Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Serbiya
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. == Tarixi == Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov. İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Şoyqu — Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Serviyi
Serviyi (fr. Servilly) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03272. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) 123 nəfər iqtisadi cəhətdən, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 70.1%). Aktiv olan 123 nəfərdən 108 nəfəri (65 kişi və 43 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın). Aktiv olmayan 34 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sərein
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Şərüin
Şərüin (ərəb. شروين‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı rayonun inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimal-qərbindəki vahələrdən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 903 kilometr cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 266 metrdir.Şərüin kommunası Talmin, Uled-Ayşə,Deldul, Metarfa və Tsabit kommunaları ilə həmsərhəddir . Sahəsi 3080 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 11,347 nəfər idi. Əhalinin 50,6%-ni kişilər, müvafiq olaraq 49,4%-ni isə qadınlar təşkil edirdi.
Air Serbia
Air Serbia — qərargahı Belqrad şəhərində yerləşən Serbiyaya məxsus dövlət şirkəti. Yuqoslaviya dağılana qədər Yuqoslavenski Аеrоtransport (JAT) adlanırdı və beynəlxaq əhəmiyyət daşıyırdı (Yugoslav Airlines). 26 oktyabr 2013-cü ildə Jat Airways adı Air Serbia olaraq dəyişdirilmişdir. == Tarixi == Avia şirkət 1927-ci ildə Аеrоput adı ilə yaradılır. 1947-ci ildə Yuqoslavenski Аеrоtransport adlandırılır. 1980-ci ildə Avropanın iri avia şirkətlərindən biri olmuşdur. Ancaq 1990-cı ildə BMT şirkətə iqtisafi sanksiya tətbiq edir. Nəticədə vəziyyət pisləşir. 2006-ci ildə Air India ilə saziş planlaşdırılır. Hədəf isə Belqradın hava limanının Air Indianın Şimali Amerikaya uçuşlar məqsədi ilə istifadə etmək istəyirdi.
Bernie Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Bernis Mənuçöhriyan
Bernis Mənuçöhriyan (1930) — Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin keçmiş prezidenti.O, hal hazırda AIPAC Direktorlar Milli Heyətinin üzvüdür. == Mənbə == U.S.-Israeli Ties to Unite AIPAC Summit — article by Manocherian on US-Israeli ties.
Bernis Orviq
Bernis Orviq (d. 24 noyabr 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Bernis Orviq, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. == Həyatı == Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin atasını tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Euplassa isernii
Euplassa isernii (lat. Euplassa isernii) — proteyakimilər fəsiləsinin euplassa cinsinə aid bitki növü.
Fallout (seriya)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
George Çerney
I Şərvin
Şərvin Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. == Mənbə == Madelung, W. (1975).
Kerniq simptomu
Kerniq simptomu — xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab olunur.
Konstrantinos Sergiu
Konstrantinos Sergiu (2 oktyabr 2000-ci ildə Kiprdə anadan olub) — Kipr Birinci Divizion təmsilçilərindən olan "Nea Salamina" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kiprli futbolçudur. == Klub karyerası == === Nea Salamina === Sergiu Nea Salamina akademiyası vasitəsilə inkişaf etmişdir. Sergiu öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə Doksa klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Nea Salamina liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Kipr Superkuboku görüşləri daxildir.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Mark Kerney
Mark Kerney — Kanada Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Serpil İsgəndəroğlu
Serpil İsgəndəroğlu (d. 15 iyul 1982) — Türkiyəni təmsil edən həndbolçu. Serpil İsgəndəroğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Serpil İsgəndəroğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Serqey Sirotkin
Serqey Oleqoviç Sirotkin (d. 27 avqust 1995, Moskva, Rusiya) — Rusiya avtoyarışçısı. Avropa Formula-Abarth 2011 çempionu, GP2 yarış seriyasının iki dəfə bürünc mükafatçısı. 2018-ci ildən Vilyams Formula-1 komandasının pilotu. == Şəxsi məlumatlar == Serqeiyin sponsorlarından biri Sauber Formula 1 komandası üçün hazırladığı test nümayişləri zamanı o dövrün direktoru Oleq Sirotkinin atası olan Aviasiya Texnologiyaları Milli İnstitutu idi. 2017-ci ildə MADİ-nin məzunu, avtonəqliyyat vasitəsi fakültəsini bitirib . == Karyera == Sirotkin karyerasına 2008-ci ildə kartinqlə başladı. Birincisi, bir sıra KF3 sinif çempionatlarında oynadı, Göteborg Stora Pris çempionu oldu. 2010-cu ildə Serge KF2 sinifinin üç seriyasına qatıldı. === Formula Abart === Sirotkin 2010-cu ildə Formula seriyasında ilk dəfə çıxış etdi: "Jenzer Motorsport" komandasında "Formula-Abart" yarışında İtaliyanın 6 yarışında iştirak etdi.
Serqey Xuqayev
Serqey Zverev
Sergey Zverev (saxa Сергей Афанасьевич Зверев — Кыыл Уола 8 iyul 1900, Tyubyay[d], Yakutiya MSSR – 7 mart 1973) — Yakut xalq müğənnisi və Olonqo dastançısı. SSRİ Yazıçılar Birliyinin üzvü (1939), Rusiya Sovet Federativ Sosialist Respublikası və Yakutiya Muxtar Sovet Sosialist Respublikası əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == Sergey Zverev 1900-cü il iyunun 25-də (6 iyul) (digər mənbələrə görə 19 avqust 1891-ci ildə) Yakutsk vilayətinin Suntarski ulusundakı Tyubyat kəndində anadan olmuşdur. 20 ildən çox rəncbər kimi çalışmışdır. Sonra Bodaybin qızıl mədənlərində mədənçi, Kempendyay Duz Zavodunda dülgər kimi çalışır. Kolxoz təsərrüfatına qoşulur, kolxozun sədri olur. 1940-1945-ci illərdə Nyurbin kolxoz teatrının aktyoru kimi çalışır. Q. Vasiliev ilə birgə Yakutiyadakı almaz sənayesinin yaranmasına həsr olunmuş «Ayxal eyiexe aar tayka» ("Sənə şöhrət, boz tayqa") poemasını yazmışdır. 1953-cü ildə Sergey Zverevin "Min Sereqim" ("Ürəyim") şeirlər toplusu nəşr olunur. Sergey Zverev Yakut rəqs mədəniyyətinin banilərindən biridir.