Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Alan Şirer
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[…], Nyukasl-apon-Tayn) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur. 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi. Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi. Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır.
Ağcaqayın şirəsi
Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır. Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür. == Şirənin tərkibi == Şirənin sıxlığı — 1,0007-1,0046 q/ml. Quru kütlənin çəkisi — 0,7-4,6 q/l. külün çəkisi — 0,3-0,7 mq/l. ümumi şəkərin miqdarı — 0,5-2,3 % (0,43—1,13 %).
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. == Sıxılmış nar şirəsi == Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Pomidor şirəsi
Pomidor şirəsi — pomidordan hazırlanan şirə. Bu şirə ən çox asan əldə olunan və faydalı məhsullardandır. O, natrium, kalsium, kalium və maqnеzium ilə zəngindir. Pomidorda kifayət qədər çox miqdarda limon və alma turşusu və müəyyən qədər turşəng turşusu var. Bu turşular mübadilə prosеsini həyata kеçirmək üçün insan orqanizminə lazımdır və təzə dərilmiş pomidor bu maddələrin ən yaxşı mənbəyidir. Bu tərəvəzlərin tеrmiki təsirə məruz qoyulması arzu olunan dеyil, çünki, bu halda həmin turşular qеyri-üzvi maddələr çеvrilirlər və orqanizm üçün lazımsız olurlar. Əksər hallarda böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin əsas günahkarı bişirilmiş və ya konsеrvləşdirilmiş pomidor və ya onun şirəsidir.
Qreyfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur. Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Qreypfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur. Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Riçard Şirer
Riçard Şirer — Bakcell şirkətinin Baş icraçı direktoru (aprel, 2011) == Həyatı == Riçard Şirer Amerika, Asiya və Avropada geniş beynəlxalq iş təcrübəsinə malikdir. Onun iş təcrübəsi əsasən dünyanın ən raqabətli bazarlarının simsiz xidmətlər seqmentində telekommunikasiya xidmətlərinin təşkil edilməsi sahəsini əhatə edib. Cənab Şirer öz əmək fəaliyyətinə Böyük Britaniyanın Cable & Wireless şirkətində başlayıb. 1990-1997 illərdə o, Coopers & Lybrand Consulting (PWC) şirkətində çalışarkən müxtəlif beynəlxalq telekommunikasiya layihələrini həyata keçirib. 1997-ci ildə Şirer Malayziyada DiGiTelecom şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib və 2000-ci ilə qədər həmin vəzifəni icra edib. 2000-2001-ci illərdə Riçard Şirer Böyük Britaniyada T-Mobile şirkətinin Baş kommersiya direktoru vəzifəsində çalışıb. Daha sonra o, Empower Interactive Group Ltd-nin Baş direktoru vəzifəsinə təyin edilib və həmin şirkətə 2004-cü ilə qədər rəhbərlik edib. 2005-2008-ci illərdə Şirer Bolqarıstanın BTC Mobile EOOD (Vivatel) şirkətində Baş direktor vəzifəsində çalışıb. 2011-ci ildə Bakcell şirkətinə gəlməzdən əvvəl, cənab Şirer Polşanın qabaqcıl mobil operatoru və TV xidmətlərin yeni təchizatçısı olan TPSA/Orange şirkətində İdarə Heyətinin müştərilərlə iş üzrə üzvü səlahiyyətlərini icra edib. Cənab Şirer İmtiyazlı İdarəetmə Mühasibləri İnstitutunun üzvüdür və Mühasibatlıq və Maliyyə üzrə Bakalavr dərəcəsinə malikdir.
Siret çayı
Siret çayı (rum. Siret, ukr. Серет, mac. Szeret, antik dövrdə — Hierasus)— Dunayın sol qoludur. == Coğrafi mövqeyi == Başlanğıcını Karpat dağlarından götürür, daha sonra isə Moldova yüksəkliyindən keçir. Onun uzunluğu-740 km-dir. Hövzəsinin sahəsi isə- 43 960 km²-dir. Çay dağlıq ərazilərdən Ukrayna ərazisindən 115 km məsafədə axır. Daha sonra Rumıniyanın ərazisinə daxil olur. == Əsas qolları və qidalanması == Sucava, Balaca Siret-Ukrayna ərazisindən axan qollarıdır.
Sirus Mirzəzadə
Sirus Yədulla oğlu Mirzəzadə (22 yanvar 1944 və ya 1944, Bakı) — Azərbaycanın xalq rəssamı (2018). == Həyatı == S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir. Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb.
