Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Microsoft Student
Microsoft Student — Microsoft şirkəti tərəfindən yaradılan proqramdır. Əsas tələbələr və məktəbdə oxuyan uşaqlar üçün nəzərdə tutulub. == Xüsusiyyətləri == Proqram Microsoftun yaratdığı Office proqramlarıyla inteqrasiya edib. MS Student Encarta proqram-ensiklopediya istifadəsiylə yaradılıb. Proqramda Microsoftun MS Math, on-line Encarta və digər proglar istifadə olunub. Hal-hazırda bağlanıb. Şirkət tərəfindən açıqlamada deyildi ki, bağlanmasına əsas səbəb — yerləşdirilmiş informasiyaya tələbatın az olmasıdır. Əsas rəqibi Vikipediyadır.
Studena burnu
Studena burnu (bolq. нос Студена, ‘Nos Studena’ \'nos stu-'de-na\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Dalçev buxtasından qərbdə yerləşmişdir. Kleptuza buzlağından qərbdə, Altimir buzlağından şərqdə yerləşmişdir. Burun qərbi və cənubi Bolqarıstanda yerləşən Studena şəhərinin adını daşıyır. == Yerləşməsi == Dralfa burnundan 13.72 km cənub-qərbdə, Andruys burnundan 15.55 km cənub-qərbdə, Predel burnundan 3.77 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60.
Sen-Jan-de-Suden
Sen-Jan-de-Suden (fr. Saint-Jean-de-Soudain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — Tur-dyu-Pen. INSEE kodu — 38401. Kommunanın 1999-cu il üçün əhalisi 980 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Etügen
Ötüken
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötükən
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ştrudel
Ştrudel (alm. Strudel‎ — "qasırğa") — Avstriya mətbəxinə məxsus şirniyyat (çox vaxt almalı olur). 18-ci əsrdə Habsburq imperiyasında məşhurlaşmış ştrudel Avstriya və Alman mətbəxinin bir hissəsi olsa da, digər Mərkəzi Avropa mətbəxlərində də geniş yayılmışdır. == Mənşəyi == Birinci məşhur ştrudelin resepti 1696-cı ildən başlanılmışdır. Vyanada hazırlanmağa başlanan bu reseptin müəllifi məlum deyil. Hal-hazırda Vyana kitabxanasının kitablarda onun resepti var. == Etimologiyası == Ştrundelin alman dilində hərfi mənası burulğan və ya qasırğa deməkdir. Belçikada "retelər", Xorvatiyada "štrudel", "štrudla" və ya "savijača", Bosniya və Herseqovinada "štrudla" və ya "savijača", Slovakiyada "štrudelj" və ya "zavitek", Serbiya "závin"və ya "štrúdl", Polşada "sztrucla" və ya "strucla" və Ruminiyada "ștrudel" adlanır. == Şirin ştrudel == Ştrudel yumşaq xəmirdən və almadan hazırlanır. Alma ilə yanaşı giləmeyvə (çiyələk, albalı, malina, mərcangilə, kişmiş və s.), kəsmik (vanilli) və s.
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudet
Sudet Mərkəzi Avropada bir dağ silsiləsidir. Sudet dağları Almaniyanın şərqindən Polşa və Çexiyaya qədər uzanır. Ən hündür zirvəsi Çexiya-Polşa sərhədində yerləşən Karkonoşe dağlarındakı Sněžka adlı yerdir. Sudet dağları 1602 metrə qədər hündürlüyə malikdir. Dağ silsiləsinin Çexiya hissəsindəki aktiv geomorfoloji hissəsi Krkonošsko-jesenická soustavadır. (“Krkonoše-Jeseníky”). Karkonoşe dağları son on ildir ki, qış idman oyunlarına ev sahibliyi edir.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Tudon
Tudon (fr. Toudon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,56 km², əhalisi — 262 nəfərdir (2006) artım tendensiyası ilə: 317 nəfər (2012), əhalinin sıxlığı 17,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 301 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 317 nəfər.
