Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Şampun
Şampun — Tədricən saçda toplanan yağları, çirki, dəri parçacıqları, kəpəyi, ətraf mühitin çirklədicilərin və digər çirkləndirici maddələri aradan qaldırılması üçün istifadə olunan saç qayğı məhsuludur.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
II Şapur
II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309–379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir. == Hökmranlığı == Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır. === İslahatları === II Şapurdan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldıraraq paytaxtı ora köçürtmüşdür.
I Şapur
I Şapur (fars. شاپور اول‎; II əsr, Firuzabad, Fars ostanı – 272[…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı. == İlk illəri == Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı. Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi. == Hakimiyyəti == 252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi. 260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi.
Sabun opera
Sabun opera — serial növüdür. Sabun köpüyü mənasını verən "Soap opera" seriallardakı mövzuların xəfifliyi və işlənmə biçiminin diqqətsizliyi kimi də izah olunur. Ancaq anlayışın son nöqtəsinə baxdıqda "soap opera"nın bu cür proqramların ilk sponsorlarından qaynaqlandığını görə bilərik. Sabun operalar ümumilikdə boş vaxtlarında qadınların izlədiyi və kişilərin çox xoşlamadığı seriallardır. Bu cür seriallarda sevgi həmişə var, yəni emosionallıq ön plandadır. Maraq cəlb etməsi üçün bütün sabun operalarda bir çox hadisə olur. Sabun operalar ilk dəfə İtaliyada yayımlanıb, sonra Fransada yayılıb ve beləliklə, bütün dünyaya yayılmış və evdar qadınların sevimlisi olmuşdur.
Safeguard (sabun)
Safeguard (azərb. sağlam müdafiə‎) — Procter & Gamble şirkətinə daxil olan antibakterial sabun markası. Procter & Gamble-ın laboratoriyalarında hazırlandıqdan sonra Safeguard ilk dəfə 1963-cü ildə ABŞ-də satışa çıxarılmış və istehlakçılar tərəfindən maraqla qarşılanmışdır. Safeguard sabunları ABŞ, Meksika, Ukrayna, Latviya, Kanada, Misir, Çin, Nigeriya, Keniya, Pakistan və Filippin kimi ölkələrdə istehlakçıların ən çox üstünlük verdikləri sabun markası hesab olunur. 2012-ci ilin 30 aprel tarixindən etibarən yuxarıda göstərilən ölkələrə Estoniya, Beliz, Polşa, Litva və Sloveniyada qoşulmuşdur. 2012-ci ilin 1 may tarixindən etibarən isə Safeguardın əhatə dairəsinə Avstraliya, Yeni Zelandiya, Baham adaları, Qərbi Afrika, Banqladeş və Nepalda daxil olmuş və bununla da Safeguard bütün dünyanı əhatə etmişdir. == Tarixi xronika == 1963 — Procter & Gamble istehlaçıların bazarda antibakterial sabunlara olan tələbatını ödəmək üçün yeni layihənin üzərində işləməyə başladı. Şirkətin sabun istehsalında böyük təcrübəsi vardı. Belə ki, hələ 1879-cu ildə P&G tərəfindən istehsal edilən ağ rəngli suyun səthində qala bilən İvory sabunları qısa zamanda Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında məşhurlaşa bilmişdi. 1964 — Aparılan kiliniki testlər Safeguardın 99,3% dəri səthini müdafiə və mühafizə etdiyini göstərdi.
Spaun (personaj)
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir. 1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür. == Bioqrafiya == Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir. El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.
İvory (sabun)
İvory (ing. Ivory) — Procter & Gamble şirkəti tərəfindən istehsal olunmuş sabun.
Şapur Ənsari
Şapur Ənsari (d.1936, Marağa, İran) — ABŞ-də yaşayan azərbaycanlı məşhur cərrah. == Həyatı == Şapur Ənsari əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-yə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir. == Fəaliyyəti == Vaşinqtonda 13 aprel tarixində ABŞ-nin Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil edilmşdir. Müzakirələrdə Şapur Ənsari məruzələrlə çıxış etmişdir.
Şapur Bəxtiyar
Şapur Bəxtiyar (fars. شاپور بختیار‎) - Məhəmməd Rza Pəhləvi dövründə İranın sonuncu Baş Naziri vəzifəsində çalışmış iranlı siyasi xadim. 1991-ci ilin 6 avqust tarixində Fransanın paytaxtı Paris şəhərindəki O-dö-Sen departamentinin kommunası olan Sürendə bıçaqlanaraq qətlə yetirilmişdir. Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir. O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşamışdır. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşmüşdür. İranda dinin dövlətdən ayrı olduğu sekulyar dövlətin saxlanılması tərəfdarı olan Şapur Bəxtiyar bu fikirlərinə görə dövrünün bir çox siyasi xadimin tərəfindən tənqid edilmişdir. == Həyatı == === Gənclik dövrü === Şapur Bəxtiyar 1914-cü il 26 iyun tarixində İranın mərkəzində yerləşən Şəhrikürd şəhərində anadan olub. Soyadından bəlli olduğu kimi, ailəsi Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar dövləti dövründə Baş nazir postunu tutmuşdu.
Şaun Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ model, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Sirin binti Şamun
Sirin binti Şamun (ərəb. سيرين بنت شمعون‎; VII əsr – VII əsr) — Qibti Pravoslav Kilsəsinə aid olan xristian. İslam peyğəmbəri Məhəmmədin cariyəsi və Həssən ibn Sabitin həyat yoldaşı. Mariyə əl-Qibtiyyənin bacısı. == Bioqrafiyası == Şirin atasının adı Şamun idi. O, nüfuzlu qibti xristianlarından biri idi. Anası Roma mənşəli olmuşdur. Hicrətin 6-cı ilində (627-628) Məhəmməd peyğəmbər Yaxın Şərqin hökmdarlarına məktublar göndərir, bu məktublarda onları yeni bir inancın yaranmasından xəbərdar edir və onları özünə qoşulmağa dəvət edir. Məktubu Xətib ibn Əbu Balta Misir hökmdarı Mukaukisə çatdırır. Mukaukis məktuba cavab olaraq iki qul qadın (Məryəm və Sirin), Məbur adlı bir qul kişi, minlərlə miskal qızıl, iyirmi atlaz paltar, Daldal adlı bir qatır və Yağfur adlı eşşək də daxil olmaqla hədiyyələr göndərir.
Şavun-i Süfla (Germi)
Şavun-i Süfla (fars. شاون سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (5 ailə).
Şavun-i Ülya (Germi)
Şavun-i Ülya (fars. شاون عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (24 ailə).
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. == Personajlar == Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Haput
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Laprün
Laprün (fr. Laprugne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. == Qanunun növləri == Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qarpun
Qarpun — ilk qarpundan istifadə Mezolit dövrünə təsadüf edir. Bununla belə Konqonun Katande ərazisində 74-174 min il öncəyə aid olan sümükdən hazırlanmış qarpun aşkarlanmışdır. Qarpun həmcinin kope adlandırılır. Əsasən sualtı tüfəngi və qarpun topunda istifadə edilir. İri dəniz məməlilərini ovlamaq məqsədi ilə qarpuna partlayıcı yerləşdirilir.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şabon
Şabon (fr. Châbons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38065. Kommunanın 2012-ci il üçün əhalisi 1978 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 386 ilə 687 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. == Mövzu == Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.