Tomak

Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür[1].

Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var[2]. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bio-Organic Chemistry, on page 170. ISBN 0-7167-0974-0
  2. Philipkoski, Kristen. "Simpsons Plant Seeds of Invention". Health. Wired. 2003-11-07. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-22. (#apostrophe_markup)
  3. Summary of "Among the New Words" Arxivləşdirilib 2012-06-12 at the Wayback Machine, American Speech, Volume 79, Number 2, Summer 2004.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]