Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andres Eskobar
Andres Eskobar (isp. Andrés Escobar Saldarriaga; 13 mart 1967[…] – 2 iyul 1994, Medellin) — Kolumbiyalı futbolçu. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında keçirilən Futbol üzrə dünya çempionatının iştirakçısı. Həmin çempionatda ABŞ millisi ilə oyun zamanı öz qapısına vurduğu qol səbəbindən mundialdan sonra ölkəsində Humberto Kastro adlı şəxs tərəfindən qətlə yetirilmişdir.
Pablo Eskobar
Pablo Emilio Eskobar Qaviriya (isp. Pablo Emilio Escobar Gaviria; 1 dekabr 1949[…] – 2 dekabr 1993[…], Medellin, Antyokiya) — kolumbiyalı narkobaron, narkoterrorist və siyasətçi. Medellin Kartelinin qurucusu və lideri olmuşdur. “Kokainin kralı” adını qazanan Eskobar tarixin ən zəngin cinayətkarlarından biri kimi yadda qalıb. O, vəfat etdiyi günə qədər təxminən 30 milyarda yaxın dollar qazanmışdır. Bu günümüzdə 70 milyard dollara bərabərdir. Onun narkotik karteli 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edirdi. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir. Eskobar Rioneqro şəhərində anadan olub və uşaqlığını Medelində böyüyərək keçirib. Qısa müddət Universidad Autónoma Latinoamericana-ya daxil olmuş, lakin təhsilini başa vurmamışdır.
Roberto Eskobar Qaviriya
Roberto de Xesus Eskobar Qaviriya, El Osito ləqəbli bu şəxs narkotik kralının, narkobaran Pablo Eskobarın qardaşı və Amerika Birləşmiş Ştatlarına qaçaqmalçılıq yolu ilə daxil olan narkotikin 80%-nə nəzarət edən Medellin Kartelinin keçmiş mühasibi. == Mənbə == (ing.)Escobar Gaviria, Roberto. My Brother - Pablo Escobar. Escobar, Inc. 2016. ISBN 978-0692706374. (ing.)Escobar Gaviria, Roberto. The Accountant's Story: Inside the Violent World of the Medellín Cartel. Grand Central Publishing. 2009.
Sakolar
Sakolar (lat. Pitheciidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Skopas
Skopas (b.e.ə 395-350) — Yunan memarı və heykəltaraşı. Parosda adalarında doğulub. Skopas Praksiteles ilə birlikdə işləyib və dünyanın 7 möcüzəsindən olan Qalikornas movzoleyinin hissələrini inşa etmişdir. Xüsusilə də relyefini. Onun rəhbərliyi ilə Teqeadadakı Afina Alea məbədi tikilmişdir. Kvadrat formal baş, dərin batıq gözlər və azca açılmış ağız Skopasın işlərinə məxsus bir üslub idi.Yunan qəhrəmanı Menecerin büstünü buna misal göstərmək olar.Onun işləri (relyefləri) Londonda Britaniya muzeyində, Afina Alea məbədinən fraqmentlər Afina milli arxeoloji muzeyində saxlanılır. == Xarici keçidlər == Vikianbarda Skopas ilə əlaqəli mediafayllar var.
