Spaun (personaj)

Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir.

Spaun
ing. Spawn
Nəşriyyat ABŞ Image Comics
Yayım tarixi "Spaun" #1 (may 1992)
Yaradıcı(lar) Todd Makfarleyn
Xüsusiyyətlər
Əsl adı Albert Frensis "El" Simmons
Doğum yeri
Cinsiyyəti kişi
Növü insan (ilk öncə)
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri CIA
Ləqəbləri Bir, Hellspaun, Şeytan cəngavəri, Şeytan ustası, Nindza, Franklin Riçards, Müqəddəs Spaun, Cəngavər Spaun
Gücləri Supergüc, dayanıqlıq, sürət, dözumlülük
Ölümsüzlük
Planerizm
Teleportasiya
Taktikaçı, atlet, akrobat
Qabılqan
Yenidən dirilmə
Şeytan gücləri
Sürətli sağalma
Empatiya

1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür.

"Spaun" komiksinin ilk sayı (may, 1992).

Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir.[1][2] El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.[1][2]

Adı Malebolqiya olan şeytan, cənnətə qarşı müharibədə istifadə edəcəyi ordunun komandiri olacağı təqdirdə arvadı Vandanı yenə görmək vədi ilə Eli aldadır. El yenə həyata qayıtmışdır, amma hər yeri yanıq, yara içərisindədir. Ölümünün üzərindən beş il keçmişdir və şeytan onun bütün yaddaşını silmişdir. Bundan başqa üzərində xüsusi güclər verən paltar vardır. El bir tərəfdən keçmişini xatırlamağa, bir tərəfdən onu öldürənlərdən qisas almağa, bir tərəfdən də şeytanla olan razılığını pozmağa çalışacaqdır.

El Simmonsun əsgərlikdə əldə etdiyi zirəklik, silah istifadə etmək, yaxın döyüş kimi bacarıqları onsuz da mövcud idi. Kostyumu ilə birlikdə super sürət və dayanıqlıq əldə etdi. Bundan başqa paltar ona teleportasiya, cilddən-cildə girmək, lazer çıxarmaq kimi güclər də verdo. Spaun ölməzdir: ürəyini çıxartdıqda belə yaşamağa davam edər.

El hərəkətləri, motivasiyaları başa düşülə bilən bir personajdır. Bundan başqa drammatik super qəhrəman keçmişi hekayəsindən başqa hekayə zaman-zaman ani dəyişib müxtəlif mövzulara toxuna bilir. Məsələn, bir sayda adi super qəhrəman hekayəsindən bəhs edildiyi halda, növbəti sayda cəhənnəmə enib mifoloji hekayədən söz açıla bilər.

Yan personajlar

[redaktə | mənbəni redaktə et]

Violator: Spaunun düşmənlərindən biri. Malebolqiyanın öz görüntüsünə yaxın yaratdığı, amma çox vaxt kloun geyimində gəzməyə üstünlük verən psixopat personaj. Özünün vəzifəsi Spauna dünyada nəzarət etməkdir,[3] amma bəzən şeytanın gözünə girmək üçün sərhədləri aşır.

Sem və Tviç: Bu iki polis komiksin güldürücü personajlar. Həyatdan bezmiş, kök Sem və onun tam tərsi incə, kübar, ağıllı, Tviç. Məşhurluqlarına görə hətta dövrlərində öz adlarında olan komiks seriyasına sahib olmuşdular.

Angela: Cənnətdən cəhənnəm spaunlarını öldürmək ilə vəzifələndirilmiş mələk.

Toni Tvist: mafiya qrupunun başçısı. Spaunlar tez-tez qarşıdurma yaşayır. Bu personajın adı bir hokkey oyunçusunun adı ilə eyni olduğuna görə Todd Makfarleyn həmin oyuçuya 15 milyon dollar təzminat ödəməli olmuşdu.

  1. 1 2 M. Keith Booker (redaktor). Encyclopedia of Comic Books and Graphic Novels. ABC-CLIO. 583–585. ISBN 978-0-313-35746-6. 2017-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
  2. 1 2 Boyd, Todd. African Americans and Popular Culture [3 volumes]. ABC-CLIO. 30 October 2008. səh. 174. ISBN 978-0-313-06408-1. 17 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
  3. Duncan, Randy; Smith, Matthew J. Icons of the American Comic Book: From Captain America to Wonder Woman. ABC-CLIO. January 2013. səh. 503. ISBN 978-0-313-39923-7.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]