Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toğay (Miyanə)
Toğay (fars. طغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (25 ailə).
Toğay bəy
Toğay bəy (1601 – 30 iyun 1651) (krımca Toğay bəy, Polyakca Tuhaj-bej, Ukraynca Тугай-бей, Rusca Тугай-бей ) — Krım tatarlarının əhəmiyyətli hərbi liderlərindən və siyasətçilərindən biri, Tugay bəy adı ilə də tanınmışdı. == Həyatı == Toğay, Krımın əhəmiyyətli ailələrindən olan Arğınlar ailəsindən gəlir və tam adı Arğın Doğan Toğaydır. Bəy titulunu Or Qapı (Perekop) sancağının başına keçərkən almışdır. Bu sancaq Krım xanlığı üçün çox vacib idi, çünki Krım yarımadasının bərzəxi olan Perekop bərzəxi burada yerləşirdi və müdafiəsi vacib olan bir yer idi. 1648-ci ildə kazakların Reç Pospolitaya qarşı Hmelnitski üsyanında Boqdan Xmelnitskiyə kömək etmək üçün (təxminən 6000 - 20000 nəfər arasında) bir ordu gətirmişdir. Oradakı müxtəlif vacib döyüşlərdə vuruşmuş və sonda Beresteczko döyüşündə öldürülmüşdür. Polşa yazıçısı Henrik Senkeviç tərəfindən yazılmış roman və həmin romanın motivləri əsasında çəkilmiş film olan Odla və qılınclada təsvir edilmişdir. Filmdə Daniel Olbrychski tərəfindən canlandırılmışdır.
Toğay Teymur xan
Toğay Teymur xan — Boruciginlərdən olan elxan olmağa iddiaçı (1338–1353) == Həyatı == Toğay Teymur xan Mamay Kavun oğlu Hülaku xanın soyundan deyil, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindəndir. Babası Çete tayfasının rəisi Baba Kavun idi. == Hakimiyyət uğrunda mübarizəsi == Əbu Səid Bahadur xanın ölümündən sonra Xorasan hakimi Şeyx Əli Quşçu onun elxanlığa namizəd kimi qəbul etdi. Digər əyanların da dəstəyi ilə Toğay Teymur Şərqi İranda hakimiyyətə başladı və öz adına pul kəsdirdi. 1337-ci ildə qərbə yürüş edərkən Tacəddin Həsən noyon tərəfindən məğlub edilmişdi. Həmin il Toğay Teymurun dəstəkçilərindən Arqun şah Şeyx Əlini və Tacəddin Həsən noyonun valisi Məhəmməd Mulayı öldürdü, Toğay Teymura dəstəyini bildirdi. 1338-ci ildə Həsən noyon Toğay Teymurdan kömək istədi. 1339-cu ildə Çobanilərə qarşı hücuma keçən Toğay Teymur xan Cəlairilər tərəfindən xan kimi tanındı. Bu hal 1344-cü ilədək belə davam etdi. Bundan əlavə 1337-ci ildə başlamış olan Sərbədarlar üsyanı böyüyürdü.
Torağay
Torağaylar Torağay palçıq vulkanı — Abşeron ərazisində, Qobustanda palçıq vulkanı. Hündürlüyü 407 m. Şorca Torağay (Məlikan) Torağay (Məlikan) Turağayçay — Tərtər rayonu ərazisində çay.
Trakay
Trakay (lit. Trakai, pol. Troki, Qarayca Troch (oxunuşu "Trox"), 1940-cı ilədək "Troki") — şəhər, Litvada rayon mərkəzi. == Etimologiya == Trakay adının mənşəyi sual altına alınmır. Bu meşənin aşağı yarusu mənasına gələn "trakas" sözünün cəmidir. == Tarixi == Litva salnamələrində yazılıb ki, 1321-ci ildə Böyük knyaz Gediminas köhnə Trakayda, indiki Trakaydan təqribən dörd mil məsafədə, bir qəsr tikib və Kernavedən öz paytaxtını ora köçürüb. (Lakin bu torpaqların ilk sakinləri on min il bundan əvvəl burada görünüb). Gediminasın ölümündən sonra Trakay şəhəri onun oğlu Kyastutis, Böyük Trakay knyazı və Jyamayçyunun da paytaxtı olub. Zaman keçdikcə qəsr öz tarixi əhəmiyyətini itirib. XV əsrin əvvəlindən yerin adı yalnız orada yerləşmiş monastır ilə bağlanır.
Trogon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Trojany
Troyanı (pol. Trojany) — Polşada kənd, Mazowieckie yerləşir. Kənddə 490 sakinləri yaşamaq (2014).
Troqon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Trоgir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitskо-Dаlmаtinskаya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,818 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiya materiki və Ciovo adası arasındakı kiçik bir adada yerləşir. Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. == Tarixi == 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın - Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın - Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtaliyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Trogir şəhəri, daha sonra slovenlər, xorvatlar və serblər ilə birlikdə Yuqoslaviya dövlətinin bir hissəsi oldu.