Ukobax
Ukobax və ya Urobax — Jak Ogüst Simon Kollen de Plansinin 1818-ci ildə yazdığı "İnfernal" lüğətində təsvir olunmuş aşağı səviyyəli demon. Əsasən alovlu və ya qırmızı bədənlə, böyük gözlərlə və qulaqlarla, kömür dolusu kürəklə təsvir olunur. Deyilənlərə görə, Ukobax qızardılmış yeməklərin və fişənglərin ixtiraçısıdır. Belzevul ona cəhənnəmin qaynayan qazanlarına yağ daşımaq vəzifəsini vermişdir. == Xarici keçidlər == Deliriumsrealm.com Donaldtyson.com Arxivləşdirilib 2008-11-20 at the Wayback Machine Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Şkoder
Şkoder və ya İşkodra — Albaniyada şəhər. Paytaxt Tirana ilə Şkoderin arası 1,5 saat təşkil edir. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Şəhərin 100 min əhalisi var. Balkanların ən böyük gölü olan Şkoder gölü (və ya Skadar gölü) də bu şəhərdə yerləşir. Gölün yarısı Albaniya, yarısı isə Monteneqro ərazisinə düşür. Osmanlılar bu əraziləri tərk edən zaman Albaniyanın bəzi bölgələri ilə yanaşı gölün də bir hissəsi bu ölkə ərazisində qalıb. Şkoder qalası çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Məscidi hazırda yararsız haldadır. Qaladan baxdıqda gözəl mənzərələr insanı valeh edir.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Komar
Yuxarı Komar (Culfa)
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
SOCAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
SOKAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Skoda
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Sohar
Sohar (ərəb. صحار‎ing. Sohar) Oman Sultanlığının paytaxtı Maskat şəhərindən başqa ən inkişaf etmiş şəhərdi. Maskat şəhərinin şimalında yerləşən Sohar şəhəri ölkənin ən qədim paytaxtlarından birisi və Sindibadın doğulduğu inanılan şəhərdir. Qədim bir dənizcilik tarixi və tarixi bir balıkçı qəsəbəsi olmaqla yanaşı daha çox Sohar Sənayi limanında tikilməsindən sonra yaranan və inkişaf edən sənayesi ilə məşhurdur. 2010-cu ilin siyahıya alınmasına görə şəhərin əhalisi 140.006 nəfərdir. Buna görə Oman Sultanlığının 5-ci ən böyük əhaliyə malik şəhəri sayılır. == Sənaye == Sohar şəhəri bir çox yerli və xarici investorların və işadamlarının diqqət mərkəzinə çevrilmiş şəhərə böyük miqdarda investisiya qoyulmuşdur.Bu investisiya sayəsində 2002-ci ildə Sohar Limanının ətrafında Sohar Sənaye Ərazisində yaranan bir neçə investisiya layihələri ilə sənaye inkişaf etmiş, iqtisadiat yüksəlmişdir. həmçinin Hörmüz boğazına yaxınlığı ilə əlaqəli stratejik bir dəyərə də malikdir. Liman Sohar Sənaye Limanı Şirkəti (SIPC) tərəfində beynəlxalq bir liman kimi idarə olunur.Sohar Sənaye Limanı 12 milyard dollardan çox mövcud olan investisiya ilə dünyanın ən böyük liman inkişaf layihələri arasında yerini tapır.
Sonar
Sonar (Sound Navigation and Ranging (az: Səs naviqasiyası və dəyişmə)) səs dalğalarından istifadə edərək obyektin ölçüsünü, məsafəsini və digər məlumatlarını görməyə imkan verən cihazdır. Səsin su altında yayılması xüsusiyyətindən istifadə edərək sualtı/suüstü səyahət, xəbərləşmə və digər cisimlərin aşkarlanmasına imkan verən bir texnikadır. Sonar, İngilis dilindəki “Sound Navigation and Ranging” ifadəsinin qısaltmasıdır və səs dalğaları olan bir obyektin məsafəsi, ölçüsü və digər məlumatları haqqında məlumat almaq üçün istifadə olunan alətin adıdır. Sonar sistem əvvəlcə sualtı qayıqlar üçün istehsal edilmişdir. Suyun altında dalğaların yayılmasından istifadə edərək