Android Studio
Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib. Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı.
Blur Studio
Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib. == Tarixi == Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır. 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı. Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir. 2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər. 2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir. Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar.
Eduard Snouden
Edvard Cozef Snouden (ing. Edward Joseph Snowden; 21 iyun 1983[…], Elizabet-Siti[d]) — 2013-cü ildə işçi və subpodratçı olarkən Milli Təhlükəsizlik Agentliyindən (MTA) yüksək məxfi məlumatları sızdıran amerikalı kompüter kəşfiyyatı üzrə məsləhətçi və informator. Onun açıqlamaları bir çoxu MTA və Beş Göz kəşfiyyat alyansı tərəfindən telekommunikasiya şirkətləri və Avropa hökumətlərinin əməkdaşlığı ilə idarə olunan çoxsaylı qlobal müşahidə proqramlarının yaradılmasına və milli təhlükəsizlik və fərdi məxfilik haqqında mədəni müzakirələrə səbəb oldu. 2013-cü ildə Snouden Dell və MKİ-də işlədikdən sonra MTA podratçısı Booz Allen Hamilton tərəfindən işə götürüldü. 20 may 2013-cü ildə Snouden Havay Kriptologiya Mərkəzindəki işindən ayrıldıqdan sonra Honkonqa uçdu və iyunun əvvəlində minlərlə gizli MTA sənədlərini Qlenn Qrinvald, Lora Poytras, Barton Celman və İven MakAskill adlı jurnalistlərə açıqladı. Snouden The Guardian, The Washington Post və digər nəşrlərdə açıqladığı materiallara əsaslanan xəbərlər dərc edildikdən sonra beynəlxalq diqqəti cəlb etdi. 21 iyun 2013-cü ildə ABŞ Ədliyyə Departamenti Snoudenə qarşı 1917-ci il Casusluq Aktını pozmaq və dövlət əmlakını oğurlamaq kimi iki maddə üzrə ittiham etdi və daha sonra Dövlət Departamenti onun pasportunu ləğv etdi. İki gün sonra Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanına uçdu, orada Rusiya səlahiyyətliləri ləğv edilmiş pasportu yoxladı və bir aydan çox müddətə aeroportun terminalını tərk etməsi qadağan edildi. Rusiya daha sonra Snoudenə bir il müddətinə yaşamaq üçün ilkin viza ilə sığınacaq verdi, sonra isə bu müddət dəfələrlə uzadıldı. 2020-ci ilin oktyabrında ona Rusiyada daimi yaşamaq hüququ verilib.
Edvard Snouden
Edvard Cozef Snouden (ing. Edward Joseph Snowden; 21 iyun 1983[…], Elizabet-Siti[d]) — 2013-cü ildə işçi və subpodratçı olarkən Milli Təhlükəsizlik Agentliyindən (MTA) yüksək məxfi məlumatları sızdıran amerikalı kompüter kəşfiyyatı üzrə məsləhətçi və informator. Onun açıqlamaları bir çoxu MTA və Beş Göz kəşfiyyat alyansı tərəfindən telekommunikasiya şirkətləri və Avropa hökumətlərinin əməkdaşlığı ilə idarə olunan çoxsaylı qlobal müşahidə proqramlarının yaradılmasına və milli təhlükəsizlik və fərdi məxfilik haqqında mədəni müzakirələrə səbəb oldu. 2013-cü ildə Snouden Dell və MKİ-də işlədikdən sonra MTA podratçısı Booz Allen Hamilton tərəfindən işə götürüldü. 20 may 2013-cü ildə Snouden Havay Kriptologiya Mərkəzindəki işindən ayrıldıqdan sonra Honkonqa uçdu və iyunun əvvəlində minlərlə gizli MTA sənədlərini Qlenn Qrinvald, Lora Poytras, Barton Celman və İven MakAskill adlı jurnalistlərə açıqladı. Snouden The Guardian, The Washington Post və digər nəşrlərdə açıqladığı materiallara əsaslanan xəbərlər dərc edildikdən sonra beynəlxalq diqqəti cəlb etdi. 21 iyun 2013-cü ildə ABŞ Ədliyyə Departamenti Snoudenə qarşı 1917-ci il Casusluq Aktını pozmaq və dövlət əmlakını oğurlamaq kimi iki maddə üzrə ittiham etdi və daha sonra Dövlət Departamenti onun pasportunu ləğv etdi. İki gün sonra Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanına uçdu, orada Rusiya səlahiyyətliləri ləğv edilmiş pasportu yoxladı və bir aydan çox müddətə aeroportun terminalını tərk etməsi qadağan edildi. Rusiya daha sonra Snoudenə bir il müddətinə yaşamaq üçün ilkin viza ilə sığınacaq verdi, sonra isə bu müddət dəfələrlə uzadıldı. 2020-ci ilin oktyabrında ona Rusiyada daimi yaşamaq hüququ verilib.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Sent-Trüden
Sent-Trüden - Belçika şəhəri.
