Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran hökmdar.
Anuş Təkin Ğarçai | |
---|---|
نوشتکین غرچه | |
Xarəzm hakimi | |
1077 – 1097 | |
Əvvəlki | Yeni vəzifə |
Sonrakı | Qütbəddin Məhəmməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | Qütbəddin Məhəmməd |
Dini | islam |
Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl[1], bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır.[2]
Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir.[3]