Sirin binti Şamun

Sirin binti Şamun (ərəb. سيرين بنت شمعون‎; VII əsrVII əsr) — Qibti Pravoslav Kilsəsinə aid olan xristian. İslam peyğəmbəri Məhəmmədin cariyəsi və Həssən ibn Sabitin həyat yoldaşı. Mariyə əl-Qibtiyyənin bacısı.

Sirin binti Şamun
Doğum tarixi VII əsr
Vəfat tarixi VII əsr
Həyat yoldaşı
Fəaliyyəti mühəddis

Şirin atasının adı Şamun idi. O, nüfuzlu qibti xristianlarından biri idi. Anası Roma mənşəli olmuşdur.

Hicrətin 6-cı ilində (627-628) Məhəmməd peyğəmbər Yaxın Şərqin hökmdarlarına məktublar göndərir, bu məktublarda onları yeni bir inancın yaranmasından xəbərdar edir və onları özünə qoşulmağa dəvət edir. Məktubu Xətib ibn Əbu Balta Misir hökmdarı Mukaukisə çatdırır. Mukaukis məktuba cavab olaraq iki qul qadın (Məryəm və Sirin), Məbur adlı bir qul kişi, minlərlə miskal qızıl, iyirmi atlaz paltar, Daldal adlı bir qatır və Yağfur adlı eşşək də daxil olmaqla hədiyyələr göndərir[1]. Xətib ibn Əbu Balta Mədinəyə gedərkən qullarla söhbət edir. Hər iki qadın İslamı qəbul edərək müsəlman olaraq Mədinəyə daxil olur. Elə həmin il Mədinə şairi Həsən ibn Sabit Məhəmməd peyğəmbərin həyat yoldaşı Aişəyə qarşı böhtan atılması hekayəsində iştirak edir. Həsən ibn Sabit Səfvan ibn Mükatil tərəfindən hücuma məruz qalır və yaralanır. Təzminat olaraq ona Sirin və Yarahu sarayı bağışlanılır[2].

Həsənlə Sirindən Əbdürrəhman adlı bir oğulları olur.

  1. "Из серии «Матери правоверных». Мария - представительница коптов". Журнал Аль-Ваъй (Сознание). 2013-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  2. Ибн аль-Муаттал преграждает дорогу Хассану с мечом в руке Arxivləşdirilib 2016-08-05 at the Wayback Machine islam-info.ru