Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. == Tarixi == "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. == Fəaliyyət istiqamətləri == TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi. Harun Təkin Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Təyin
Təyin — cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilir. Təyin necə?, nə cür?, hansı?, neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sinifdə iyirmi şagird var. Təyin daha çox sifət, feili sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifətlə). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzliklə). Yatmış körpə səsə oyandı (feili sifət).
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
Alp Təkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Anuş Təkin
Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran hökmdar. == Həyatı == Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl, bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır. Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Arif Tekin
Arif Tekin (d. 1954, Diyarbəkir) — kürd mənşəli türk yazıçı, daha əvvəlində imam. == Həyatı == Diyarbəkir vilayətinin Qulp mahalına bağlı Akdoruk (Gavgas) kəndində anadan olmuşdur. Əhaliyə 1968-ci ildə 1954-ci il təvəllüdlü olaraq qeyd edildi. Kənddə ibtidai məktəb olmadığından Ərəb qrammatikası üzərinə mədrəsə təhsilinə başladı və bu təhsil təxminən 15 il davam etdi. Zaman içində Latın hərflərini öyrənib türkcəsini inkişaf etdirdi və çöldən imtahanlara girərək ibtidai məktəb diplomunu aldı. Din vəzifəlisi olmaq üçün imtahanlara girərək, Diyarbəkir mərkəzə bağlı Alıcık Köyü Məscidi imamlığına təyin edildi. İmamlıq vəzifəsi müddətində Diyarbəkir İmam Natiq Liseyini çöldən bitirib. 1994-cü ildə də Doqquz Sentyabr Universiteti İlahiyyat Fakültəsini bitirdi. 1999-ci ildə "Kur'an'ın Kökeni" (azərb.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.
Bilgə Təkin
Bilgə Təkin - 966-975-ci illər arası hökmdarlıq etmiş Qəznə hakimi. Samani generalı Faiqin ordularını məğlub etdikdən sonra bir az daha müstəqilləşsə də hələ də Samanilərin hakimiyyəti altında idi. 975-ci ildə Gərdiz qalasını mühasirəyə alarkən vəfat etdi. Yerinə seçki ilə başqa bir sərkərdə olan Böri Təkin keçdi.
Böri Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Börü Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Ceyms Tobin
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi. == Fəaliyyəti == 1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur.
Harun Təkin
Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Qaz (təbii)
Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır. == Etimologiya == Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur. == Tarixi == Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır.
Sebin Torpağı
Sebin Torpağı (norv. Sabine Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Sebin Torpağı adanın şərq hissəsini təşkil edir. Sahəsi 1 900 km²-dir. Ərazisinin bir hissəsini Neqribrin buzlağı örtür. Torpaq irland alimi Edvard Sebinin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. == Həyatı == Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Suvar Təkin
Seyfəddin Suvar Təkin ibn Ay Təkin Təbəriyə görə, Bağdadın kənarındakı Səmərrada yerləşdirilən xilafət qoşunlarında xəzər əsilli çox döyüşçü vardı. Müktəfinin dövründə xilafət ordusuna Suvar Təkin başçılıq edirdi. Elə onun hakimiyyəti illərində Hələbin əmiri Seyfəddin Suvar Təkin ibn Ay Təkin idi == Mənşəyi == Başqa məlumat əldə etmək mümkün olmadı, ancaq, bu şəxsiyətin dar etnik mənşəyi barədə onun suvar etnonimindən və tigin titulundan yaranan adından ehtimal etmək olar ki, o ya Qafqaz Hun elindən olan sabir olub, ya da İdil xəzəri.
Səbuk Təkin
Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı. == Həyatı == 942-ci ildə Qəznə şəhərində anadan olmuşdu . 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu. == Hakimiyyəti == 977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi.
Teben nekropolu
Teben nekropolu (ərəb. مدينة طيبة الجنائزية‎‎) — Nil çayının qərb sahilində, Qədim Misirin Teben şəhərinin qarşısında nekropol. Bura birinci aralıq dövründən başlayaraq, xüsusilə Yeni padşahlıq dövründə ritual dəfnlər üçün istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Teben nekropolu ilə əlaqəli mediafayllar var.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Tevin (Miyanə)
Tevin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 594 nəfər yaşayır (118 ailə).
Tobin vergisi
Tobin vergisi (ing. Tobin tax) — 1978-ci ildə Nobel mükafatı laureatı Ceyms Tobin tərəfindən kapitalın miqrasiyasına nəzarət etmək, valyuta bazarlarında “həddindən artıq səmərəliliyi azaltmaq” və qiymətli kağızlar bazarında dalğalanmaları azaltmaq vasitəsi kimi təklif edilən spot valyuta əməliyyatlarına vergi. Valyuta əməliyyatlarının vergiyə cəlb edilməsinə alternativ bank haqqıdır. Xüsusilə, Almaniyada maliyyə böhranı ilə əlaqədar 2007-ci ildə tətbiq edildi və 2010-cu ildən maliyyə xidmətləri təminatçıları və kredit təşkilatları tərəfindən ödənilir. Rüsum maliyyə sektorunda kredit və ticarət əməliyyatlarının sistem riski ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub. == Tarixi == Yel Universitetinin professoru Ceyms Tobinin orijinal ideyası Şərq İqtisadi Assosiasiyasının 1978-ci ildə Vaşinqtonda keçirilən konfransındakı çıxışında təqdim edilmiş və “Valyuta İslahatına dair Təklif” məqaləsində dərc edilmişdir. Onun təklifi valyuta bazarında spot əməliyyatlar üzrə vahid beynəlxalq verginin tətbiqi olub. Tobin vergisi qısamüddətli kapitalın transsərhəd miqrasiyasını məhdudlaşdırmalı idi. Əvvəlcə Tobin vergi dərəcəsinin 1% civarında ola biləcəyini düşünürdü, lakin sonradan onu 0,1-0,25%-ə endirdi. Xarici valyuta əməliyyatlarının vergiyə cəlb edilməsi, Tobinə görə, iki nəticə verməli idi.