Stefen Hilton
Stefen Hilton (23 oktyabr 1964) — Yamaykanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Stefen Hilton Yamaykanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Stefen Karpenter
Stiven Karpenter (ing. Stephen Carpenter; 3 avqust 1970, Sakramento) — ABŞ musiqiçisi. Yaradıcısı olduğu alternativ metal qrupu Deftones-in gitaraçısıdır. == Həyatı == Stiven Karpenter 3 avqust 1970-ci ildə Kaliforniyanın Sakramento şəhərində anadan olub. Atası amerikalı anası isə meksikalıdır. Onun Marsi adlı bacısı var. O, Testament qrupunun üzvü Çak Billinin əmisi oğludur. Stiven Sakramentoda böyüyüb və gənc yaşlarında skeytbord həvəskarı olub.
Stefen Karri
Vardell Stefen Karri (ing. Wardell Stephen Curry; d. 14 mart 1988, Ohayo, ABŞ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Qolden Steyt Uorriorzda forma geyir.
Stefen Kinzer
Stefen Kinzer (4 avqust 1951, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yazıçı və jurnalist. Nyu-York Tayms qəzetinin jurnalistidir. == Karyerası == 1980-ci illərdə Kinzer Mərkəzi Amerikadakı inqilabları və sosial yüksəlişləri yaxından izlədi və "Acı meyvə" adlı və ilk kitabını yazdı. Kitab 1950-ci illərdə Qvatemaladakı hərbi çevrilişlər və destabilizasiyadan bəhs edir.1990-cı ildə Nyu-York Tayms Kinzeri Berlin bürosuna rəhbər təyin etdi. Kinzer 1996–2000-ci illərdə İstanbulda (Türkiyə) yeni qurulan büroda Nyu-York Tayms qəzetinin müdiri olub. ABŞ-yə qayıtdıqdan sonra Kinzer Çikaqoda yerləşən qəzetin mədəniyyət müxbiri oldu, eyni zamanda Northwest Universitetində dərs deməyə başladı . Bundan sonra Kinzer Bostona köçdü və Boston Universitetində jurnalistika və Amerika Birləşmiş Ştatları xarici siyasətini tədris etməyə başladı. Türkiyə, Mərkəzi Amerika, İran və ABŞ-nin 19-cu əsrin sonundan bu günə qədər xarici hökumətləri devirməsi, Ruandanın soyqırımdan sağalması ilə bağlı bir neçə kitab yazmışdır. == Əsərləri == Bitter Fruit: The Story of the American Coup in Guatemala, with Stephen Schlesinger; Doubleday, 1982 Crescent and Star: Turkey Between Two Worlds, Farrar, Straus and Giroux, 2001 All the Shah's Men: An American Coup and the Roots of Middle East Terror, John Wiley & Sons, 2003 Overthrow: America's Century of Regime Change from Hawaii to Iraq, Times Books, 2006 Blood of Brothers: Life and War in Nicaragua, with a new afterword, Harvard University Press A Thousand Hills: Rwanda's Rebirth and the Man Who Dreamed It, John Wiley & Sons, 2008 Reset: Iran, Turkey, and America's Future, Times Books, 2010 Reset also published as Reset Middle East: Old Friends and New Alliances: Saudi Arabia, Israel, Turkey, Iran, I. B. Tauris, 2010 The Brothers: John Foster Dulles, Allen Dulles, and Their Secret World War, Times Books, 2013 The True Flag: Theodore Roosevelt, Mark Twain, and the Birth of American Empire, Henry Holt and Co., 2017.
