Mamare Tono (橙乃 ままれ, Tōno Mamare?) və ya əsl adı ilə Daysuke Umezu[1] (梅津 大輔, Umezu Daisuke?) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria?) adlı manqanın da müəllifidir.
Mamare Tono | |
---|---|
梅津 大輔 (Tōno Mamare?) | |
Doğum adı | Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke?) |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Fəaliyyəti | roman yazıçısı |
Əsərlərinin dili | yapon dili |
Janr | fentezi |
Tanınmış əsərləri | "Log Horizon", "Maoyu" |
tounomamare.com |
2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır.[2] Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.[3]