Azərbaycan mədəniyyəti |
---|
Dil • Yazı sistemi • Folklor • Dastanlar • Ədəbiyyat • Fəlsəfə • Mifologiya • Memarlıq • Ev • Bağ • Təsviri incəsənət • Miniatür • Kalliqrafiya • Keramika • Xalçaçılıq • Heykəltəraşlıq • Milli geyim • Kosmetika • Musiqi • Muğam • Aşıq sənəti • Rəqs • Balet • Teatr • Yumor • Kino • Animasiya • Mətbuat • Radio • Televiziya • Təhsil • İdman • Döyüş sənətləri • Oyunlar • Dövlət bayramları • Festivallar • Tarixi təqvimlər • Mərasimlər • Milli Yeni il • Evlilik • Atəşfəşanlıq • Kulinariya • Çay mədəniyyəti • Şərabçılıq • Köçərilik • Ziyarətgahlar • Xalq təbabəti • Mentalitet • Milli kimlik • Tayfa quruluşu • Aristokratiya |
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir.
Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır.
Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir. Şirin nar şirəsinə şəkər və nişasta qataraq sinə tutulması və öskürək əleyhinə istifadə etmək olar. Bağırsaqların daxili divarlarını təmizlədiyi üçün narı tumlu yemək məsləhətdir. Nar əsəb üçün xeyirlidir. O, həmçinin qan artırmaq xüsusiyyətlərinə malikdir. Nar qabığından lap qədimdən rəngsazlıqda, dəri aşılanmasında istifadə edilmişdir. Nar lif baxımından da olduqca zəngindir. Bununla yanaşı ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur. Nar çəyirdəyindən şirə və efir yağı alınır. Bu yağ kosmetologiyada istifadə edilir.
Narın 80%-i şirədən, 20%-i isə dənələrdən ibarətdir. Sıxılmış nar şirəsinin tərkibi 85% su, 15% isə şəkər, pektin, askorbin turşusundan, flavonoid, amin turşuları və başqa kimyəvi birləşmələrdən ibarətdir. Nar şirəsinin unikal tərkibi onun bir çox xəstəliklərdə çox effektiv təsirə malik olmasına, müxtəlif bioloji pozğunluqların qarşısının alınmasında müsbət rol oynamasına səbəb olur. Kliniki testlər nəticəsində nar şirəsinin xərçəng xəstəliyinin müalicəsində də tətbiq oluna biləcəyi sübut edilmişdir.
Yunanlar nar şirəsini qana bənzədir və onun Dionisin qanı ilə dolu olduğuna inanırdılar. Qan həyat enerjisinin daşıyıcısıdır. Buna görə də al-qırmızı nar yunanlar tərəfindən həyat simvolu kimi qiymətləndirilirdi.
Nar emalı zamanı ondan müxtəlif məhsullar əldə edilir: bunlardan biridə nar şirəsidir. 1 litr nar şirəsi istehsal etmək üçün 2,20 kq nar lazım olur. İstehsalın bağlı texnologiya sxemləri oksidləşdirmə proseslərinin qarşısını alır. Müasir konserv zavodlarında məhsul xüsusi, yumşaq, yüksək dərəcəli emala məruz qalır, məhsulun uzun müddətli saxlanılması üçün konservantlar qatılmır.
Narın emalından alınan şirənin fermentləşdirilməsi yolu ilə Nar çaxırı hazırlanır.
Fərqli miqdarda nar şirəsi qaynadılarkən, limonad istehsalında istifadə edilən yumşaq və dadlı bir içki əldə olunur.
Vələs və məhsəti sortundan olan nar şirəsi tünd moruğu rəngli olur.
Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan narşərab, adından göründüyü kimi nar şirəsindən hazırlanmışdır.
Adətən 15 kq nardan 1 litr, təxminən 1 kq nar dənələrindən isə 250–300 ml narşərab almaq mümkündür. Qazan od üstündə vaxtaşırı qarışdırılaraq nar dənələri əzilir. Bu zaman qarışdırmaq üçün taxta qaşıqlardan istifadə edilir. Metal qaşıq istifadə edilərsə, bu zaman nar turşusu metal ilə reaksiyaya girə bilər. Dənələrdən ayrılmış tumlar ağardıqda qazan oddan götürülüb süzülür. Süzülmüş şirə yenidən qazanda oda qoyularaq 130–150 dərəcə isidilmiş sobada bəkməz halına gələnə qədər 5 saat bişirilir. Şirənin yanmaması üçün onu vaxtaşırı qarışdırmaq lazımdır. Məhsul qatılaşana qədər (şirə 20 %-ə qədər buxarlandırılır) onu qaynadırlar və hazır olana yaxın odu söndürüb üzərinə bir qədər duz əlavə edirlər. Narşərab bişdikdən sonra soyudulub şüşə qablara süzülür. Uzun müddət istifadəyə yararlı olması üçün işıq düşməyən və sərin bir yerdə saxlanılır.