Toğay bəy

Toğay bəy (160130 iyun 1651[1]) (krımca Toğay bəy, Polyakca Tuhaj-bej, Ukraynca Тугай-бей, Rusca Тугай-бей ) — Krım tatarlarının əhəmiyyətli hərbi liderlərindən və siyasətçilərindən biri, Tugay bəy adı ilə də tanınmışdı.

Toğay bəy
Doğum tarixi 1601
Vəfat tarixi 30 iyun 1651(1651-06-30)[1]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Toğay bəy, Jan Matejko tərəfindən 1885-ci ildə çəkilmiş yağlı boya rəsimdən bir parça, hal-hazırda Varşava Milli Muzeyində nümayiş etdirilir.

Toğay, Krımın əhəmiyyətli ailələrindən olan Arğınlar ailəsindən gəlir və tam adı Arğın Doğan Toğaydır. Bəy titulunu Or Qapı (Perekop) sancağının başına keçərkən almışdır. Bu sancaq Krım xanlığı üçün çox vacib idi, çünki Krım yarımadasının bərzəxi olan Perekop bərzəxi burada yerləşirdi və müdafiəsi vacib olan bir yer idi.

1648-ci ildə kazakların Reç Pospolitaya qarşı Hmelnitski üsyanında Boqdan Xmelnitskiyə kömək etmək üçün (təxminən 6000 - 20000 nəfər arasında) bir ordu gətirmişdir. Oradakı müxtəlif vacib döyüşlərdə vuruşmuş və sonda Beresteczko döyüşündə öldürülmüşdür.

Polşa yazıçısı Henrik Senkeviç tərəfindən yazılmış roman və həmin romanın motivləri əsasında çəkilmiş film olan Odla və qılınclada təsvir edilmişdir. Filmdə Daniel Olbrychski tərəfindən canlandırılmışdır.

  1. 1 2 Tugay Bey // https://pantheon.world/profile/person/Tugay_Bey.