Studio Comet
Studio Comet Co., Ltd. (株式会社スタジオコメット, Kabushiki Kaisha Sutajio Kometto) — qərargahı Yaponiyanın paytaxtı Tokionun xüsusi rayonlarından biri olan Nerimada yerləşən animasiya studiyası. Studiya 21 yanvar 1986-cı ildə yaradılmışdır. == Tanınmış üzvlər == Hiroşi Kanazava (animasiya direktoru, personaj dizayneri) Kazuo Harada (animasiya prodüseri, səs effektləri və audio direktoru) Şin Misava (animasiya Kantoku) == İşləri == Aşağıda Studio Cometin işləri əlifba sırası ilə göstərilib: Art of Fighting (OVA, 1993) Baby Princess 3D Paradise Love (OVA, 2011) Battle Fighters Garō Densetsu (1992) Bikkuriman 2000 (ilk rəqəmsal istehsalı, anime serialı, 2000) Bowwow Celebrity Poodle Let's Go! Tetsunoshin (anime serialı, 2006) Capeta (anime serialı, 2005-2006) Captain Tsubasa J (anime serialı, 1994–1995) Dragon Quest (anime serialı, 1989–1991) Dr. Rin ni Kiitemite! (anime serialı, 2001) Hatsumei Boy Kanipan (anime serialı, 1998) Chō Hatsumei Boy Kanipan (anime serialı, 1999) Highschool! Kimen-gumi (anime serialı (epizod 9-dan sonra Gallop studiyası ilə işləyib), 1988–1989) High School Mystery Gakuen Nana Fushigi (anime serialı, 1991) Humanoid Monster Bem (anime serialı, 2006) Initial D (anime serialı, 1998; Studio Gallop ilə) Kirby of the Stars (anime serialı, 2003; Warpstar, Inc. ilə) Jewelpet (anime serialı, 2009) Jewelpet Twinkle☆ (anime serialı, 2010) Jewelpet Sunshine (anime serialı, 2011) Jewelpet Kira☆Deco (anime serialı, 2012) Jewelpet the Movie: Sweets Dance Princess (Teatr filmi, 2012) Kero Kero Chime (anime serialı, 1997) Maboroshi Mabo-chan (anime serialı, 1992) The Marshmallow Times (anime serialı, 2004) Meimon! Dai San Yakyūbu (anime serialı, 1988–1989) Mizuiro Jidai (anime serialı, 1996) Mutsuen Meiryū Gaiden: Shura no Toki (anime serialı, 2004) Onegai My Melody (anime serialı, 2005) Onegai My Melody: Kuru Kuru Shuffle (anime serialı, 2006) Onegai My Melody: Sukkiri (anime serialı, 2007) Onegai My Melody: Kirara (anime serialı, 2008) Onegai My Melody: Yū & Ai (Teatr filmi, 2012) Peach Girl (anime serialı, 2005) Samurai Shodown ( 1994) School Rumble (anime serialı, 2004) School Rumble: Second Term (anime serialı, 2006) Shin Megami Tensei Devil Children (anime serialı (epizod 27-dən) 2002–2003), Shōta no Sushi (1999) Sora no Manimani (anime serialı, 2009) Suzuka (anime serialı, 2005) Tsuide ni Tonchinkan (anime serialı, 1987–1988) Tsuyoshi Shikkari Shinasai (anime serialı, 1992–1994) Whistle!