Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tosno
Tosno (rus. Тосно) — Rusiyada şəhər. Leninqrad vilayətinin Tosno rayonunun inzibati mərkəzi.
Miçal Tomko
Miçal Tomko (11 yanvar 1994) — Slovakiyalı peşəkar kişi BMX velosipedçisi. Miçal Tomko Slovakiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Miçal Tomko 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 38.094 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu.
Tompo ulusu
Tompo ulusu (saxa Томпо улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Xandıqa qəsəbəsidir. Xandıqa kəndi respublikasının paytaxtı Yakutsk şəhərindən quru ilə 449 km, su ilə 642 km, hava ilə 370 km məsafədə yerləşir. == Coğrafiyası == Rayon respublikanın şərqində yerləşir. Sahəsi 135,8 min km²-dir. Böyük çayları: Aldan, Tompo, Xandıqa, Adıçi və s. Rayonun ərazisi əsasən Aldan çayının orta axınında və onun hövzəsində yerləşir. Burada yerləşən Tompo çayı öz növbəsində adını rayona vermişdir. Ulus əraisi əsasən dağlıq ərazilərdən ibarətdir. Yanvar ayının orta temperaturu dağlarda -38 ° C-dən çay vadilərində -42 ° C-dək, iyunda dağlarda +10 ° C, çay vadilərində +17 ° C-dən olur.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Damno
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Komino
Komino (malta Comino, malta Kemmuna) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Malta adaları arasında qərarlaşır. Ümumi sahəsi 3,5 km²-dir. 2017-ci il məlumatına görə ada əhalisinin sayı 3 nəfərdir. == Tarixi == Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından gəlir. Roma hakimiyyəti dövründə Kominoda kəndlilər yaşayırdılar, lakin uzun müddət ada zəif məskunlaşmış və ya hətta tərk edilmişdir. Adanın sahilləri əhəng daşları ilə kəsilmiş və orta əsrlərdə quldurlar və qaçaqmalçılar arasında çox populyar olan dərin mağaralarla kəsilmişdir. Daha sonra Malta cəngavərləri bu adadan ov və istirahət üçün istifadə edirdilər. 1285-ci ildən bəri Kominoda yəhudi mistiki və kabbalisti İbrahim Əbulafiyanın evi olmuşdur.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Tokio
Tokio və ya Tokyo (yap. 東京 ) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tokyo
Tokio və ya Tokyo (yap. 東京 ) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. == Tarixi == Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Alfa Romeo
Alfa Romeo və ya qısaldılmış formada Alfa — İtaliya avtomobil istehsalçısı. Şirkət A. L. F. A. (Anonima Lombarda Fabbrica Automobili) adı altında 24 iyun 1910-cu ildə Milanda yaradılıb. Brend idman yönümlü avtomobilləri ilə tanınır və 1911-ci ildən avtomobil yarışlarında iştirak edir. A. L. F. A. 1911-ci ildə Targa Florio yarışında Pilot Franchini və Ronzoni ilə iki 24 HP modelləri ilə avtomobil yarışında iştirak edirdilər. 1915-ci ilin avqustunda şirkət neapolitanlı sahibkar Nikola Romeonun rəhbərliyi altına girdi və o, fabriki İtaliya və Müttəfiqlərin müharibə səyləri üçün hərbi texnika istehsalına çevirdi. 1920-ci ildə şirkətin adı Torpedo 20–30 HP ilə Alfa Romeo olaraq dəyişdirildi və belə nişana sahib olan ilk avtomobil oldu. Alfa Romeo yarandığı gündən avtomobil yarışında fəal iştirak edir və layiqli idman maşını adını qazanıb.. Şirkətin sahibi 1932-ci ildən 1986-cı ilədək Alfa Romeo şirkətinin sərmayəçisi İtalyan İRİ idi, daha sonra isə 2007-ci ildə artıq Fiat Group Automobiles S.p. A. oldu. Tarix boyunca, Alfa Romeo, Qrand Pri, Formula-1, IndiKar və Ralli yarışları da daxil olmaqla müxtəlif əhəmiyyətli avtomobil yarışları turnirləri və çempionatlarında uğurla çıxış etmişdir.
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Böyük Tokio
Böyük Tokio aqlomerasiya regionu (Yaponca. 首都 圏 Shuto Ken; 東京圏 Tokyo Ken, 東京都市圏 Tokyo Toshi Ken) Yaponiyada başda Tokio aqlomerasiya regionu ilə birlikdə Chiba, Kanagawa, Saitama prefekturaları ilə birlikdə bu prefekturaların böyük hissəsindən formalaşmış aqlomerasiya regionudur. Böyük Tokio anlayışı "yalnız Tokio" anlayışı ilə eyni deyil, Tokio ilə bitişik olub prefekturanın hüdudlarından kənara çıxan bütün şəhər ərazisini əhatə edir. Yaponiya hökuməti tərəfindən təyin olunmuş Milli Paytaxt Regionu Kantō bölgəsindən əlavə (首都圏 Shuto-ken) Yamanashi prefekturasını da əhatə edir. Böyük Tokio aqlomerasiya regionunun əhalisi 2014-cü ilə görə 37,832,892 nəfərdir və dünyanın ən sıx məskunlaşıldığı metropolisdir. Təxminən 13,500 km² ərazini əhatə etməsi əhalinin sıxlığının hər km²-ə 2617 nəfər olduğunu göstərir. Əhatə etdiyi xalis sahəsi 7.800 km² ilə dünyada ikinci yerdədir. Yalnız New York şəhərinin əhatə etdiyi şəhər sahəsi 8.700 km² olaraq Böyük Tokio aqlomerasiya regionundan daha çoxdur.
Comon dulusçuluğu
Comon dulusçuluğu (縄文土器, Comon doki) – Yaponiyada e.ə. 10.000 – e.ə. 300-cü illərdə davam etmiş Comon dövrünün dulusçuluq sənəti. Comon dulusçuluğuna aid nümunələr Kuril adalarından Ryukyu adalarına qədər Yaponiyanın müxtəlif yerlərində tapılmışdır. Comon dövrünün dulusçuluq məmulatlarının növləri zamandan və yerdən asılı olaraq müxtəlifdir. Qəhvəyi rəng və sap naxışlar bu keramikaların tipik xüsusiyyətləri arasındadır. == Adlandırma == Bu dulusçuluq üslubunun adları əvvəlcə "Qabıq kurqanı dulusçuluğu" və ya "Aynu dulusçuluğu" idi. "Comon dulusçuluğu" termini isə ilk dəfə Edvard Morze tərəfindən 1879-cu ildə yazılmış bir bildirişdə işlədilmişdir. Morze Comon dulusçuluğunu kəşf edən arxeoloq olmuşdur və onu yapon dilindən tərcümədə "sap naxışlı" mənasına gələn "Comon" sözü ilə adlandırmışdır. Bu söz daha sonra Comon dövrünü adlandırmaq üçün də istifadə olunmuşdur.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Domino effekti
Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. == Tarixi == "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi.