfərə 88 nəfərdir. Beynəlxalq: Digər postsovet respublikaları və Çin ilə beynəlxalq rabitə quru xətləri və mikrodalğalı radiorele rabitəsi vasitəsi ilə həyata keçirilir. Digər ölkələrlə peyk və Trans-Asiya-Avropa (TAE) fiber optik kabel vasitəsilə. Peyk yerüstü stansiyaları: Intelsat. Qazaxıstan peykləri — KazSAT-1, KazSAT-2, KazSAT-3, KazSAT-4. Radio yayım stansiyaları: AM - 60, FM - 24, qısa dalğa - 14 (2011) Radio: 11.47 milyon (2011) Televiziyalar: 26 (üstəgəl 14 təkrarlayıcı) (2011) İnternet provayderləri: 18 (öz beynəlxalq kanalları ilə) (2011) İnternet aparıcıları: 180 217 (2011) İnternet istifadəçiləri: 400.000 (2005) 1,247,000 (2006); 5.300.000 (2011) İnternet domeni :.kz, .қаз == Mobil əlaqə == Qazaxıstanda mobil rabitə GSM (900, 1800) və UMTS (900, 2100) formatında həyata keçirilir. 2012-ci ildə mobil rabitənin nüfuz nisbəti 120% təşkil etmişdir. 2015-ci ildə Qazaxıstanda mobil rabitə səviyyəsi 185% -ə çatdı - ölkədə 31 milyondan çox SİM kart qeydiyyata alındı.
Rabat (Urmiya)
Rabat (fars. ربط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (36 ailə).
Rabat (Xudabəndə)
Rabat (fars. رباط‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (16 ailə).
Rabat (dəqiqləşdirmə)
Rabat — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri. ‎Rabat (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Rabil İsmayılov
Rabil Elbrus oğlu İsmayılov (12 fevral 1980, Kirovabad – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rabil İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Riyaziyyat" üzrə magistr dərəcəsi üzrə təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı. == Hərbi xidməti == Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rabil İsmayılov noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rabitə, kommunikasiya
Rabitə Bakı
Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. == Tarixi == 2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub.
Rabitə protokolları
Verilənlərin ötürülməsi protokolları — müxtəlif proqramlar arasında məlumatların mübadiləsi tanımlayan bir interfeys logic level müqavilələr toplusu. Bu razılaşmalar yer, avadanlıq, ayrılır proqram qarşılıqlı mesaj və səhv rəftar göndərmək üçün tutarlı bir yol müəyyən və ya interfeys ilə bağlıdır. Standartlaşdırılmış ötürülməsi protokolu da xüsusi hardware platforma və istehsalçının (məsələn, USB, Bluetooth) bağlı deyil interfeys inkişafı (artıq fiziki səviyyədə), imkan verir. == Şəbəkə protokolları == Şəbəkə Protokol - iki və ya daha arasında əlaqə və mübadilə məlumatlar şəbəkə cihazları daxil imkan verən qaydalar və hərəkətlərdən (tədbirlər ardıcıllıqla) bir sıra. Şəbəkə protokollarının 4 siyahısı Link Layer Network Layer Nəqliyyat Layer Session Layer Application Layer IETF müəyyən İnternet yeni protokollar və digər protokollar - IEEE və ISO. İTU-T telekommunikasiya protokolları və formatlar ilə məşğul olur. TCP / IP - İnternet üçün əsas olan iki protokol. Protokol TCP (Transmission Control Protocol) paketlər və üzrə ötürülən informasiya ayırır. Protokol IP (Internet Protokol) Bütün paketləri köçürülür. Sonrakı bütün hissələri qəbul olub-olmadığını yoxlamaq üçün TCP protokolu istifadə edərək. TCP bütün hissəsinin sonra alınması üçün onların təşkil və birlikdə toplanır.
Radio rabitə
Radiorabitə — XX əsrin əvvəllərindən istifadəyə verilmiş bir telekommunikasiya sistemidir. Bu sistem elektromaqnit dalğaları hesbına əmələ gəlir və verilənləri almaq və ötürmək qabilliyətinə malikdir. Onu elmə Qulyelmo Markoni gətirmişdir. Sistem inkişaf etdikcə onu hətta qitələrarası teleqraf rabitəsində də istifadə edirlər. == Yaranma yolları == Elekromaqnit rəqsləri almaq üçün rəqs koturundan istifadə olunur. Rəqs konturunda elektrik sahəsi kondensatorun köynəkləri arasında , maqnit sahəsi isə sarğac daxilində və onun ətrafında mövcud olur. Bu cür kontur fəzaya elektrommaqnit dalğaları şüalandırmır. Ona görə belə kontur qapalı rəqs konturu adlanır.
Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. == Həyatı == Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sabit Bağırov
Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti. == Həyatı == Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
Sabit Damolla
Sabit Damolla Əbdulbaqi (uyğ. سابىت داموللا) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı. O, həmçinin cədidçi idi. == Həyatı == Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Kaşğər vilayətinin Atuş şəhərində anadan olub. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi. 1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb.
Sabit Dönentayev
Sabit Dönentayev (qaz. Сәбит Дөнентаев) (1894 - 23 may 1933) - qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur. == Həyatı == 1894-cü ildə indiki Pavlodar bölgəsində bir çoban ailəsində anadan olub. Qasım-Hacı mədrəsəsində təhsil alıb. Rus şairi Krılov, tatar şairi Abdulla Turkay və qazax şairi Abay Kunanbayoğlunun əsərlərinin təsiri ilə yaradıcılığa başlayıb. 1913-cü ildə Dönantayevin “Aykap” dərgisində ilk şeiri “ Xəyalım” ( qazaxca: “Қиялым”) dərc olunub. İlk şeirlər kitabı olan “Alibek” 1915-ci ildə Ufa şəhərində nəşr edilib.
Sabit Kərimov
Kərimov Sabit Qəhrəman oğlu (10 aprel 1940, Ordubad – 16 iyun 2013) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası "Kompüter texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri. == Həyatı == Sabit Qəhrəman oğlu Kərimov 10 aprel 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == S. Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi ilə bağlıdır. O, 1967–1989-cu illərdə kimya, neftkimyası və neftemalı sahələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin yaradılması sahəsində işləmiş, 1990-cı ildən isə elmin və istehsalatın müxtəlif sahələri üzrə informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi-tədqiqat işləri aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri (1967–1975), neftemalı və neftkimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi (1975–1988), istehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemləri (1988–1990), respublikada mütərəqqi texnologiyalar, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqayırma sahələri üzrə informasiya sistemləri, tibbi diaqnostika üzrə ekspert sistemləri (1990–2009) yaradılmış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı terminoloji lüğət hazırlanmışdır.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. == Həyat və fəaliyyəti == 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. === Ailəsi === 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.