Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stenop
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. == Ümumi məlumat == Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. == Stenopun konstruksiyası == Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Oleq Stepko 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Anal stenoz
Anal stenoz — Anal kanalın daralması, diametrinin azalması və elastiklik qabiliyyətinin itirilməsi anal stenoz və ya anal darlıq adlandırılır. Anal darlıq həqiqi anatomik darlıq, əzələ sıxlıması və funksional daralma formalarında olur. Anodermada əməliyyatdan sonrakı çapıq toxumasının inkişafı həqiqi anal daralmadır. Anal kanalın normal diametri sakitlikdə 3 sm, açılma zamanı 5–9 sm, tam sıxılma zamanı isə 2,5 sm hədlərindədir.
Steno bredanensis
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Stevo Pendarovski
Stevo Pendarovski (mak. Стево Пендаровски, 3 aprel 1963, Skopye) — makedoniyalı siyasətçi, Şimali Makedoniya Respublikası prezident seçkiləri namizədi. == Həyatı == Stevo Pendarovski 3 aprel 1963-cü ildə Üskubda dünyaya gəlmişdir. Ali təhsilini Üskup Müqəddəs Kiril ve Metodius Universitetində almış, 1987-ci ildə universitetin hüquq fakültəsini bitirmişdir. Daha sonra yenə eyni universitetdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2008-ci ildən Üskup Amerikan Kolleci Universitetində "Beynəlxalq təhlükəsizlik, xarici siyasət və qlobalizasiya" ixtisası üzrə professor köməkçisi vəzifəsində çalışmaqdadır. == Siyasi fəaliyyəti == 2001–2004-cü illərdə prezident Traykovskinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini icra edən Pendarovski 2004–2005-ci illərdə Dövlət Seçki Komissiyasına rəhbərlik etmişdir. 2005–2009-cu illərdə prezident Zrvenkovskinin xarici siyasət müşaviri olmuşdur. 2014-cü il prezident seçkilərində iştirak edən siyasətçi SDSM-nin namizədi olaraq seçkilərdə müvəffəqiyyətsizlik əldə etmişdir. 2016–2017-ci illərdə millət vəkili olan Pendarovski, 2017-ci ilin noyabr ayından etibarən NATO Milli Koordinatorluq vəzifəsini icra etməkdədir.
Bijî Serok Apo
Bijî Serok Apo (hərf. Yaşasın rəhbər Apo) — Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalana rəğbət bəsləyənlərin istifadə etdiyi şüar. "Apo" adı "Abdullah"ın qısaltmasıdır, lakin "əmi" kimi də tərcümə edilə bilər. Şüar Türkiyə və Almaniyada təqibə səbəb olmuşdur. == Təqiblər == === Türkiyədə === Türkiyədə bu şüar həbs cəzası və cərimələrə səbəb ola bilər. Şüar özlüyündə qadağan edilmir, lakin çox vaxt Türkiyə hakimiyyəti tərəfindən PKK-ya dəstək nümayişi kimi qiymətləndirilir. 2019-cu ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsi şüarın Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığına aid olan 10-cu maddəsi ilə qorunduğuna qərar vermişdir. 2022-ci ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş 16 noyabr 2013-cü ildə "Bijî Serok Apo" yazdığı tvitinə görə mühakimə olunmuşdur. === Almaniyada === Almaniyada şüar bəzi hallarda ifadə azadlığı ilə qorunmur. Polisdən asılı olaraq şüar istintaqa səbəb ola bilər və ya icazə verilə bilər. Onu qışqıraraq səsləndirmək mühakimə və cərimə ilə nəticələnə bilər.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Harri Stek Sallivan
Harri Stek Sallivan — 1892-ci ildə 21 fevralında Nyu-York ştatında Noriç qəsəbəsi yaxınlığında fermada anadan olub. Uşaq ikən o tez-tez xəstələnərdi, şızefreniyaya tutulduğu üçün onun dostları olmamışdı. Demək olar ki, uşaqlıqda keçirtdiyi buneqativ səbəblərdən doloyı o, psixologiyaya meyl etmişdir. Orta məktəbi bitirdikdən sonra o Çikaqoya gəlir və Çikaqo Tibb kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o əsgərliyə gedir. Sallivan 1917-ci ildə doktor dissertasiyasını müdafiə etdikdən sonra birinci Dünya müharibəsində hərbi həkim işləyir. 1922-ci ildə o, Müqəddəs Yelizaveta adlı şəhər xəstəxanasında işləməyə başlayır. Buarda o ilk dəfə ciddi psixiloji pozxunluqlardan əziyyət çəkən xəstələrin müalicəsi üçün radikal metidlardan istifadə etməyə başlayır.O çizofreniyya xəstəliyi üzərində tədqiqatlar aparır, həmçinin klinik psixoloq kimi də şöhrət qazanır. Vaşinqtondan Tausona köçdükdən sonra o,1923-cü ildən etibarən həm Şeppard və E.Prattın xəstəxanasında həkim işləyi,r həm də Merilend Tibb məktəbində professor kimi fəaliyyət göstərir. Məhz Tausonda o, 1929-cu ildən etibarən öz nəzəriyyəsinin əsas müddəaları üzərində çalışmağa başlayır.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. == Tarixi == Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. == Tarixi == 1863-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.