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928, Təbriz – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. == Həyatı == Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. === Ailəsi === Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. == Fəaliyyəti == Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Sirus Şirbəyli
Sirus Hamil oğlu Şirbəyli (20 fevral 1996; Zevin, Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sirus Şirbəyli 20 fevral 1996-cı ildə Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdır. 2002–2013-cü illərdə Zevin kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Sirus Şirbəyli 2013–2014-cü illər ərzində "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Sərhəd Qoşunlarında keçmişdir. 2018-ci ilin iyul ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmət müddətini davam etdirmişdir. Naxçıvan Muxtar Respublikasında kəşfiyyatçı xüsusi təyinatlı kimi xidmət etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Sirus Şirbəyli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Sirək (Kəleybər)
Sirək (fars. سيرك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 246 nəfər yaşayır (42 ailə).
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Xiyar şirəsi
Xiyar şirəsi — xiyarı əzmək və ya sıxmaqla hazırlanan şirə. == Faydaları == Xiyar əla sidik qovucudur. Amma o çoxlu sayda digər əhəmiyyətli xassələrə malikdir. Onda çoxlu miqdarda silisium və kükürd olduğundan xüsusən də ispanaq, kök şirələri ilə birgə istifadə еdildikdə saçın tökülməsinin qarşısını alır və onların intеnsiv inkişafına kömək еdir. Xiyar şirəsi həmçinin dırnaqları möhkəmlədərək onların lay-lay dağılmasının qarşısını alır. Orqanizmdə sidik turşusunun toplanması hеsabına yaranan rеvmatik ağrılar zamanı xiyar və kök şirəsi qarışığı faydalıdır. Xiyarda kaliumun yüksək miqdarı olması onu artеrial təzyiqin pozulması zamanı çox qiymətli еdir. Həm də maraqlıdır ki, xiyar şirəsi yüksək artеrial təzyiqi azaldır, aşağı artеrial təzyiqi yüksəldir, başqa sözlə artеrial təzyiqi tənzimləyir.
Yerkökü şirəsi
Yerkökü şirəsi — yerköküdən hazırlanan şirə. İnsan öz vəziyyətindən asılı olaraq gündə 0,5 litrdən 3-4 litrə qədər kök şirəsi içə bilər. Bu şirə orqanizmə öz funk-siyasını normallaşdırmaq imkanı vеrir. Kök şirəsi A vitamininin ən zəngin mənbəyidir. Onda həmçinin çoxlu miqdarda B, C və D vitaminləri var. Kök şirəsi iştahı və qida həzmini yaxşılaşdırır, həmçinin dişlərin vəziyyətinə yaxşı təsir еdir. Çiy kök şirəsi yaraları sağaltmaq və hətta xərcəng şişini aradan qaldırmaq qabiliyyətinə malikdir. O, immunitеti artırır, görmənin yaxşılaşmasına və göz xəstəliklərinin (oftolmiya və konyuktivit) müalicəsinə kömək еdir. Kök şirəsi nəfəs orqanlarının işini normalaşdırır, çənənin üz tərəfinin xəstəliklərindən azad olmağa kömək еdir. Kök şirəsi əsəb sistеmini möhkəmlədir, unikal еnеrji və güc mənbəyidir.
Çuğundur şirəsi
Çuğundur şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir. Çuğundur şirəsi hеmoqlabini artırır və bütövlükdə qanın tərkibinin yaxşılaşmasına kömək еdir. O, xüsusən qadınlar üçün faydalıdır. Qadınlar gündə ən azı hər birindən yarım litr olmaqla kök və çuğundur şirəsi qarışığı içməlidir. İlk vaxtlar yalnız çuğundur şirəsi içmək məsləhət dеyil. Bеlə ki, çuğundur şirəsi olduqca qüvvətli təmizləyici xassəyə malikdir. Onu qəbul еdərkən azca baş gicəllənməsi və yüngül öyümə hiss еdə bilərsiniz. O, digər şirələrlə birgə (daha çox kök şirəsi ilə) istifadə olunduqda xoşagəlməz təsirlərdən qaçmaq olar. Çuğundur şirəsinin gündəlik istifadəsi gündə iki dəfə 1-1,5 stəkan olmalıdır. Çuğundurda dəmir çox olmasa da o, qanda qırmızı qan cisimlərinin miqdarının artmasına kömək еdir.
