Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir[1]. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür.
Kar-Nikobar adası | |
---|---|
ing. Car Nicobar, kar Pu | |
Ümumi məlumatlar | |
Sahəsi | 126,9 km² |
Uzunluğu |
|
Eni | 12 km |
Sahil uzunluğu | 51 km |
Hündür nöqtəsi | 10 m |
Əhalisi | 29.145 nəfər (2001-ci il) |
Yerləşməsi | |
9°10′20″ şm. e. 92°46′21″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Arxipelaq | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km²[2]. Ərazisi kokos ağacları ilə örtülüdür. Ensiz qumlu sahil xəttinə sahibdir. illik yağıntının miqdarı 400 mm-dir. Rütubətlilik — 79 %.
2001-ci il məlumatımna görə adada 29 145 nəfər yaşayır. Əhali 15 kənddə cəmləşmişdir. Ən böyüyü Malakka kəndidir. Ada ərazisi Nikobar arxipelaqının cəmi 7 % ərazisini əhatə etməsinə baxmayaraq ümumi əhalinin 50 % burada cəmlənmişdir.