Trоqir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitskо-Dаlmаtinskаya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,818 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiya materiki və Ciovo adası arasındakı kiçik bir adada yerləşir. Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. == Tarixi == 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın - Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın - Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtaliyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Trogir şəhəri, daha sonra slovenlər, xorvatlar və serblər ilə birlikdə Yuqoslaviya dövlətinin bir hissəsi oldu.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Buynuzlu torağay
Buynuzlu torağay (lat. Eremophila alpestris) — Sərçəkimilər dəstəsinə, Torağaylar fəsiləsinə aid olan quş növü. == Təsviri == Bədənlərinin uzunluğu 16–17 sm arasında dəyişir. Bədənin yuxarı hissəsi gümüşü çəhrayı, aşağı hissəsi isə ağımtıldır. Üzündəki xarakterik bir maska var, başın arxasında isə buynuzlara bənzəyən uzun qara tükləri olur. == Yayılması == Yayılma arealı olduqca böyükdür. Yuvalama bölgəsi Atlas dağlarından Şimali və cənubi Amerikaya qədər uzanır. Qış ayları Mərkəzi Avropanın ənənəvi qonağıdır Птица — регулярный зимний гость на побережье Центральной Европы.. Bu növə daxil quşlar əsasən meşəsiz lanşaft zonalarını daha üstün bilir. Meşə ətrafı ərazilərdə, tundranın şibyəli sahələrində yayılır.
Columba trocaz
Columba trocaz (lat. Columba trocaz) — göyərçin cinsinə aid quş növü.
Hiromitsu İsoqay
Hiromitsu İsoqay (d. 19 aprel 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kəkilli torağay
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Muhamməd Torağay
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Torağay (Məlikan)
Torağay (fars. طوراغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 636 nəfər yaşayır (160 ailə).
Torağay vulkanı
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biridir. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir. == Haqqında == Torağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan plio­sen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir. Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir.
Trakay FK
Riteryay FK (Litva dilində-Futbolo klubas "Riteriai") — Litvanın futbol klubu. Trakay şəhərində yerləşir. == Tarixi == 2005-ci ildə yaranan komanda. LFF stadionunda keçirir. == Uğurları == Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (2) - 2015, 2016 3 Bürünc medal (3) - 2017, 2018, 2019 Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (1) - 2015/16.
Trakay qalası
Trakay və ya Trok qalası (lit. Trakų salos pilis) — Litvada yerləşən və günümüzədək qorunub saxlanmış ən qədim qalalardan biridir. Litva şahzadələrinin qədim iqamətgahı olan Trakay şəhərində yerləşir. 1962-ci ildən bəri qalada tarix muzeyi və bir sıra suvenir dükanları fəaliyyət göstərir. == Tarixi == Əfsanəyə görə, Litvanın böyük şəhzadələrindən biri olan Gediminas uğurlu ovdan sonra Kernave şəhərindən çox da uzaqda olmayan gözəl mənzərəli yer aşkarlayır. Qərara gəlir ki, burada qala inşa etdirsin və ölkənin paytaxtını həmin əraziyə köçürsün. XIV əsrin II yarısında artıq daş qalanın tikintisi başa çatdırılmışdı. 1337-1382-ci illərdə ölkənin köhnə paytaxt qalasını Qediminasın oğlu şahzadə Keystut idarə edirdi. Təxminən 1350-ci ildə bu qalada şahzadə Vitovt dünyaya gəlib. 1375-ci ildə Keystut paytaxtı yeni inşa olunmuş qalanın ərazisinə köçürür.
Trakay qəsri
Trakay və ya Trok qalası (lit. Trakų salos pilis) — Litvada yerləşən və günümüzədək qorunub saxlanmış ən qədim qalalardan biridir. Litva şahzadələrinin qədim iqamətgahı olan Trakay şəhərində yerləşir. 1962-ci ildən bəri qalada tarix muzeyi və bir sıra suvenir dükanları fəaliyyət göstərir. == Tarixi == Əfsanəyə görə, Litvanın böyük şəhzadələrindən biri olan Gediminas uğurlu ovdan sonra Kernave şəhərindən çox da uzaqda olmayan gözəl mənzərəli yer aşkarlayır. Qərara gəlir ki, burada qala inşa etdirsin və ölkənin paytaxtını həmin əraziyə köçürsün. XIV əsrin II yarısında artıq daş qalanın tikintisi başa çatdırılmışdı. 1337-1382-ci illərdə ölkənin köhnə paytaxt qalasını Qediminasın oğlu şahzadə Keystut idarə edirdi. Təxminən 1350-ci ildə bu qalada şahzadə Vitovt dünyaya gəlib. 1375-ci ildə Keystut paytaxtı yeni inşa olunmuş qalanın ərazisinə köçürür.
Trogon mexicanus
Trogon mexicanus (lat. Trogon mexicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.
Trogon personatus
Trogon personatus (lat. Trogon personatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.