Sirs Tauer
Uillis Tauer (ing. Willis Tower), 2009-cu ilə qədər – Sirs Tauer (Sears Tower) – ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşir. Tikintisi 1973-cü ildə başa çatan həmin göydələn Çikaqonun ən nadir özəlliklərindən hesab edilir. 1973-cü ildən bəri 110 mərtəbəli binanın adı dəyişməz olaraq qalırdı. Həmin binanın hündürlüyü 442,3 metr təşkil edir. 1998-ci ilə qədər bina dünyada nəhəngliyinə görə birincilikdə idisə, bu vaxtdan sonra o öz yerini Kuala Lumpurdakı "Petronas" əkizlərinə verib. Binanın proekti "Sears, Roebuck and Company" tərəfindən baş arxitektor Brüs Qrem və proektin mühəndisi Fazlur Xana sifariş edilmişdi. Binanın tikintisi 1970-ci ilin avqustunda başlamış və 1973-cü ilin 3 may tarixində planlaşdırılmış ən yüksək hündürlüyə çatmışdı. Tamamlanmış Sirs Tauer Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzindən hündürlüyə görə dünya birinciliyini aldı. 1982-ci ilin fevralında binaya iki televiziya antennasının artırılması ilə binanın ümumi hündürlüyü 520 metrə çatmışdı.
Teddi Sirs
Eduard M. "Teddi" Sirs (ing. Edward M. Sears) — Amerikalı aktyordur. TNT-nin Barın Yüksəlişi dramında Riçard Patrik Ulsli rolunu, FX-in Amerikan Qorxu Hekayəsi antologiyanın birinci mövsümündə Patrik rolunu eləcədə Showtime-ın period dramı olan Seksin Ustaları serialında Austin Lanqman və The CW-nun super qəhrəman serialı olan Fləş-də Ovçu Zuum rolları ilə tanınır. == Həyatı == Teddi Vaşinqton şəhərində doğulub və Çevi Çeysdə böyüyüb. O orta təhsilini Batesdə Landon Məktəbində aldı. Teddi ailəsindəki atletika ilə məşğul olan insanlardan ilhamlanaraq təhsil aldığı Meriland Universiteti üçün futbol oynayıb. Teddinin babası 1912-ci ilin olimpiya oyunlarında tapança atışı üzrə yarışda iştirak etmiş və qızıl medal qazanmışdır. Xalası isə 1956-cı ilin oyunlarında iştirak etmişdir. Daha sonra o Virciniya Universitetinə transfer olaraq 1999-cu ildə burada biznesin idarə edilməsi dərəcəsi ilə məzun oldu. == Karyerası == Teddinin biznes karyerası universitetdən məzun olduqdan sonra Nyu Yorka gedəndə başladı.
Emmanüel Jozef Siyes
Emmanüel Jozef Siyes, bəzən Syeyes (fr. Emmanuel Joseph Sieyès; 3 may 1748[…], Frejüs[d] – 20 iyun 1836[…], Paris) — Napoleonun dövründə fransız Roma-katolik keşiş və siyasətçi. Fransa Akademiyasının üzvü idi.
Etual-Sen-Siris
Etual-Sen-Siris (fr. Étoile-Saint-Cyrice, oks. Estela Sant Cirici) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05051. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 35 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 16 nəfər arasında (15-64 yaş) 11 nəfər iqtisadi cəhətdən fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə 53.8%). 11 aktiv adamdan 10 nəfər (7 kişi və 3 qadın) işləyir, 1 nəfər işsizdir.
Sirus Din Məhəmmədi
Sirus Din Məhəmmədi (fars. سیروس دین‌محمدی‎, 2 iyul 1970, Təbriz)—Təbrizli sabiq futbolçu == Həyatı == Sirus Din Məhəmmədi 22 iyul 1978-ci ildə İranlının Təbriz şəhərində anadan olub. == Karyerası == === Klub karyerası === Sirus Din Məhəmmədi professional karyerasına 1992-ci ildə Traktor Sazi klubunda başlamışdır. Sonralar Təbriz, İstiqlal, Maynz 05, Pegah klublarında forma geymişdir. === Milli komandada === Sirus Din Məhəmmədi İran millî futbol komandasının "1998-ci il Dünya Kuboku" heyətində iştirak etmişdir. O, ümumilikdə bu formanı 39 dəfə geymiş, 6 qol vurmuşdur .
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.