su altında/ üstündə gəzməyi, məsafələr aralığını hesablamağı, xəbərləşməyi və digər cisimlər haqqında məlumat əldə etməyi təmin edən bir texnikadır. Sonarı delfinlər ünsiyyət üçün, yarasalar isə istiqamətlərini tapmaq üçün istifadə edirlər. Sistem aktiv və passiv olaraq ikiyə bölünür. Passiv sonar gəmilərin səsini eşitməkdir; Aktiv sonar atış səsləri yayır və əks-sədaları dinləyir. == Tarixi == Bəzi heyvanlar (delfinlər və yarasalar) milyonlarla ildir ünsiyyət və cismin aşkarlanması üçün səslərdən istifadə etsələr də, insanın sudan istifadəsi ilk dəfə 1490-cı ildə Leonardo da Vinçi tərəfindən qeydə alınmışdır. XIX əsrdə mayakları təhlükə barədə xəbərdar etmək üçün bir köməkçi sualtı zəng istifadə edilmişdir.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Böyük Nikobar
Böyük Nikobar (ing. Great Nicobar, hind. बड़ा निकोबार) — Nikobar adaları arxipelaqının ən böyük adası. Adanın sahəsi 1045 km²-dir, bu isə arxipelaq ərtazisinin yarıdan çoxu deməkdir. Ada Sumatra adasından 100 km şimal-qərbdə yerləşir. == Coğrafiyası == Ərazisinin 85 % cəngəlliklərlə örtülüdür. Burada eyni adlı biosfer qoruğu yerləşir. Burada olan bir çox bitki və heyvan növləri ancaq Nikobar adalaerında və Böyük Nikobar adasında müşahisdə edilir. Adanın ən cənub nöqtəsi İndira burnudur. Bura həm də Hindistanın ən cənub nöqtəsidir.
Felipe Skolari
Luis Felipe Skolari - Braziliyalı futbol mütəxəssisi == Karyerası == Luis Felipe Skolari indiyədək Küveyt, Braziliya və Portuqaliya millilərinə rəhbərlik edib. O, Braziliyaya 2002-ci ildə dünya çempionluğu qazandırıb.
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == Coğrafiyası == Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.
Kiçik Nikobar
Kiçik Nikobar (ing. Little Nicobar, hind. छोटा निकोबार) — Nikobar adaları arxipelaqının cənubunda yerləşən ada. Böyük Nikobar adasından 7,5 km şimalda, Katçall adasından 70 km cənubda yerləşir. Ada 24 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 159 km². 2001-ci il siyahıya alınmasına görə adada 432 nəfər yaşayır. Maksimal hündürlüyü 435 metrdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra əhalisi qonşu adaya köçürülmüşdür.
Smolar şəlaləsi
Smolar şəlaləsi (mak. Смоларски Водопад) — Makedoniya Respublikasının şərqində Yunanıstan ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Belasisa dağının şimal ətəklərində yerləşir. Şəlalə Lomnisa çayının orta axarlarında, sıx meşəlik daxilində qərarlaşır. Bu təbiət abidəsi dəniz səviyyəsindən 600 metr hündürlükdədir. Şəlalədən şimalda ona ən yaxın yaşayış məntəqəsi olan Smolari kəndi yerləşir. İnzibati baxımından Makedoniya Respublikasının Cənub-Şərq regionu, Strumisa icmasına daxildir. == Təsviri == Şəlalə Lomnica çayı istiqamətində olan tektonik olaraq qeyri-sabit strukturda yerləşir. Şəlalənin töküldüyü hissədə dərin bir hovuz vardır. Bu hovuzun uzunluğu 5 metr, eni 11 metr, dərinliyi isə yerindən asılı olaraq 0,5–0,7 metr arasında dəyişir.
Sumbar çayı
Sumbar çayı - Türkmənistanın cənubunda və İranın şimalında sürətlə axan çay, Ətrak çayının qolu. 1954-cü ilin yanvarında sonunda fərd öldürülənə qədər yaxın çevrələr Türkmənistanda Xəzər pələnginin yaşadığı ərazi idi. == Coğrafiya == Sumbar 245 km (152 mil) uzunluğundadır. İranın Kopet dağlarından başlayır və Türkmənistana doğru axır. Sumbar Ətrak çayına daxil olana qədər uzun bir müddət ərzində ondan Marabeh adlanan bir sıra təpələrlə ayrılır.